Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “Qisas” son olmaya bilər!

“Qisas” son olmaya bilər!

16.08.2022 [10:01]

Prezidentdən mühüm mesaj

2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsi regionda güc balansının Azərbaycanın tərəfində olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanın “dəmir yumruğunun” qarşısında cəmisi 44 gün duruş gətirə bilən Ermənistan noyabrın 10-da imzaladağı kapitulyasiya sənədi ilə ölkəmizin qələbəsini qəbul etdi. Bununla belə, ötən 2 ilə yaxın müddət ərzində rəsmi İrəvan imzaladığı sənədlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır. Məsələn, erməni silahlılarının Azərbaycan torpaqlarını tam şəkildə tərk etməsi ilə bağlı öhdəlik hələ də yerinə yetirilmir. Hələ də Azərbaycan ərazisində qalan bu erməni silahlıları vaxtaşırı təxribatlar törədir, silahlı insidentlərlə sabitliyi pozur, regional təhlükəsizliyə təhdid yaradır.

“Qisas” əməliyyatı cəza tədbiri idi...

Bir müddət öncə Silahlı Qüvvələrimizin uğurla həyata keçirdiyi “Qisas” əməliyyatı isə Azərbaycanın bu təxribatlara layiqli cavabı oldu. Belə ki, ermənilərin törətdiyi növbəti təxribat nəticəsində bir hərbi qulluqçumuzun şəhid olmasının ardından Azərbaycan Ordusu həmin bölgədə əməliyyat reallaşdırdı. Bu, Ermənistan hakimiyyəti üçün növbəti zərbə idi. Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə toxunaraq bildirib ki, şəhidimizin qanı yerdə qalmadı: “Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.

2 ilə yaxın müddətdə özünün silahlı tör-tüküntülərini Azərbaycan torpaqlarından çıxarmayan Ermənistan bu əməliyyatdan dərs götürməlidir. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən Azərbaycan analoji addımın qarşı tərəfdən də atılmasını səbrlə gözləyir. Qarşı tərəfin qeyri-adekvat addımları isə Azərbaycanı yeni əməliyyatlara sövq edir. Prezident İlham Əliyevin bu kimi təxribatların cavabının da “Qisas” kimi əməliyyatlar olacağını söyləməsi isə Ermənistana mühüm bir mesajdır. Dünyadakı erməni lobbisinə, o cümlədən, öz havadarlarına güvənərək vaxt uzatmaq, status-kvonu qorumaq üçün min bir yola baş vuran Ermənistan anlamalıdır ki, artıq regional reallıqlar dəyişib. Bu gün Azərbaycanı heç kim durdura bilməz. Öz torpaqlarını işğaldan azad etmək uğurunda qətiyyət nümayiş etdirən ölkəmiz məsələnin siyasi tərəflərini də həll edib. Artıq bütün dünya Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, Qarabağ münaqişəsinin bitdiyini qəbul edir, təsdiqləyir. Belə olan halda Ermənistanın nəyəsə ümid edərək vaxt udmağa çalışmasının heç bir əhəmiyyəti yoxdur.

Nə istəmişiksə, onu da etmişik...

Prezident İlham Əliyev öz çıxışında onu da vurğulayıb ki, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. “Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq. Bizim gündəliyimizdə həm taktiki, həm strateji addımlarımızın təsbit edilməsi reallıqdır. Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır”, - deyən ölkə başçısı əlavə edib ki, “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Təkcə onu demək istəyirəm ki, nə istəmişiksə, onu da etmişik, artıqlaması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur.

Azərbaycan bir daha regional problemin həlli ilə bağlı diktə edən tərəf olduğunu ortaya qoyur. Bununla yanaşı, Azərbaycan 10 noyabr üçtərəfli razılaşmasının ardından başlatdığı siyasi proseslərlə növbəti dəfə müharibə istəyində olmadığını açıq şəkildə nümayiş etdirir. Təbii ki, istər Rusiyanın, istərsə də Avropa İttifaqının modeoratorluğu ilə aparılan danışıqlar prosesində Azərbaycanın sülhpərvər, eyni zamanda qalib ölkə olaraq maraqlarının təmin edilməsi əsas cəhət sayılır. Ermənistan isə məğlub ölkə olaraq öz əsassız iddialarından geri çəkilməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sərhədlərimizin toxunulmazlığına təminat verməlidir. Əks halda, “Qisas” əməliyyatı son olmaya da bilər. Prezident İlham Əliyevin “nə istəmişiksə, onu da etmişik, artıqlaması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur” fikri bir daha təsdiq edir ki, Azərbaycan öz mövqeyindən bir addım da olsun geri çəkilmək fikrində deyil. Sadəcə olaraq, Azərbaycanın prosesi sülh yolu ilə inkişaf etdirmək istəyinə adekvat şəkildə cavab verməyən Ermənistan “dəmir yumruğu”muzu “Qisas” şəklində həzm etmək məcburiyyətindədir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

01 Oktyabr 10:21

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31