Erməni memarlarını layihədən kim uzaqlaşdırdı?
01.04.2022 [10:01]
Nizami məqbərəsini Şəmkirə köçürmək istəyirdilər
Müşfiqə BAYRAMLI
Bu yerdə mənim tək yatanlar
çoxdur,
Onları xatirə salan ki, yoxdur
Təzə kəklik, yad et məni ürəkdən
Məzarım yanından ötüb keçərkən,
Görərsən üstümdə göyərmiş otlar,
Baş daşım uçulmuş, çökmüşdür
məzar.
Qəbrimin tozunu sovurmuş yellər,
Dostlardan anan yox məni
bir nəfər.
Dahi Nizami Gəncəvi “Şərəfnamə”sində qeyd etdiyi kimi məzarının faciəvi tarix yolu keçəcəyini bəlkə də hiss edirmiş. Nizami məqbərəsinin tarixi nə qədər qədim olsa da, bir o qədər faciəvidir. Belə ki, məqbərə Atabəylər dövlətinin hökmdarı Qızıl Arslan tərəfindən ona hədiyyə edilmiş Həmdünyan, yəni indiki Əhmədli kəndinin ərazisində yerləşir. Yerli əhali bu əraziyə “Şeyx düzü” də deyir. Nizaminin vəfatından sonra məzarı ziyarətgaha çevrilib. Burada aparılan arxeoloji qazıntılar sübut edir ki, ərazi vaxtilə Gəncə şəhərinin bir növ, fəxri xiyabanı olub.
Nizami öldükdən sonra da yoxsullara “əl tuturdu”
Görkəmli akademik Həmid Araslı yazırdı: “Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirlərindən başqa bizə məlum olmayan hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən bu məqbərəyə vəqflər edilmişdir. XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyriyyə ocağı olmuşdur. Məqbərə təkcə bir günbəzdən ibarət olmayıb, geniş bir ərazini əhatə edirmiş”.
Mənbələrə görə, əsrlər boyu zəvvarlar, qonaqlar burada ayaq saxlayar, nəfəs dərər, şeyxdən xeyir-dua alardılar.
Məqbərənin başını “qara buludlar” aldı
Gəncə xanlığının süqutundan sonra 1826-cı ildə “Şeyx düzü”ndə baş verən tarixi Yelizavetpol döyüşü zamanı məqbərə ciddi zədələnir və tamamilə dağılmaq təhlükəsi ilə üzləşir. Bununla da, şairin nəinki qəbirüstü abidəsi, eləcə də məzarının faciəvi tarix yolu başlayır. Bunu görən Qarabağ xanlığının tarixçisi Mirzə Adıgözəl bəy XIX əsrin ortalarında məqbərəni təmir etdirərək, onun uçmuş günbəzinin əvəzində yeni bir günbəz tikdirir. XX əsrin əvvəllərində isə Adıgözəl bəyin nəslindən olan Əjdər bəy Adıgözəlov-Gorani günbəzi təmir etdirir. Lakin məqbərə baxımsızlıq ucbatından yenidən dağılmaq təhlükəsi ilə üz-üzə qalır.
Ey nizamı dağılan, Nizami
Seyid Əzim Şirvani Nizaminin məqbərəsini ziyarət edərkən məqbərənin acınacaqlı vəziyyətindən təsirlənərək, məşhur rübaisini söyləyir:
Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü-ehtişamı dağılan.
Olmayıbdır cahanda bir səninlə məntək,
Beyti, evi, məktəbi, kəlamı dağılan.
İki dəfə məzarı açıldı
Məzarın abadlaşdırılması məqsədilə Gəncə ziyalılarından ibarət komissiya yaradılsa da, sonradan tamam başqa mövqe tutuldu. Heyət tərəfindən heç kimlə məsləhətləşmədən məzarın Gəncə şəhərinin mərkəzinə köçürülməsinə qərar verildi. Şeyx Nizaminin məzarı iki dəfə açıldı. Qəbrin üzərinə müvəqqəti abidə qoyulsa da, Böyük Vətən müharibəsinin başlaması ilə məqbərənin tikintisi dayandırıldı. Nəhayət, məqbərənin tikintisi 1947-ci ildə başa çatdı.
Gəncəni Nizamidən, Nizamini Gəncədən ayırmaq cinayətdir!
