Liderlik fenomeni “rəngli ssenari”lərə qarşı
04.02.2022 [10:02]
Azərbaycanda daxili təhlükə mənbəyi yoxdur
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çox mühüm tarixi, ictimai və siyasi məqamlara toxundu, vacib mesajlar verdi. Dövlət başçısının diqqət yetirdiyi məsələlərdən biri də müxtəlif regionlarda, o cümlədən Yaxın Şərqdə, postsovet məkanında xaos ssenarilərinin tətbiq edilməsi oldu. Azərbaycan Prezidenti dağıdıcı planlar reallaşdıraraq geosiyasi və geoiqtisadi maraqlarını təmin etməyə çalışan qüvvələrin gənclərdən istifadə etdiklərini diqqətə çatdırdı. “Biz görürük ki, bir çox yerlərdə, o cümlədən postsovet məkanında və digər yerlərdə, Yaxın Şərqdə bu dağıdıcı hərəkətlərin aparıcı qüvvəsi gənclər olur. Bunu biz rəngli inqilablarda görmüşük, Yaxın Şərqdəki toqquşmalarda görmüşük. Ancaq bunun arxasında, pərdənin arxasında gizlənən o, necə deyərlər, manipulyator səhnədə deyillər. Yəni, gənclər qabağa verilir, qurban verilir və bunun nəticəsində ölkələr idarəolunmaz vəziyyətə gətirilir və ondan sonra ölkələr de-fakto bölünür”,-deyə ölkə rəhbəri vurğuladı.
Ümumiyyətlə, XXI əsrin əvvəllərindən etibarən istər postsovet məkanında, istərsə də Yaxın Şərq ölkələrində baş verən dağıdıcı olaylar bəzi məqamlara yenidən aydınlıq gətirdi. Xüsusilə də, çevrilişlər və qarşıdurmaların “demokratiya”, “insan hüquqları” pərdəsi arxasında aparılması bu dəyərlərin, əslində, hegemon güclərin maraqlarına xidmət edən vasitəyə çevrildiyini növbəti dəfə göstərdi. Bir daha bəlli oldu ki, milli dəyərlər və maraqlardan uzaq olan “demokratiya” ssenariləri yalnız xaos və anarxiya mənbəyidir.
Hibrid əməliyyatlar, yaxud müstəqil siyasət yürüdən dövlətlər necə hədəf seçilir?
Proseslər həm də onu göstərdi ki, bir sıra müstəqil milli dövlətlərin müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsi, yaxud iqtisadi inkişaf tempinə malik olması hegemon güclər tərəfindən müsbət qarşılanmır. Məhz buna görə də həmin güc mərkəzləri, ilk növbədə, müstəqil milli dövlətlərə qarşı qara piar kampaniyası aparır, daha sonra isə idarəedilən xaos yaratmaqla həmin ölkələrdə nəzarəti tamamilə ələ keçirməyə çalışırlar. Bu sırada müxtəlif vasitələrdən istifadə edilir. Əvvəla, guya müxtəlif ölkələrdə insan hüquqlarının vəziyyəti ilə əlaqədar monitorinq aparan təşkilatların məlumatlarına istinad edilir. Məsələn, hədəf seçilən ölkələr “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, sərhədsiz reportyorlar kimi böyük dövlətlərin büdcələrindən maliyyələşən saxtakar qurumların “hesabat”larında tənqid obyektinə çevrilir - antidemokratik adlandırılır. Bundan sonra feyk-nyus tirajlamaqla məşğul olan media orqanları həmin dövlətlərin neqativ imicinin formalaşdırılması istiqamətində fəaliyyətə başlayır - ölkə və lider haqqında yalan, böhtan xarakterli məlumatlar yayılır. Həmçinin ölkə daxilində fəaliyyət göstərən, vətəndaş cəmiyyətinin inkişafına dəstək verdiyi iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən qurumlar Soros Fondu və onun nəzarətindəki şəbəkə vasitəsilə maliyyələşdirilir. Beləliklə, hədəf kimi müəyyənləşdirilmiş ölkəyə qarşı hibrid əməliyyata start verilir.
