Bakının mövqeyi dəyişməzdir
15.02.2022 [09:56]
İrəvanın isə alternativ şansı yoxdur
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyev Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqdan sonra çıxışı zamanı çox mühüm məsələlərə toxundu, Azərbaycanın qətiyyətli mövqeyini - prinsipial yanaşmasını bir daha diqqətə çatdırdı. Dövlət başçısının səsləndirdiyi fikirlər, ilk növbədə, qalib Azərbaycanın gələcəyə aydın strateji baxışlarının olduğunu və milli maraqlara əsaslanan konkret yanaşma sərgilədiyini təsdiqlədi.
Qarşılıqlı surətdə ərazi bütövlüyünü tanımaq şərti ilə...
Ölkə rəhbəri Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsinə yenidən toxundu. O qeyd etdi ki, beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır.
Artıq Cənubi Qafqazda postmüharibə mərhələsidir və saatlar Bakı vaxtı ilə qurulur. Hazırkı dönəmdə ən aktual mövzulardan biri Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsidir. Şübhəsiz ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Bu saziş beynəlxalq hüququn fundamental normalarına xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır.
Azərbaycanın şərtləri aydındır
Ümumiyyətlə, Azərbaycan dövləti sülh müqaviləsinin imzalanması məsələsində qətiyyətli və birmənalı mövqe nümayiş etdirir. Bakının şərtləri aydındır: İrəvan yeni şəraitdə reallıqlara uyğun davranmalı, ağıllı, konstruktiv mövqe sərgiləməlidir, öz qonşuları ilə normal münasibətlər qurmalı, ərazi iddialarından əl çəkməlidir. Eyni zamanda, Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparılmalı, sülh müqaviləsinə hazırlıq işlərinə başlanılmalıdır.
“Dəmir yumruq” yerindədir
İrəvan bilir və bilməlidir ki, Ermənistan, eləcə də ona havadarlıq edən bəzi xarici güc mərkəzləri regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyillər. Ona görə də məğlub ölkə qalib və haqlı Azərbaycanın diktəsi fonunda reallıqlarla tam barışaraq şərtləri qəbul etmək, beynəlxalq hüquq normalarına uyğun davranış sərgiləmək məcburiyyətindədir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı Azərbaycanın hərbi qələbənin nəticələrini möhkəmləndirməsindən və Zəfərin tarixi prosesə çevrilməsindən bəhs edərək vurğulayıb: “Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”.
İrəvanın alternativ şansı - imkanı yoxdur. Ermənistan siyasi dairələri xüsusilə nəzərə almalıdır ki, bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil. Ermənistan 30 ilə yaxın davam edən işğalçılıq siyasəti səbəbindən regionda təcrid vəziyyətinə düşüb, bütün layihələrdən kənarda qalıb, hər hansı bir geosiyasi və geoiqtisadi imkanlara malik deyil. Digər tərəfdən, Azərbaycanın qarşısında əzici məğlubiyyətə uğrayan Ermənistanın revanş üçün hər hansı potensialı və gücü yoxdur. Zatən sosial-iqtisadi tənəzzülə uğrayan Ermənistan müharibə nəticəsində çox ciddi demoqrafik və iqtisadi itkilərə məruz qaldı. Beləliklə, bu gün məğlub ölkənin həm iqtisadi gücü, həm demoqrafik potensialı yeni bir savaşa başlamaq imkanını istisna edir. Üstəlik, “dəmir yumruq” yerindədir və döyüş meydanında öz sözünü demiş Azərbaycan Ordusu istənilən təxribat cəhdinin qarşısını almaq iqtidarındadır!
Xəbər lenti
Hamısına baxSiyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08

