Fransa üzr istəməlidir!
08.07.2023 [10:15]
Törətdiyi cinayətlərə, neokolonist siyasətinə və təbliğ etdiyi irqi ayrı-seçkiliyə görə...
Bakıda rəsmi Parisin bəşəri cinayətlərinə qiymət verildi
Yeni əsrdə yeni dünya uğrunda mübarizə birliyə, əməkdaşlığa və sülhə əsaslanmalıdır. Bu kimi dəyərləri qorumaqla yanaşı, həm də onları bəşəri, qlobal çağırışlara çevirmək lazımdır. Dünyanın yeni inkişaf mərhələsini formalaşdırmaq istiqamətindəki addımlar məhz bu tezislərə söykənmələdir - yaşadığımız XXI əsr demokratiya, sülh və əməkdaşlıq, humanizm prinsiplərinə söykənən zaman kəsiyinə çevrilməlidir. Təəssüfləndirici haldır ki, hələ də bəzi dövlətlər özlərinin sərsəm iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları, irqi və diskriminasiyaya əsaslanan siyasəti, beynəlxalq hüquqa qarşı qeyri-adekvat davranışı ilə bu mənzərənin formalaşmasına imkan vermir. Bu kimi dövlətlər XIX və hətta XX əsrin ilk yarısında olduğu kimi müstəmləkə havasında yaşamaq həvəsindədir, insanları milliyyətinə, irqinə və ya dininə görə fərqləndirirlər. Zorakılıq bu dövlətlərin prioritet siyasi vasitəsi kimi çıxış edir - “tarixi təcrübə”lərinə əsaslanaraq insanları qorxu və gücün zoru ilə əsarətdə saxlamaqla bütövlükdə xalqlara qarşı amansız neokolonizm siyasəti həyata keçirilir. İllərlə törətdikləri amansız soyqırımları isə tarixə bir qara ləkə kimi yazılır. Belə ölkələrdən biri və bəlkə də yeganə ölkə məhz Fransadır....
İrqi ayrı-seçkilik - Fransanın tarixi “mərəzi”...
Əslində, Fransanın anti-Azərbaycan siyasətinin bir səbəbi də buradan qaynaqlanır - Qoşulmama Hərəkatına uğurla rəhbərlik edən Azərbaycan daima dünyada artan neokolonizm meyillərinə qarşı çıxışlar edir, bəzi ölkələrin əsarətində qalmış müstəmləkələrin öz azadlıqlarına qovuşması uğrunda səyləri birləşdirir, tarixə ədalət prizmasından qiymət verir. Azərbaycanın bütün məsələlərə yanaşması qəti və birmənalıdır - ədalət, beynəlxalq hüquq, ləyaqət prinsipləri hər zaman ön planda çıxış edir. Tarixin qara ləkələrinə belə Azərbaycanın yanaşması adekvatdır - bütün həqiqətlərə layiqli mövqe nümayiş etdirilməlidir. Son günlərdə Fransada baş verən insanlığa sığmayan hərəkətlər, 17 yaşlı gəncin irqi ayrı-seçkilik ucbatından qətlə yetirilməsi bütün dünyanın ən aktual mövzularındandır. Xatırladaq ki, Fransanın Nanter şəhərində polis tərəfindən 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisə irqi zəmində baş verib, belə ki, qətlə yetirilən yeniyetmə əlcəzair əsilli olub. Qeyd edildiyi kimi, polisin ona tabe olmaqdan imtina edən, adi yol hərəkəti qaydası ilə bağlı məsələ ucbatından yeniyetməni soyuqqanlıqla qətlə yetirməsi dünya ictimaiyyətində şok effekti yaradıb. Qətli törətmiş polis həbs olunsa da, bu hadisə kütləvi iğtişaşlara səbəb olub - barrikadalar qurulub, avtomobillərə od vurulub, polislə toqquşmalar və s. Hadisələr Parisin digər vilayətlərinə də keçib, bir neçə şəhərdə iğtişaşlar törədilib. Bu gün də davam edən etiraz akmsiyalarında xalq açıq şəkildə baş verənlərə qarşı etiraz edir, Makron hakimiyyətinin törətdiyi cinayətlərə yox deyir.
