/ / Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
06.03.2019 [09:33]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər çox uğurlu əməkdaşlığın davam etdiyini bildirərək, ümumi dəyəri 3,5 milyard dollardan artıq olan layihələrin həyata keçirilməsini Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana yaxşı tərəfdaş kimi münasibətinin nümayişi kimi dəyərləndirib və bütün bunlara görə Suma Çakrabartiyə təşəkkürünü ifadə edib.
Xoş sözlərə görə minnətdarlığını bildirən Suma Çakrabarti dünyada neftin qiymətinin aşağı düşdüyü dövrdə Azərbaycana səfər etdiyini xatırlayaraq, ölkə iqtisadiyyatının bərpa olunaraq inkişafa qədəm qoyması münasibətilə təbriklərini çatdırıb. O, son illər ərzində Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində bir sıra sahələrdə, o cümlədən sərhəd və gömrük xidmətlərində şəffaflığın və səmərəliliyin artırıldığını, vergi sistemində dəyişikliklərin edildiyini, “ASAN xidmət” sisteminin əhatə dairəsinin genişləndirildiyini və digər istiqamətlərdə böyük uğurlar qazanıldığını qeyd edib. Suma Çakrabarti Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın 25-ci yerə yüksəlməsinin önəmini vurğulayaraq bunu əldə edilən böyük uğur kimi dəyərləndirib.
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin maliyyələşdirilməsinin ölkəmizdə müasir infrastrukturun yaradılması işinə böyük kömək göstərdiyini qeyd edib və bildirib ki, özəl sektorun bu maliyyə vəsaitindən yararlanması və müsbət istiqamətdə inkişafı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda həyata keçirdiyi strategiyanın uğurlu olduğunu göstərir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini qeyd edən Prezident İlham Əliyev bu islahatların və eləcə də idarəçilikdə yeni yanaşma nəticəsində biznesin daha da inkişafı üçün əlverişli şərait yarandığını və büdcə gəlirlərinin artdığını deyib, ötən il, eləcə də bu ilin yanvar-fevral aylarında gəlirlərin plandan artıq daxil olduğunu bildirib. Dövlətimizin başçısı hazırda Azərbaycanda gömrük və vergi sistemlərinin birgə sıx fəaliyyət göstərdiklərini və bunun nəticəsində bu orqanlarda maksimum şəffaflığın təmin edilməsi istiqamətində səmərəli nəticələrin əldə edildiyini bildirib və qeyd edib ki, bütün bu islahatlar və şəffaflığın təmin edilməsi əhali tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın düşünülmüş və düzgün inkişaf yolu ilə irəlilədiyini vurğulayan dövlətimizin başçısı ölkəmizin bu sahələrdə islahatların birinci hissəsinin başlanğıcında olduğunu, bu il və qarşıdakı illərdə də bütün bunların uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.
Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanla yeni sahələrdə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib və qeyri-neft sektorunun inkişafı, şəhərdaxili nəqliyyat, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

