“Qətiyyətli cavab”a aparan yol...
15.09.2022 [10:23]
Ordumuzun dərsi və Ermənistanın “iki” qiyməti...
Sərhəddəki gərginlik Ermənistanın revanşist siyasətinin mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir
Mübariz ABDULLAYEV
44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan son vaxtlar Azərbaycanla dövlət sərhədi boyunca ardıcıl təxribatlara əl atır. O cümlədən sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirlir ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Sərhəddəki gərginlik Ermənistanın revanşist siyasətinin mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir.
Ermənistanın növbəti avantürası
İki ölkə arasındakı dövlət sərhədində baş verən son təxribatın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Açıq-aydın görünür ki, bu ölkədə iqtidardakı və müxalifətdəki ayrı-ayrı qüvvələr 44 günlük müharibənin nəticələrini, acınacaqlı məğlubiyyəti həzm edə bilmirlər. Ermənistanın siyasi rəhbərliyinin qeyri-ardıcıl siyasəti, reallıqla bir araya sığmayan və bir-biri ilə ziddiyyət təşkil edən açıqlamaları son nəticədə postmüharibə dövründə sülh prosesini ləngidir və ona böyük zərbə vurur. 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanan üçtərəfli bəyanatlar tərəflərin üzərinə bir sıra öhdəliklər qoyur. Qalib Azərbaycan həmin sənədlərin müddəalarına davamlı olaraq sadiqlik göstərir, eyni zamanda, sonradan Moskvada və Brüsseldə əldə olunan razılaşmalara əməl edir. Ölkəmiz iki ölkə arasında sülh sazişinin imzalanmasını regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın əsas qarantı sayır və sənədin mümkün qədər tez hazırlanıb imzalanması üçün müxtəlif təşəbbüslərdən çıxış edir. O cümlədən ölkəmiz beynəlxalq hüquq normalarını əsas götürməklə sülh sazişinin imzalanmasına əsas ola biləcək beş maddədən ibarət paket hazırlayaraq qarşı tərəfə təqdim edib. Əslində, müharibə başa çatandan sonra sülhə gedən yolun konturları tam aydındır. Uzunmüddətli münaqişə başa çatıb, bundan sonra gələcəyə baxmaq, imkanları, potensialı inkişafa istiqamətləndirmək lazımdır. Ancaq qalib Azərbaycandan fərqli olaraq, məğlub Ermənistan rəhbərliyi sülh prosesini möhkəmlətməyə deyil, onun pozulmasına yönələn davranışlar sərgiləyir. Müharibə başa çatandan sonra vasitəçilərin iştirakı ilə Moskvada, Soçidə və Brüsseldə iki ölkənin liderləri arasında sülh gündəliyi ətrafında danışıqlar aparılıb. Ermənistanın baş naziri N.Paşinyan vasitəçilərin iştirakı ilə keçirilən müzakirələrdə, bir qayda olaraq, ölkəsinin sülhə sadiqliyindən danışır və vədlər verir. Ancaq Ermənistana geri qayıdandan dərhal sonra mövqeyini tamam dəyişərək müxalifətin təzyiqlərini azaltmağa və daxili auditoriyanın rəğbətini qazanmağa hesablanan açıqlamalar səsləndirir. N.Paşinyanın Moskvada, Soçidə, Brüsseldə səsləndirdiyi fikirlərlə İrəvanda söylədikləri heç bir halda üst-üstə düşmür və bir-birini təkzib edir. Onun və digər rəsmilərin dilə gətirdikləri açıqlamaların ümumi təhlilini apardıqda aydın olur ki, Ermənistanın rəhbərliyi sülhə gedən yolu yox, yenidən müharibəyə qayıtmaq ssenarisini seçib. Emənistanda postmüharibə dövründə cərəyan edən prosesləri izlədikdə aydın olur ki, məğlub ölkə son təxribatlara əvvəlcədən hazırlaşıb və zəmin yaradılıb. Uzun müddətdir ki, Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edirdi. O cümlədən Ermənistanda revanşist ab-hava qızışdırılır,”torpaqların qaytarılması”, “Qarabağın müstəqilliyinin təmin edilməsi” və s. bu kimi iddialar süni şəkildə stimullaşdırılırdı. Ermənistan hakimiyyəti tərəfindən ordunu bərpa etmək məqsədilə Rusiya, ABŞ, Avropa ölkələrindən silah alınması istiqamətində iş aparılırdı. Paralel olaraq, Qarabağa hərbçilər və silah göndərilir, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər göstərilirdi. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı. Və yaxud Ermənistanın baş naziri N.Paşinyanın bu yaxınlarda Vladivostokda keçirilmiş forumdakı çıxışını yada salaq. Ermənistanın baş naziri çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi və bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu. Bu kimi faktlar Ermənistanın uzun müddətdir ki, revanşa hazırlaşdığını və bunun üçün həm siyasi-hərbi, həm də informasiya zəmini formalaşdırdığını təsdiqləyir. Avqustun son günlərində Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə oldu və daxil? təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün növbəti hərbi-siyasi avantüraya başlanıldı.
Azərbaycan Ordusunun sayıqlığı
Azərbaycan postmüharibə mərhələsində dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib, məğlub ölkədə həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib və Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağını xəbərdar edib. Ermənistanın növbəti avantürası bir daha təsdiqlədi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım bu ölkənin özü üçün yeni faciələrə səbəb olacaq. Dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısının alınması məqsədilə Ordumuzun gördüyü qətiyyətli cavab tədbirləri nəticəsində Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, respublikamızın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır. Artıq Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Bunun da sayəsində nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək. Silahlı Qüvvələrimizin keçirdiyi uğurlu əməliyyat zamanı Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Hazırda Ermənistanda xəstəxanalarda yüzlərlə yaralı var.
HAŞİYƏ: Azərbaycan 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirib.
Bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb. Bu, ölkəmizin bir daha beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirir.
Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Ermənistan Müzəffər Azərbaycan Ordusunun növbəti dərslərindən də “iki” qiyməti aldı. Nəhayət, məğlub ölkə üçün nəticə çıxartmağın vaxtı deyilmi?
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

