Azərbaycan yeni nümunə təqdim edir: təmiz dünya naminə birlik və həmrəylik
26.12.2023 [10:10]
Sağlam gələcək üçün “yaşıl dünya”...
Cənubi Qafqazın lideri Azərbaycan aparıcı regional aktor kimi qlobal proseslərdə mühüm rol almaqdadır. Xüsusilə, son dövrlərdə “yaşıl enerji” və “yaşıl dünya” prioritetlərini açıqlayan Azərbaycan dünyanın sağlam gələcəyi uğrunda əsaslı təşəbbüsləri ilə yadda qalmaqdadır. Bəli, dünya ölkələri ən çətin, həssas durumlara düşən, hətta dilemma qarşısında qalan zaman Azərbaycan özünün bu kimi beynəlxaq çağırışları, qlobal təşəbbüsləri ilə gündəmə gəlib. Bu gün də analoji hal təkrarlanmaqdadır - təsadüfi deyil ki, müasir çağırışlar bəzi nüanslar üzrə qlobal dünyadan vahid mövqe tələb edir. Buraya qeyd edilən bəşəri dəyərlər - multikulturalizm, tolerantlıq kimi anlayışlarla yanaşı, qlobal təhlükələrə qarşı birgə mübarizənin təşkili, qlobal problemlərin aradan qaldırılmasında vahid mövqeyinin nümayişi kimi komponentləri də əlavə etmək zəruridir. Bu mübarizə isə birlik və həmrəylik şəraitində daha mühüm effektiv nəticələrə yol açır.
“Yaşıl dünya” şüarı...
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” müvafiq Sərəncamı da məhz bu mahiyyətə malikdir. Sabit və sakit dünya, silahsız və müharibəsiz həyat, sosial təminatı olan və ali təfəkkürə malik cəmiyyət prioritetləri kimi vacib şərtə çevrilən “yaşıl dünya” şüarı özündə sağlam gələcəyi tərənnüm etməkdədir. “Yaşıl dünya” şüarı Azərbaycanın ümumi inkişaf prosesinin ən ümdə ştrixlərini özündə birləşdirir - bu gün dünyanın bir sıra regionlarının enerji təminatçıları sırasında yer alan Azərbaycan yeni dövr üçün yeni prioritetlər müəyyənləşdirir və bu prioritetlərin həyata keçməsi prosesində böyük cəsarət, qətiyyət nümayiş etdirir. Hesablamalara görə, alternativ mənbələrdən enerji istehsalı növbəti dövr üçün özünün istifadə imkanlarını artaraq - 2025-ci ildə dünya üzrə elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək. Ən çox artım isə günəş və külək enerjisi istehsalında gözlənilir - müvafiq olaraq 60 və 30 faiz səviyyəsində.
“Yaşıl enerji” potensialı...
Azərbaycanın yaşıl enerji müstəvisindəki potensialı bəllidir - düzdür, ölkəmiz ənənəvi enerji ixracatçısı olsa belə, bu prosesdə uğurla və qətiyyətli şəkildə yer alır. Bu ilin oktyabrında Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, bizim planlarımız daha genişdir. Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir: “Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir”.
Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. İlkin dəyərləndirmələrə əsasən, ölkəmizin külək, Günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Vurğulanmalıdır ki, 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30 və yaxud 40 faizə çatdırılması hədəf kimi qarşıya qoyulur.
Ölkəmizin digər böyük planı Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşları ilə fəal şəkildə işləməkdən ibarətdir. Ötən ilin dekabrında Azərbaycanda istehsal olunacaq “yaşıl enerji”nin Qara dənizin dibi ilə Avropaya çatdırılmasını özündə ehtiva edən müvafiq müqavilə imzalanıb. Bu istiqamətdə artıq fəaliyyətə start verilib. Bir neçə aydan sonra yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır. Bütün bunlar Azərbaycanın öz planlarını gerçəkləşdirmək yolunda inamla irəlilədiyini təsdiqləyir.
İqlim dəyişikliyi məsələsi Bakıda müzakirə ediləcək...
Prezident İlham Əliyev Azərbaycanın “yaşıl hədəfləri” haqda danışarkən iqlim dəyişikliyi ilə bağlı məsələyə xüsusi diqqət ayırır. Bu da təsadüfi deyil - Azərbaycan hər zaman iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına qoşulan ölkələr sırasında ən önəmli yerlərdən birini tutub. Respublikamız BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiqləyib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Digər bir mühüm beynəlxalq sənəd olan Paris Sazişi isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub.
Bu il Dubayda baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində də Azərbaycan uğurla təmsil olundu - təsadüfi deyildi ki, son illərdə dünyanın yeni enerji siyasətinin ən fəal iştirakçılarından birinə çevrilmiş Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə yeni töhfələrlə gəlmişdi. Təsadüfi deyildi ki, Azərbaycanın pavilyonu ölkəmizin yaşıl enerji və iqlimlə bağlı siyasətini, flora və faunanın müxtəlifliyini özündə ək etdirməklə yanaşı, real və müasir həqiqətləri - Ermənistanın apardığı terrorçu fəaliyyət, xüsusilə mina terroru nəticəsində ortaya çıxan mənzərəni ortaya qoyurdu.
Bu isə özlüyündə COP29-un Azərbaycanda keçirilməsi üçün də təbii zəmin yaratdı - bəlli olduğu kimi, gələn il bu böyük Sammit ölkəmizdə baş tutacaq. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarın yekdilliklə dəstəklənməsi isə mühüm əhəmiyyət daşıyır. Azərbaycana növbəti dəfə inanılıb və hörmət göstərilib. Bu, son dərəcə böyük etimaddır. Dünya birliyinin respublikamıza bu böyük etimadı göstərməsi isə heç də təsadüfi deyil. Bu, bir tərəfdən Azərbaycanın apardığı siyasət, digər tərəfdən isə ölkəmizin müsbət reallıqları ilə bağlıdır. COP29 ilə bağlı ilk müzakirədə çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq: “Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”.
Azərbaycan bu tədbiri ən yüksək səviyyədə təşkil edəcək - buna həm siyasi potensialımız, həm də mənəvi cəhətdən hüququmuz imkan verir. Daima qlobal təşəbbüslərlə aktuallaşan Azərbaycan qarşıdakı illərdə özünün yaşıl prioritetləri uğrunda səylərini daha da möhkəmləndirəcək...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