Xaos ssenariləri həm də onu göstərir ki, işğal və ya birbaşa müdaxilədən öncə ölkə daxilindəki ayrı-ayrı milli-etnik qrupları və məzhəbləri təxribata sövq etmək, mövcud hakimiyyətlərlə vətəndaşlar arasında qarşıdurma yaratmaq əsas məqsəd kimi müəyyənləşdirilir. Bununla yanaşı, muzdlu terroristlərdən həmin ölkələrin “narazı vətəndaşlar”ı adı ilə istifadə edilərək tamamilə xaos mühiti formalaşdırılır. Gənclər isə əsas qüvvə kimi meydana çıxarılır. Ümumiyyətlə, ayrı-ayrı mərkəzlər, Soros Fondu kimi təşkilatlar gəncləri müxtəlif maddi və digər vədlərlə şirnikləndirərək antimilli fəaliyyətə cəlb edirlər. Öncə virtual, sonra isə real meydanda gənclər qarşıdurmaya, təxribata sövq edilir. Nəticədə bəzi geosiyasi mərkəzlərin ifa etdiyi “demokratiya nəğməsi” sivil insanların qətli, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi ilə nəticələnir.
“Parçala, hökmranlıq et” və ya “rəngli”, “çiçəkli” inqilablar nəyə xidmət edir?
Həm postsovet məkanının, həm də Yaxın Şərq ölkələrinin təcrübəsi göstərir ki, nəhəng geosiyasi vahid olan SSRİ-nin süqutundan, təkqütblü sistemin yaranmasından sonra yeni strategiya ilə çıxış edən bəzi Qərb dairələri İslam və Türk dünyasını, müsəlman ölkələrini ayrıca hədəfə çevirdi. Xüsusilə də dini və etnik amillərdən istifadə edilməklə “parçala, hökmranlıq et” taktikasına istinad olundu, müxtəlif regionlarda və ölkələrdə “demokratik idarəetmənin formalaşdırılması”, “terrorizmlə mübarizə” adı altında xaotik proseslərə rəvac verildi. Dünyanı idarə edən və yeni dünya düzəninin əsas konturlarını cızan güc mərkəzləri müxtəlif regionlarda “rəngli”, “çiçəkli” inqilablar və iğtişaşlar təşkil etməklə, “rejim dəyişikliyi” planı icra etməklə bir çox ölkəni faktiki xaos meydanına çevirdi.
Vacib məqamlardan biri budur ki, bu cür xaos ssenarilərinin tətbiq olunmasında - inqilablar və çevrilişlərin həyata keçirilməsində “beşinci kolon”un xidmətlərindən istifadə olunur. Eyni zamanda, nəzarət altına alınan xalqların tarixi - milli dəyərlərindən məzhəb fərqliliyi yaradan, diskriminasiyaya yol açan istismar vasitəsi kimi istifadə edilir. Misir, Tunis, Liviya, İraq kimi ölkələrdəki vəziyyət sadalananlara əyani nümunədir.
İğtişaşlar, inqilablar hegemon qüvvələrin ixrac etdiyi “siyasi məhsul” kimi...
Bir sözlə, iğtişaşlar hegemon qüvvələrin ixrac etdiyi “siyasi məhsul”dur. Keçmişdə olduğu kimi, bu gün də inqilablar istənilən ölkədə tənəzzül mənbəyi qismində çıxış edir. Belə ki, ictimai-siyasi strukturların və təsisatların iflic edilməsi, dağıdıcı inqilablar nəticəsində hakimiyyətə gələnlərin bu yolla da hakimiyyətdən devrilməsi, yaxud da tezliklə müəyyən sahələrə nəzarət uğrunda inqilabçıların öz aralarında nifaq yaranması kimi real nəticələr məkan və ya zamanından asılı olmayaraq, inqilabların dağıdıcı funksiya daşıdığını sübut edir.