17 yaşlı gəncin qətli irqçiliyin və islamofobiyanın daha bir əlamətidir
Bu məsələyə mütləq şəkildə beynəlxalq qiymət verilməlidir. Təsadüfi deyildi ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə də bu məsələ müzakirə predmetinə çevrildi. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Dövlətimizin başçısı qeyd edib: “Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik”.
Təəssüfləndirici haldır ki, son illərdə bəzi Qərb ölkələrində, xüsusilə Fransada islamafob meyllərin artdığı müşahidə olunur. Bu ölkədə yaşanan daxili, ictimai və siyasi proseslərdə əsasən islamafobiya və miqrant əleyhinə fəaliyyətlər aktuallığını saxlayır. Fransada multikulturalizm kimi bəşəri dəyər artıq öz mahiyyətini itirir - dövlətin apardığı siyasətdə açıq şəkildə qıcıq yaradan və diskriminasiyaya yönəlik çağırışlar son illərdə daha davamlı xarakter alıb. İslamafob fikirlər hətta bəzi ölkələrin rəsmilərinin, siyasətçilərin leksikonunda yer tapmağa başlayıb. Bütün bunlar isə ümumilikdə sonuncu qətl hadisəsi kimi amansız hallara yol açır. Qeyd edilməlidir ki, Fransada islamofobiya təkcə cinayətlərə nifrət və ayrı-seçkiliklə məhdudlaşmır, həm də yerli müsəlmanların gündəlik həyatına təsir göstərir. Fransada bir çox qeyri-fransızlar, daha çox müsəlmanlar məşğulluq və əməkhaqqı məsələsində ayrı-seçkilik və ədalətsiz rəftarla üzləşir - bunlar getdikcə daha çox yayılır. Bəli, Fransanın apardığı siyasət bu mənada xüsusi vurğulanmalıdır. Ən yaxın tarixdə belə islamafob addımlardan çəkinməyən, hətta müsəlmanlara qarşı soyqırımları həyata keçirən Fransa hansı əsasla özünü “bəşəri dəyərlərin” daşıyıcısı sayır?..
Tarixdən dərsini götürməyən Paris...
Neokolonist arzularından əl çəkməyən Fransa tarixdən dərs götürmək belə istəmir. Beynəlxalq ekspertlərin də şərhlərinə görə, Fransa müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq edən ölkədir. Ötən dövrün tarixinə isə Fransa adını ancaq qanlı və qara hərflərlə yazdırıb - həyata keçirdiyi soyqırımları, insanların vəhşicəsinə qətlə yetirilməsi faktları, milyonlarla insanın kölələşdirilməsi kimi saysız-hesabsız məqamlar rəsmi Parisin tarixdən silə bilməyəcəyi üz qarasıdır. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bunun utancverici və iyrənc hərəkət olduğunu deyən dövlətimizin başçısı qeyd edib: “Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”.
Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.
Bəli, Fransanın öz müstəmləkələrində hansı addımlarla yadda qaldığı hər kəsə bəllidir. 1524-cü ildən başlanan Fransa müstəmləkəçiliyinin acı nəticələri hələ də yaddan çıxmayıb:
- Afrikanın 35 faizi 300 il Fransanın nəzarətində qalıb;
- Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr o illərdə Fransanın qul ticarəti mərkəzləri kimi istifadə edilib və bölgədəki bütün resurslar istismar edilib;
- Əsrlərlə davam edən müstəmləkəçilik dövründə milyonlarla afrikalı həyatını itirdi;
- Bəşər tarixinin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həlak olduğu 1994-cü il Ruanda soyqırımında Fransanın rolu olduğu üzə çıxdı - 2008-ci ildə Ruanda hökuməti Fransanı soyqırıma hazırlığından xəbərdar olub hutu dəstələrinə kömək edib onlara təlim keçməkdə günahlandırdı;
- 1945-ci il mayın 8-i Fransanın Əlcəzairdə soyqırımının başladığı tarixdir. Bu soyqırımda milyonlarla müsəlman əlcəzairli həyatını itirdi.
Əlcəzair qətliamı - insanlığa qarşı cinayət...
Fransanın Əlcəzairdə törətdiyi soyqırımı tarixi və bəşəri cinayətdir. Ötən ilin noyabrında Ərəb Liqasının Zirvə Sammitində iştirak etmək üün Əlcəzairə səfər edən Prezident İlham Əliyev paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etmişdi. Bildirilmişdi ki, fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Buna görə də Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub. Fransanın törətdiyi daha bir faciə isə 1961-ci ilin oktyabrında baş verib. O zaman on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxır. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olub. Fransa hakimiyyəti bu faciə ilə bağlı da susqunluq nümayiş etdirib. Fransanın törətdiyi qətliamlara görə məsuliyyəti boynuna almamaq ənənəsi görünür ki, davam etməkdədir.
