Yeni mərhələyə yüksələn Azərbaycan - BƏƏ münasibətləri
10.01.2024 [10:00]
Ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən birini böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Ölkəmizin ərəb dövlətləri, bütövlükdə, geniş İslam coğrafiyası ilə əməkdaşlığının genişlənməsini şərtləndirən bir sıra amilləri sadalamaq mümkündür. Bu sırada tarixi bağlılıq, siyasi dvidentlər, lobbi maraqları, iqtisadi avantajlar, o cümlədən enerji əməkdaşlığı, investisiya cəlbediciliyi, yeni ixrac bazarları, geniş turizm potensialı, kadrlar və intellektual məhsulların ixracı və s. bu kimi məqamları xüsusi qeyd edə bilərik.
BƏƏ ilə genişlənən siyasi dialoq
Azərbaycanla İslam dünyasının önəmli dövlətlərindən olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında tarixi köklərə malik olan və mənəvi dəyərlərə, ənənələrə əsaslanan möhkəm dostluq münasibətləri bərqərar olub. Hər iki ölkənin rəhbərliyi qarşılıqlı siyasi dialoqun genişlənməsinə böyük səy göstərir.
Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr ikitərəfli platformada, eləcə də beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib.
Ümummilli Liderin əsasını qoyduğu bu əlaqələr sonrakı mərhələdə uğurla davam etdirilərək yeni inkişaf səviyyəsinə yüksəlib. 2006-cı il noyabrın 20-21-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. Səfəri çərçivəsində iki ölkə arasında iqtisadi, ticari və texniki əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər bağlanıb.
Dövlətimizin başçısının BƏƏ-yə növbəti səfəri bundan 10 il sonra - 2016-cı il fevral ayında reallaşıb. Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Azərbaycan Prezidentinin 2023-cü ilin sonlarında BƏƏ-nin ev sahibliyi etdiyi Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət edilməsi və bu tədbirdə yüksək səviyyədə iştirakı ikitərəfli siyasi dialoqun daha da möhkəmlənməsinə mühüm töhfə verib. Səfər çərçivəsində dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü bu ölkənin Azərbaycanla əməkdaşlığa verdiyi önəmin əyani göstəricisi idi. Görüşdə toxunulan məsələlər iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən və qarşılıqlı əməkdaşlığa artan maraqdan xəbər verirdi. Bu görüş həm də münasibətlərimizin yeni mərhələyə yüksəlməsinin bariz nümunəsidir. Təsadüfi deyil ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edildi.
Eyni zamanda, BƏƏ-nin yüksəksəviyyəli rəsmiləri də vaxtaşırı ölkəmizə səfərə gəlirlər. Elə bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın respublikamıza rəsmi səfəri baş tutub. Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub. Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak ediblər
Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələr yüksək dəyərləndirilir
Müasir dövlət kimi inkişaf edən Azərbaycan İslam dünyasının üzvü olmasından qürur duyur və dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. İslamofobiya meyillərinə qəti şəkildə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan “Bakı Prosesi” sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir.
Azərbaycan tərkibində çoxlu sayda ərəb dövlətinin də təmsil olunduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub və ötən illərdə qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük uğurla baş tutub və həmin tədbirdə quruma sədrlik 2019-2022-ci illərdə Azərbaycana keçib. Sonradan üzv dövlətlərin xahişi ilə ölkəmizin QH-na sədrliyi daha bir il uzadılıb. Ölkəmiz Qoşulmama Hərəkatına böyük uğurla sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verib.
Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin noyabrında Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının (ƏDL) 31-ci Zirvə toplantısında fəxri qonaq qismində iştirak edib. Xatırladaq ki, 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan ƏDL-də müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında o zamankı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib. 2022-ci ilin iyun ayında ƏDL-nın Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyt respublikamızda səfərdə olub və Prezident İlham Əliyev tərəfindən qəbul edilib.
Bütün bu kimi faktlar Azərbaycanın İslam dünyası ilə əməkdaşlığa böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir. Ölkəmizin İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə davamlı çağırışlar etməsi bütün ərəb dövətləri, o cümlədən də BƏƏ tərəfindən yüksək dəyərləndirilir. Qarşılıqlı siyasi dialoqun genişlənməsində bu amil mühüm rol oynayır.
Geniş İslam coğrafiyası və ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə siyasi dividentlər qazandırır. Ölkəmiz ərəb dövlətləri ilə həm yuxarıda qeyd olunan və digər beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatlarda sıx əməkdaşlıq edir. Ərəb dövlətləri, xüsusilə də İslam coğrafiyasında yayımlanan mətbuat ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Davamlı hal alan enerji əməkdaşlığı
Abşeronda, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə böyük “yaşıl enerji” potensialına malik olan Azərbaycan bu sahənin inkişafına, bərpa olunan mənbələrdən enerji alınmasına xarici investisiyaların cəlb olunmasına güclü siyasi iradə nümayiş etdirir. İndiyədək Azərbaycanın Energetika Nazirliyi ilə ayrı-ayrı xarici şirkətlər arasında müxtəlif layihələr üzrə investisiya müqavilələri imzalanıb.
Bu sırada BƏƏ-nin “Masdar” şirkəti də yer alırr. Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Layihə üzrə işlər sürətlə və yüksək standartlar səviyyəsində icra olunub. 2022-ci il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi baş tutub. Açılış mərasiminə Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd naziri, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini qatılıb. Prezident İlham Əliyev tədbirdəki çıxışında stansiyanıın açılışını əlamətdar nailiyyət kimi dəyərləndirərək vurğulayıb: “Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir”.
İstifadəyə verilən infrastruktur obyektinin texniki parametrləri kifayət qədər genişdir. Belə ki, Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Belə bir nəhəng infrastruktur obyektinin inşasını öz öhdəsinə götürməsi, layihənin icrasına yüz milyonlarla dollar həcmində investisiyalar yönəltməsi “Masdar” şirkətinin ölkəmizə olan inamını ifadə edir. Lakin, bu, sadəcə, başlanğıcdır. Prezident İlham Əliyev əminliklə bildirib ki, daha çox layihələr olacaq. Yeri gəlmişkən, ötən il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında yeni sənədlər imzalanıb. Bu sənədlər əsasında “Masdar” şirkəti investisiya fəaliyyətini Azərbaycanın regionlarında da davam etdirəcək.
Döst ölkənin Prezidentinin respublikamıza baş tutan uğurlu rəsmi səfəri çərçivəsində də yeni sənədlər imzalanıb. Belə ki, səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu”, “ADA Universiteti ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi”, “ADNOC və SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi” imzalanıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

