Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki...
26.10.2022 [10:01]
Onlar qonşu xalqlardırlar
Azərbaycan-Gürcüstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru
Mübariz ABDULLAYEV
Azərbaycanın xarici siyasət kursunda qonşu ölkələrlə müxtəlif istiqamətlərdə inteqrasiyanın dərinləşdirilməsi xətti xüsusi yer tutur. Respublikamız öz imkanlarını təqdim etməklə, regionda əməkdaşlığın möhkəmlənməsinə böyük səy göstərir. Belə ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə yüksəksəviyyəli xoş münasibətlərə malikdir. Respublikamızın qısa müstəqillik tarixində sıx partnyorluq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. Oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər edib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir.
Tarixdən gələn ənənələr
“Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır”. Bu fikri ümummilli liderimiz Heydər Əliyev zamanında Tbilisidə səfərdə olarkən ifadə edib. Yerində və çox sərrast ifadə edilmiş fikirdir. Həqiqətən də, biz həyatda ürəyimiz istəyən, zövqümüzə yatan çox şeyi seçirik. Bəyəndiklərimizi həyatımızda saxlayırıq, xoşumuz gəlməyənlərlə isə vidalaşırıq və yaxud yollarımızı ayırırıq. Ölkələr və xalqlar üçün isə qonşular tamam fərqli anlam kəsb edir. Obyektiv reallıqdır - heç bir xalq və yaxud dövlət öz qonşusunu seçmir. Bu, necə deyərlər, alın yazısı, tale qisməti kimi qəbul olunur. Yaxşı, nəcib, pis niyyətlərdən, hiylə və məkrlərdən uzaq qonşulara malik olmaq hər bir xalqın böyük şansıdır.
Azərbaycan və gürcü xalqları da qonşu olmalarını özlərinin böyük üstünlükləri sayırlar. Hazırda iki ölkə arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. Prezident İlham Əliyev Gürcüstana növbəti işgüzar səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında bildirib ki, bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Prezident İlham
Əliyevin “mən doğrudan da özümü evimdəki kimi hiss edirəm” deməsi də iki ölkə və xalq arasındakı səmimiyyətin, xoş münasibətin ifadəsidir.
Münasibətlərin hazırkı yüksək səviyyəsi isə tarixi ənənələrə söykənir. Əsrlər boyu xalqlarımız daim dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bugünkü dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub.
Siyasi dialoqun yüksək səviyyəsi
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin Gürcüstana növbəti səfəri hər iki ölkənin müstəqillik qazanmasının 30-cu ildönümünə təsadüf edir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Gürcüstanın Azərbaycanda səfirliyi 1995-ci ildə açılıb. 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində Baş Konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın Baş Konsulluğu açılıb.
Bu gün Azərbaycanla Gürcüstan arasında siyasi dialoq yüksək dinamizmi ilə fərqlənir. Ümummilli lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərimiz arasında əlaqələrin inkişafına əhəmiyyətli təkan verib. Ötən dövr ərzində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutub. Prezident İlham Əliyevin bəhs olunan səfəri Onun dost ölkəyə sayca 10-cu səfəridir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə təkcə keçən il iki dəfə Azərbaycanda səfərdə olub. İndiyədək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edən 118-dən çox sənəd imzalanıb. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.
Ölkələrimizin parlamentlərarası əlaqələri də fəal şəkildə davam etdirilir. Hər iki ölkənin qanunverici orqanında dostluq və işçi qrupları fəaliyyət göstərir. Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova 2022-ci il aprelin 19-20-də Gürcüstanda rəsmi səfərdə olub.
Tale elə gətirib ki, oxşar tarixə malik olan Azərbaycan və Gürcüstan öz müstəqilliklərinin ilk vaxtlarından da eyni problemlə üzləşiblər. Belə ki, hər iki ölkənin suverenliyi və ərazi bütövlüyü pozulub. Azərbaycan 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı kapitulyasiyaya məruz qoyaraq öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünə nail oldu. Qeyd etmək yerinə düşər ki, dost Gürcüstan müharibə dövründə ədalətli mövqe sərgiləyərək öz ərazisindən işğalçı Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına imkan vermədi.
Öz növbəsində, Azərbaycan da qonşu dövlətin suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstək ifadə edir. BMT Baş Assambleyasının 2020-ci il sentyabrın 3-də, 2021-ci il iyunun 17-də və 2022-ci il iyunun 8-də keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı eyni məsələ ilə bağlı daha əvvəlki səsvermələrdə olduğu kimi, Azərbaycan sözügedən sənədin lehinə səs verib.
Hər iki tərəfin maraqlarına cavab verən iqtisadi əlaqələr
İki ölkə arasındakı siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq, tərəflərin maraqlarına cavab verən iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bu gün qardaş ölkənin xarici ticarət dövriyyəsində Azərbaycanın payı kifayət qədər yüksəkdir. Ölkəmiz Gürcüstanın xarici ticarət dövriyyəsində Türkiyə və Rusiyadan sonra üçüncü yerdə gəlir.
Hazırda Azərbaycanın beynəlxalq səviyyəli şirkəti olan SOCAR respublikamızı qardaş ölkədə yüksək səviyyədə təmsil edir. SOCAR Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa 2006-cı ildən başlayıb. İndiyədək Azərbaycan şirkəti dost ölkədə müxtəlif layihələrin reallaşdırılmasına 1,5 milyard dollardan çox investisiya yönəldib və minlərlə yeni iş yeri yaradıb. Hazırda
SOCAR Gürcüstana təbii qaz, neft və neft məhsullarının əsas tədarükçüsüdür. Gürcüstandakı Kulevi Neft Terminalı Azərbaycan şirkətinə məxsusdur. Buradan Azərbaycanın neft və neft məhsullarının dünya bazarlarına daşınması həyata keçirilir. Bundan başqa, SOCAR-ın törəmə müəssisələri qonşu ölkədə qazpaylayıcı və yanacaqdoldurma məntəqələri şəbəkələrinin genişləndirilməsi ilə məşğuldur. Onu da qeyd edək ki, SOCAR Gürcüstanda kommersiya fəaliyyəti ilə yanaşı, bir sıra sosialyönümlü layihələri də uğurla həyata keçirir. Bu layihələrin bir qismi qonşu ölkədə yaşayan soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına və onların Gürcüstan cəmiyyətinə daha sıx inteqrasiya olunmasına yönəldilib. İki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “O ki qaldı, ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir”.
Enerji sektorunda səmərəli regional əməkdaşlıq platforması
Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırırlar. Eyni zamanda, son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsinin resurs mənbəyi rolunda Azərbaycanın zəngin “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. Təxminən 40 milyard dollar investisiya qoyuluşu hesabına başa gələn Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP, 2020-ci ilin dekabr ayında istifadəyə verildi. Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyədən keçən yeni dəhliz vasitəsilə Avropa ölkələrinə tədarük olunur. Beləliklə, deyə bilərik ki, Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında keyfiyyətcə yeni mərhələ başlayıb. Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında birlikdə reallaşdırılacaq yeni layihələrin də anonsunu edib. “Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazirin də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni, bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər, hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