Prezident Makron isə hələ də bu irqçi və ayrı-seçkiliyə əsaslanan siyasətdən əl çəkmək, səmimi şəkildə üzr istəmək fikrində deyil. Amma tarix göstərir ki, Makron kimi insanlar öz layiqli “qiymətini” alır - indiki halda Fransa dövlət başçısı vaxtilə törədilən cinayətlərə görə üzr istəməklə ən azından tarix qarşısındakı cinayətlərini etiraf etmiş olarlar...
Korsika, Yeni Koledoniya, Polineziya - neokolonizm siyasəti davam edir
Ən təəssüfləndirici hal isə, bu siyasətin hələ də davam etdirilməsidir. Məsələn, Korsikanın azadlıq mübarizəsi Fransa üçün artıq uzun illərdir ki, “baş ağrısına” çevrilib. Eyni zamanda, sərhədlərindən çox uzaqda yerləşən ərazilərə belə iddialarını davam etdirən rəsmi Paris müasir dövrdə müstəmləkə siyasəti yürütməsi ilə seçilir. Məsələn, Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası buna bariz misaldır. Xatırladaq ki, Mayot adası hazırda departament formasında Fransanın nəzarətində olan adadır. Mayot adası və onun ətraf bölgələrinə Qəmər Adaları İttifaqının haqlı iddiaları əsaslıdır - ada əhalisinin sayı 188 422 nəfərdir və etnik tərkib baxımından ada əhalisinin böyük əksəriyyəti qəmərlilərdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi isə Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanıyıb. Fransa isə beynəlxalq hüquqa hörmət göstərməyərək özünün müstəmləkəçilik siyasətindən əl çəkmir - Mayot Adası əsl sahiblərinə təhvil verilmir. Bu isə özünü Avropa demokratiyasının ən əsas dayaqlarından sayan Fransanın əsl xislətini ortaya çıxarmış olur.
Eyni zamanda, Yeni Kaledoniya da Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumu sayılır. Sakit okeanın cənub-qərb hissəsində, Melaneziyada eyni adlı böyük bir ada və bir qrup kiçik ada ilə təmsil olunan Yeni Kaledoniya Fransanın “xaricdəki ərazisi” sayılır. 1980-ci və 1990-cı illərin əvvəllərində adaya müstəqilliyin verilməsi şüarı altında aborigen əhali (melaneziyalılar) tərəfindən təşkil edilmiş üsyanlar baş tutub. Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı ard-arda bir neçə dəfə referendumlar keçirilib. Amma Fransa beynəlxalq hüquqa arxa çevirirək Yeni Koledoniyanın müstəqilliyini tanımır və zorakı üsullarla özünün neokolonist siyasətini davam etdirir.
Fransa özündən on minlərlə uzaqda olan başqa bir torpağı - Fransa Polineziyasını “əldən vermək” istəmir. Fransa Polineziyasına Markiz, Cəmiyyət, Qambye, Tubuai və Tuamotu arxipelaqları daxildir. Qeyd edək ki, 1946-1947-ci illərdə ilk qeydiyyatdan sonra fransız Polineziyası 2013-cü ildə BMT-nin müstəmləkəsizləşdiriləcək qeyri-muxtar ərazilər siyahısına reinteqrasiya edilib və bu siyahıda 1986-cı ildən qonşu Yeni Kaledoniya da yer alıb. BMT qətnaməsi “Fransız Polineziyası əhalisinin də öz müqəddəratını təyin etmək və müstəqillik hüququnu” təsdiqləyib. Fransa hökumətindən bu ərazidə “öz müqəddəratını təyinetmə prosesinin ədalətli və səmərəli qurulmasını asanlaşdırmaq və sürətləndirmək”, eləcə də Polineziya əhalisinin müstəqilliyə qərar verə biləcəyi referenduma və ya öz müqəddəratını təyinetmənin ara statusuna yol açmaq tələb olunub. Amma Fransa yenə də beynəlxalq hüququ ayaqlar altına alaraq özünün müstəmləkə siyasətinə son vermir...