Geosiyasi nəticələr isə bütöv bir region üçün xaos, tənəzzül və qeyri-sabitlik vəd edir. Bu gün Yaxın Şərq ölkələri öz sərhədlərini formal olaraq saxlasalar da, de-fakto o sərhədlərə nəzarət etmirlər. Yəni lidersizləşdirmə, dəyərsizləşdirmə - mənəviyyatsızlaşdırma və dövlətsizləşdirmə siyasəti nəticəsində həmin ölkələrin müstəqilliyi - suverenliyi əllərindən alınıb, təbii sərvətləri mənimsənilir, ictimai immun sistemi çökdürülür, genefondu məhv edilir. Yeri gəlmişkən, bir vaxtlar ölkədə bəziləri deyirdilər ki, Azərbaycan da “ərəb baharının” bir parçası olmalıdır. Olduqca məntiqsiz - absurd yanaşma və uğursuz müqayisə idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, halbuki bizə bunun heç bir aidiyyəti yoxdur və Azərbaycanda daxili təhlükə mənbəyi də yoxdur.
Azərbaycan hədəf seçilsə də..
Azərbaycan dünyada etibarlı tərəfdaş, müstəqil siyasət həyata keçirən ölkə - qüdrətli Lideri olan dövlət kimi tanınır. Prezident İlham Əliyev milli maraqlara və müasir çağırışlara əsaslanan strateji kurs reallaşdırmaqla Azərbaycanı dialoq və əməkdaşlıq məkanına çevirib. Xalq-lider birliyi, həmrəylik amili, sabitlik və təhlükəsizlik mühiti isə Azərbaycanın milli gücünü artıran çox mühüm amillərdir. Ümumiyyətlə, “idarəedilən xaos” strategiyasının və “parçala, hökmranlıq et” prinsipinin əsas götürüldüyü indiki mərhələdə daxili sabitlik dövlət müstəqilliyi və suverenlik anlayışları ilə ekvivalentdir. İqtisadi güc, hərbi potensial, demoqrafik struktur, diplomatik resurslar milli müstəqilliyin göstəricisi deyil, amma sabitlik bilavasitə suverenliyin simvoludur. Bu baxımdan, ayrı-ayrı regionlar və ölkələrin timsalında mənzərə qanlı, bulanıq, acınacaqlı, hətta faciəvidir. Azərbaycan təcrübəsi isə müsbət nümunə kimi diqqəti cəlb edir. Dövlətimizin sabitlik modeli yeni siyasi fenomendir.
Ən əsası, Azərbaycanın işğal faktını və tarixi ədalətsizliyi aradan qaldıraraq qalib dövlətə çevrilməsi dağıdıcı geosiyasi planlara malik olan mərkəzləri ciddi narahat edir. Sirr deyil ki, bundan öncə “rənqli inqilab” ssenarilərini, xaos planlarını ölkəmizə qarşı tətbiq etmək cəhdləri olub. 2005-ci və 2012-ci illərdə daxili marionetlərdən istifadə etməklə Azərbaycanda hərc-mərclik və anarxiya yaratmaq cəhdləri iflasa uğrayıb. Və bu günə qədər Azərbaycan sabitlik adası, təhlükəsizlik məkanı və inkişaf diyarı kimi səciyyələndirilir. Xaossevərlər İlham Əliyevin milli birlik siyasətinə, Onun Liderlik fenomeninə, Azərbaycan xalqının qətiyyətinə - iradəsinə məğlub olublar. Dövlət başçısı bu məqamlara toxunaraq deyib: “Hədəf Azərbaycandır, Azərbaycan rəhbərliyidir. Çünki bütün başqa üsullardan istifadə etdilər, alınmadı. İnqilab alınmadı, çevriliş alınmadı, nə bilim, narazılıq yaratmaq alınmadı. Qarabağ məsələsindən istifadə edirdilər, o da alınmadı. İndi biz tarixi Zəfər çaldıq. Ona görə yeni üsullar axtarılır və hədəf gənclərdir. Çünki gəncləri yoldan çıxarmaq hesab edirlər ki, daha asandır”.
Bu gün müstəqil, qalib, nüfuzlu, qüdrətli, güclü Azərbaycana qarşı informasiya təxribatları, qara piar kampaniyası aparılsa da, ölkəni xaos meydanına çevirmək mümkün deyil. Azərbaycan 4 sütun üzərində öz sarsılmazlığını təmin edib: Heydər Əliyev ideyalarına əsaslanan İlham Əliyev siyasəti; xalqın iradəsi; xalq-Lider birliyi və ya milli həmrəylik, nəhayət, tarixi Qələbə - möhtəşəm Zəfər!
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