Sovet hakimiyyəti dövründə uzun müddət ərzində Nizami Gəncəvinin irsinə hücumlar olub. Mövzunu daha ətraflı araşdırmaq üçün AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovla həmsöhbət olduq. Tarixi hadisəyə aydınlıq gətirən Cəbi müəllim bildirdi ki, 1977-ci ildə Gəncədə alüminium zavodunun tikintisi məsələsi gündəmdə olub. Bu zaman müəyyən şəxslər bəhanə irəli sürərək guya Nizaminin məqbərəsi tikinti zamanı ziyan görə biləcəyini, ona görə də məqbərəni Şəmkir yoluna köçürməyin lazım olduğunu bildiriblər. Bu zaman Heydər Əliyev buna ciddi şəkildə mane olub və Gəncəni Nizamidən, Nizamini Gəncədən ayırmağı cinayət hesab edib. Mərkəzi Komitədə bu məsələ ilə bağlı ayrıca iclas keçirərək məqbərənin Gəncədən köçürülməsinin qarşısını alıb.
Məqbərənin təmirini ermənilərə tapşırmaq istədilər
1981-ci ildə Nizaminin 840 illik yubiley tədbirləri zamanı məqbərənin acınacaqlı durumu, o zaman Azərbaycan KP MK-nın I katibi işləyən Heydər Əliyevin nəzərindən yayınmır və o, Nizaminin məzarı üzərində daha əzəmətli bir məqbərə ucaltmaq təklifi ilə çıxış edir. SSRİ rəhbərliyində təmsil olunan səlahiyyətli şəxslərin təşəbbüsü ilə məqbərənin layihəsinin işlənilməsinə erməni memarları cəlb olunur. Lakin Heydər Əliyevin cidd-cəhdi sayəsində yeni layihənin hazırlanması o vaxt Gəncə şəhərində baş memar işləyən Fərman İmamquliyevə və heykəltəraş Qorxmaz Sücəddinova həvalə edilir. 1990-cı ildə Nizaminin 850 illik yubileyi ərəfəsində məqbərənin tikintisinə başlamaq qərara alınır, lakin bu proses də itkisiz ötüşmür.
Gəncənin uçulub, dağıdılan simvolu
Milli memarlarımız tərəfindən əski oğuz üslubu ənənələrinə uyğun tikiləcək məqbərə Gəncənin simvoluna çevrilməli idi. Layihə müəlliflərinin bütün səylərinə baxmayaraq, məqbərə ətrafında aparılan abadlıq işləri zamanı Nizaminin qəbri yerləşən kurqanın böyük bir hissəsi dağıdılır və minə qədər qədim qəbir məhv edilir.
Heydər Əliyevin səksəninci illərin əvvəllərində Moskvaya getməsindən istifadə edən müəyyən qüvvələr layihənin yenidən işlənilməsinin zəruriliyini bəhanə edərək məqbərənin bərpasını təxirə salırlar.
Nəhayət, AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin rəhbərliyi altında hazırlanmış layihə əsasında məqbərə əsaslı surətdə təmir edilir. 1992-ci ildə iş başa çatır. Məqbərənin yaxınlığındakı əraziyə dahi mütəfəkkirin şəcərəsinin daşıyıcılarına hörmət əlaməti olaraq Şeyxzamanlılar qəsəbəsi adı verilir.
Heydər Əliyev: Nizami gəncəlidir, Gəncənin adını dünyada məşhur edib
2000-ci il may ayının 24-də Nizami Gəncəvinin məqbərəsini ziyarəti zamanı ulu öndər Heydər Əliyev demişdi: “Bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir. Ancaq gəncəlilər xüsusi iftixar hissi keçirirlər. Birincisi, ona görə ki, Nizami gəncəlidir. Gəncənin adını dünyada məşhur edibdir, bu torpaqda yaşayıbdır, bu torpaqda yazıbdır. Onun yazdığı əsərlər bütün dünyada məşhurdur. Təsəvvür edin, 850 il bundan öncə bu qədər böyük əsərlər yaratmaq!.. Bu əsərlər təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə var, dahi fikirlər var. Buna görə onun əsərləri də yaşayır, özü də yaşayır”.
Məqbərənin bu günü...
2011-ci ildə məqbərə kompleksi əsaslı təmir olundu. Məqbərənin qarşısında Heydər Əliyev Fondunun dəstəyi ilə Nizami Gəncəvi Muzeyi də inşa edildi.
Azərbaycan Prezidenti İlham Əliyev də Nizami irsinə xüsusi ehtiram bəsləyir, onun təbliğinə həmişə böyük həssaslıqla yanaşır. Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi şairin irsinə ehtiramın daha bir bariz ifadəsidir.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51