Qarabağda daşa dəyən “fransız oxu”...
Fransanın Azərbaycana qarşı tutduğu mövqe də əsassızdır - bütövlükdə beynəlxalq hüquqa qarşı hörmətsizlik bahasına da olsa Fransa yenə də “cəhdlərini” davam etdirməkdən əl çəkmir. Təbii ki, beynəlxalq miqyasda Azərbaycana qarşı oynamağa çalışdığı bütün siyasi oyunlar iflasa uğrayır. Ötən illərdə zaman-zaman davam etdirilmiş, II Qarabağ müharibəsindən sonra isə intensivləşdirilmiş bu siyasi “gedişlər” ermənipərəst marağa əsaslanır. Belə ki, Azərbaycanın Vətən müharibəsindəki qələbə əldə etməsi, Ermənistanın isə məğlub olaraq kapitulyasiya imzalaması Fransanın illərdir davam edən “status-kvo” oyununu pozub. Vaxtilə ATƏT-in “Minsk qrupu” vasitəsilə regiona nüfuz etməyə çalışan, başqa sözlə regionda özünün maraqlarını təmin etmək istəyində olan Fransanın 2020-ci ildən sonra bütün “imkanları” əlindən çıxdı. Müharibə dövründə, eləcə də post müharibə zamanında fərqli üsullarla Azərbaycana qarşı “təzyiq kampaniyası” yürütməyə çalışan rəsmi Parisin arzuları gözündə qaldı. Cənubi Qafqazda da yürütdüyü neokolonizm siyasətinin fərqli bir mənzərəsini formalaşdırmağa çalışan Fransanın bütün kartları açılıb - aparılan ermənipərəst siyasətin ardı-arası kəsilmir. Frankafoniya məğlubiyyəti, BMT TŞ-da düşdüyü rəzil durum, Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı boşa çıxan bütün çabaları Fransa üçün dərs olmur. İstər prezident Makronun Qarabağla bağlı cəfəng fikirləri, istər Fransa parlamentinin qəbul etməyə çalışdığı qondarma “qətnamə”lər heç bir işə yaramır. Fransanın regionla bağlı “müstəmləkə arzuları” ürəyində qalır. Fransa Ermənistanın timsalında özünün regiondakı əlaltısını müəyyənləşdirib və onun əli ilə regiona nüfuz edəcəyini düşünür. Amma reallıqlar tamam başqa mənzərəni ortaya çıxarıb. Azərbaycan özünün haqq işində qətiyyətindən bir addım da geri çəkilmir. Eyni zamanda, ölkəmizin benəlxalq dəstəyi də kifayət qədər çoxdur. Bunu, Fransanın uğradığı fiaskolar da təsdiqləyir. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında Prezident İlham Əliyev bildirib ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi: “Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”.
Bütün cinayətlərə görə...
Bəli, Fransada bu gün cərəyan edən bəşəri cinayətlər, insanlığa qarşı qəsd hadisələri məhz bu kimi “tarixə”, “ənənəyə” söykənir. Dünənindən dərs almayan Fransanın siyasi hakimiyyəti isə bu gün baş verənlərə də barmaqarası yanaşır - hətta məmurlar belə cəmiyyəti sanki antoqonist qüvvə sayır, onların haqlı tələblərini belə dinləmək istəmir. Bunun qarşılığında Fransanın siyasi hakimiyyəti irqi ayrı-seçkiliyi, bölücülüyü, bir sözlə düşmənçiliyi körükləyən halları dəstəkləyir, onun təbliğatını aparır. Bu kimi yolverilməz hallar təəssüf ki, artıq Fransa üçün ənənəyə çevrilməkdədir. XXI əsrdə belə özünün “müstəmləkəçilik, təcavüzkarlıq” siyasətindən əl çəkməyən Fransanın addımları müasir beynəlxalq münasibətlər sisteminə ziddir - bu, zorakılıq və təcavüzü özündə əks etdirir. Eyni zamanda, müstəmləkə saxlamaq, irqi diskriminasiyaya yol vermək kimi çirkin arzular Fransanın qeyri-demokratik xislətindən xəbər verir. Etdiyi bütün cinayətlərə görə Fransa üzr istəməlidir.
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündəki çıxışında Prezident İlham Əliyev bildirib ki, Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır. Dövlətimizin başçısı deyib: “Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrini aradan qaldırılmasına kömək edəcək”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

