Avrasiyanın əvəzolunmaz nəqliyyat-logistika mərkəzi
26.01.2024 [10:20]
Dünyada müşahidə edilən kataklizmlər, xüsusilə də Yaxın Şərqdə, Qırmızı dənizdə baş verənlər, Rusiya-Ukrayna müharibəsinin uzanması regionda və qlobal miqyasda ölkələri, daşıma şirkətlərini alternativ nəqliyyat-logistika marşrutları axtarmaq məcburiyyətində qoyub. Daha təhlükəsiz və iqtisadi baxımdan səmərəli marşrutların önəmi heç vaxt olmadığı qədər artıb.
Belə heç də adi olmayan bir şəraitdə nəzərlər həm də Azərbaycana dikilib. Bu, bir tərəfdən respublikamızın Avrasiyada son dərəcə əlverişli coğrafi mövqedə yerləşməsi, uzunmüddətli daxili sabitliyə malik olması, digər tərəfdən isə geniş nəqliyyat-logistika imkanları təqdim etməsi ilə bağlıdır. Prezident İlham Əliyev son 20 ildə ölkəmizin əlverişli coğrafi mövqeyini nəzərə almaqla strateji baxış nümayiş etdirərək qeyd olunan sahənin inkişafına həssas yamaşma sərgiləyib. Onun qətiyyətli siyasi iradəsi ilə ölkə boyunca böyük həcmlərdə investisiya qoyuluşu hesabına çoxsaylı nəqliyyat-logistika layihələri uğurla icra olunub və respublika ərazisindən keçən bütün marşrutlar üzrə tranzit daşımalarının optimal vaxt rejimində səmərəli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradılıb. Tam qətiyyətlə deyə bilərik ki, hazırda Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat-logistika mərkəzinə çevrilib ki, bu da respublikamızın regional və qlobal miqyasda önəmini artıran çox mühüm amillərdən biri qismində çıxış edir.
20 ildə 20 min kilometr uzunluğunda avtomobil yolları
Bu gün müstəqil Azərbaycanın müasir simasını səciyyələndirən və Avrasiyanın mühüm nəqliyyat habı kimi önəmini artıran çoxsaylı faktorlardan biri də bütün ölkə ərazisində müasir nəqliyyat-logistika infrastrukturunun qurulması ilə bağlıdır. Bu infrastruktur o qədər mükəmməl qurulub ki, həm ölkədaxili inkişafa müsbət təsir göstərir, həm də respublikamızın ərazisindən tranzit daşımalarının cəlbediciliyini artırır.
Azərbaycanın son 20 ildə məqsədyönlü şəkildə həyata keçirdiyi müasir nəqliyyat infrastrukturu quruculuğu siyasətinin konkret nəticələrini bütün ölkə boyunca avtomobil yollarının yenilənməsinin timsalında aydın şəkildə görmək mümkündür. Avtomobil yollarının yenidən qurulması iki mühüm istiqamət - beynəlxalq əhəmiyyətli və yerli əhəmiyyətli yollarının yenidən qurulması istiqamətəri üzrə həyata keçirlib. Beynəlxalq səviyyəli yolların yenidən qurulması Azərbaycanın strateji maraqlarına cavab verir. Ölkəmiz tranzit daşımalarının cəlbediciliyini yüksəltməklə özünün valyuta gəlirlərinin həcmini artırmağı və mənbələrini şaxələndirməyi hədəfləyib. Eyni zamanda, Prezident İlham Əliyev ölkə ərazisində bütün yerli əhəmiyyətli, o cümlədən də kənd yollarının yenidən qurulmasını davamlı olaraq diqqət mərkəzində saxlayır. Yerli əhəmiyyətli yolların yenidən qurulması həm bölgələrdə iqtisadi inkişafın təmin olunması, həm də əhalinin rifah halının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əlamətdar haldır ki, qalib Azərbaycanın Müzəffər Lideri İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulmasını da əsas prioritetlərdən biri kimi müəyyənləşdirib və postmüharibə dövründə burada da çoxsaylı yol layihələri həyata keçirilib.
Bütövlükdə, son 20 ildə ölkəmizdə avtomobil yollarının yenidən qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, son 20 ildə ölkə ərazisində təxminən 20 min kilometr uzunluğunda avtomobil yolları tikilib və yaxud əsalı şəkildə yenidən qurulub. 2003-cü ildən bəri respublikamızda I texniki dərəcəli avtomobil yollarının uzunluğu artırılaraq 938 km-ə çatdırılıb. Bəhs olunan dövrdə ölkə ərazisində 499 körpü və yol ötürücüləri, həmçinin 114 yeraltı və yerüstü piyada keçidləri inşa olunub.
