Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hər an hazır olan Azərbaycan Ordusu

Hər an hazır olan Azərbaycan Ordusu

21.04.2023 [10:30]

İlham Əliyev: Bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür

Elə bir dövrdə yaşayırıq ki, dünyada bir sıra hallarda beynəlxalq prinsiplər məhz güc yolu ilə tətbiq olunur. Bunun acı təcrübəsini biz də təxminən otuz ili əhatə edən işğal dövründə yaşamışıq. Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının dəstəyi ilə ərazilərimizin 20 faizini zəbt etmişdi. Ancaq ikili standartlar səbəbindən işğalçı ölkə sanksiyalardan kənarda qalırdı. Ayrı-ayrı beynəlxalq təşkilatlar, güc mərkəzləri isə baş verənlərin fərqinə varmadan işğalçı ilə təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymağa çalışırdı. Ədalətsizliklə üzləşən Azərbaycan 2020-ci ildə 44 günlük müharibədə ərazi bütövlüyünü öz gücü ilə təmin etmək məcburiyyətində qaldı.

Zəfərlərdən zəfərlərə

İşğal illərində ərazi bütövlüyünün pozulması faktı ilə barışmayan Azərbaycan sülh danışıqlarında fəallıq göstərməklə yanaşı, həm də öz Ordusunun gücləndirilməsi qayğısına qalırdı. Güclü iqtisadi potensialımız, artan maliyyə ehtiyatlarımız dost ölkələrin şirkətlərindən müasir silah-sursat almağa imkan verirdi. Eyni zamanda, respublikamızda güclü müdafiə sənayesi quruldu və Ordunun tələbatı həm də daxili istehsal hesabına qarşılandı. 44 günlük müharibədən əvvəl KİV-də dünya ölkələrinin ordularının reytinq cədvəli açıqlanmışdı. Həmin cədvəldə Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alırdı. Bu Ordu düşmənə sarsıdıcı zərbələr vurmağa, ölkənin ərazi bütövlüyünü bərpa etməyə hazır və qadir idi.

Ordumuz düşmənə öz gücünü ilk dəfə 2016-cı ildə baş verən Aprel döyüşlərində göstərdi. Verilən məlumatlara görə, dörd günlük müharibədə 320-dən artıq düşmən hərbiçisi məhv edildi. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Eyni zamanda, düşmənin Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və bir neçə hərbi hissəsi məhv edildi. Azərbaycan Ordusu Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı qazandı. Aprel döyüşləri nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı.

Ordumuz Aprel döyüşlərindən sonra 2020-ci ildə Vətən müharibəsində qazanılan Böyük Zəfərə doğru irəlilədi. Vətən müharibəsi başlayanadək Silahlı Qüvvələrimiz daha bir neçə dəfə öz gücünü düşmənə göstərdi. Bu sırada Cünnüt döyüşlərini, Tovuz əməliyyatını misal göstərə bilərik. Ancaq Ermənistan bu döyüşlərdə uğradığı acınacaqlı məğlubiyyətdən özü üçün lazımi nəticələr çıxartmadı. Öz havadarlarına arxalanan düşmən 2020ci il sentyabrın 27-də keçmiş təmas xətti boyunca növbəti dəfə genişmiqyaslı təxribata əl atdı. Bu dəfə Azərbaycan Ordusunun düşmənə cavabı daha qəti və sərt oldu. Ermənistanın heç bir motivasiyası olmayan hərbi birləşmələri Ordumuzun qarşısında duruş gətirə bilmədi və cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirərək kapitulyasiyaya məruz qaldı. Ordumuzun Vətən müharibəsində sərgilədiyi misilsiz şücaətlər sayəsində Azərbaycan özünün ərazi bütövlüyünə hərbi-siyasi yolla nail oldu.

Ordu quruculuğu yenə də gündəlikdə

Müharibəni şanlı Zəfərlə başa vuran Azərbaycan yenə də ordu quruculuğununu gündəliyinin mərkəzində saxlayır. Prezidenti İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində postkonflikt dövründə ölkəmizin müəyyənləşdirdiyi əsas prioritetlərə diqqət çəkib. Şübhəsiz ki, indiki mərhələdə işğaldan azad edilmiş ərazilərin bərpası və ora Böyük Qayıdışın layiqli şəkildə təmin edilməsi əsas hədəfimizdir. Eyni zamanda, Ordunun möhkəmləndirilməsi də respublikamızın ən mühüm prioritetləri sırasındadır.  Hazırda respublikamızda hərbi xərclər ikinci yerdə gəlir.

Azərbaycan dövlətinin postmüharibə mərhələsində də ordu quruculuğuna böyük həcmlərdə vəsaitlər yönəltməsi  isə heç də təsadüfi deyildir. İndi buna da böyük ehtiyac var. Qlobal miqyasda gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər, təhlükələr artır. Eyni zamanda, 44 günlük müharibədəki məğlubiyyəti həzm edə bilməyən Ermənistanda revanşist qüvvələr yenə baş qaldırırlar. Ordusu bütünlüklə tar-mar olan məğlub ölkə Hindistandan, İrandan silahlar tədarük edir. Bu silahlar aşağı parametrlərə malik olsalar da, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun, zərurət yarananda düşmənin başını əzsin.

Məlumdur ki, hazırda qlobal silah bazarında da qeyri-müəyyənliklər hökm sürür. Elə ölkələr var ki, istehsalçılar onlara hərbi texnikanı satmaqdan sadəcə, imtina edirlər. Burada ölkələrin imici, liderlərin diplomatik məharəti xüsusi rol oynayır. Qabağcıl silah istehsalçıları işğalçı siyasət aparan Ermənistanla əməkdaşlığa maraq göstərmirlər. Buna görə də bu ölkə öz arsenalını rəqabət imkanları məhdud olan silahlarla doldurur. Azərbaycanın səmərəli multiregional siasətinin nəticəsidir ki, ölkəmiz belə problemlərlə üzləşmir. Azərbaycan bir qayda olaraq silahlanmaya yeni nəsil silahlar cəlb edir.

Eyni zamanda, Azərbaycan postkonflikt dövründə ordu quruculuğunun İkinci Qarabağ müharibəsinin təcrübəsini nəzərə almaqla yeni yanaşma sərgiləyir. Belə ki, müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, paralel şəkildə strukturun çevikliyi, kadrların peşəkarlığı artırılır, yeni silahlı birləşmələr yaradılır. İşğaldan azad edilən ərazilərimizdə yaradılan komando briqadaları buna misaldır. Bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadirdirlər.

Yenidən formalaşdırılan Ordumuz postmüharibə mərhələsində öz gücünü bir neçə dəfə düşmənə göstərib. Erməni hərbi birləşmələrinin həm  Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə, həm də iki ölkə arasındakı şərti sərhədlər boyunca törətdikləri təxribatların qarşısı qətiyyətlə alınıb və silahlı Qüvvələrimiz yeni, daha əlverişli pozisiyalarda  möhkəmlənib. “Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Tam əminliklə deyə bilərəm ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə bu sahədə - ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas vəzifədir, bu vəzifə və Qarabağın, Şərqi Zəngəzurun bərpası vəzifəsi. Ona görə biz əsas vəsaiti bu istiqamətlərə yönəldəcəyik, lazım olan digər xərclər də aparılacaq”, - deyə Prezident İlham Əliyev bildirib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 501 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31