Su, hava nəqliyyatının inkişafı, dəmiryolu şəbəkəsinin müasirləşdirilməsi
Ölkəmizdə dəniz nəqliyyatının inkişafı xüsusi diqqət mərkəzində saxlanılır. Bu gün Azərbaycan Xəzərdə ən böyük donanmaya malikdir. Bu yaxınlarda əlamətdar hadisə baş verdi. Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında dövlətimizin başçısının bildirdiyi kimi, biz öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik, ilk növbədə, Qara dənizdə. Üç böyük tanker alınıb. Onların hər biri 115 min ton yükgötürmə qabiliyyətinə malikdir. Xarici sualarda Azərbaycan bayrağı altında üzəcək gəmilər “Aframax” tipli tankerlərdir. İndiyə qədər Azərbaycan gəmiçilik tarixində istismar edilən ən böyük tanker 13 000 ton dedveytə malik olub. Beləliklə, həmin gəmilərdən təxminən 10 dəfə böyük olan “Aframax” tipli tankerlərin alınması ilə Azərbaycan gəmiçiliyi yeni dövrə qədəm qoyub. Daha bir mühüm amilə də diqqət çəkək. Son illərdə inşa edilən və yaxud alınan əksər gəmilərə ölkə rəhbərinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq respublikamızın füsunkar bölgələrinin adları verilir. Xəzərdəki dəniz donanmamızın parkına daxil olan “Aframax” tipli tankerlərə isə “Qarabağ”, “Şuşa” və “Zəngəzur” adları verilib. Beləliklə də, işğaldan azad edilən tarixi ərazilərimizin adlarını daşıyan tankerlərimiz beynəlxalq sularda üzəcək.
Bu gün artan geosiyasi gərginliklər və digər səbəblərə görə dövlətlər arasında ənənəvi təchizat zənciri qırılıb. Bir sıra hallarda istehsalçı ölkələr öz məhsullarının satışını da siyasi təzyiq vasitəsinə çevririrlər. Bu, dəniz nəqliyyatı donanmalarının təchizatına da aiddir. Hazırda bir sıra ölkələrin dəniz donanmalarının iri tankerlərlə və digər texniki vasitələrlə təchizatında ciddi problemlər yaşanır. Azərbaycan bu sahədə də Prezident İlham Əliyevin zamanında nümayiş etdirdiyi strateji baxışları, siyasi qətiyyəti sayəsində qabaqlayıcı tədbirlər görməyə nail olub. Söhbət ölkəmizdə gəmiqayırma zavodunun yaradılmasından gedir. Bəhs olunan müəssisənin açılış mərasimi dövlətimizin başçısının iştirakı ilə 20 sentyabr 2013-cü ildə baş tutub. İstehsalat Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə, dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.
Son 20 ildə reallaşdırılan çoxsaylı layihələrin sayəsində respublikamızda dəmir yolu şəbəkəsinin texniki imkanları və keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, texnika parkı modernləşib. Müvafiq Dövlət Proqramının icrası sürətlə təmin olunur. Bu çərçivədə Bakı-Böyük Kəsik istiqamətində 355 km yol əsaslı təmir olunub və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib. 2015-ci ilin sentyabrında yenidən qurulan Bakı-Sumqayıt dəmir yolu xətti ilə Azərbaycanda ilk “Stadler” qatarı yola düşüb. 2019-cu ildə Bakı-Sabunçu və Sabunçu-Pirşağı xətləri istifadəyə verilib. 2020-ci il martın 18-də isə Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi xətti tam istismara verilib. Abşeron dairəvi xəttinin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Bu yol Bakının və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən birinə çevrilib.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən dəmir yollarının tikintisi işləri də qrafik üzrə davam etdirilib. 2025-ci ildə yekunlaşdırılması planlaşdırılan uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78 faiz yerinə yetirilib, tikinti işlərinin isə 45 faizi (72 km) icra edilib. Beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.
Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunub və tikinti üzrə işlərin 85 faizi yerinə yetirilib. Layihənin 2025-ci ildə yekunlaşdırılması planlaşdırılır.
Bəhs olunan dövrdə respublikamızda 10-dək aeroportun inşası təmin edilib. Hazırda ölkənin regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir. Daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan ikisi - Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadəyə verilib, digər bir aeroportun inşası isə Laçında intensiv şəkildə davam etdirilir.
Beynəlxalq dəhlizlərin inkişafına Azərbaycanın müstəsna töhfələri
Azərbaycanın coğrafi yerləşməsi elədir ki, ölkəmiz Avrasiya üçün müstəsna önəm daşıyan bütün əsas beynəlxalq səviyyəli dəhlizlərin əvəzolunmaz həlqəsini təşkil edir. Belə ki, bu gün Avropa ilə Asiya arasında ən optimal və təhlükəsiz marşrutlar sayılan Şərq-Qərb, Şimal-Cənub və Transxəzər (Orta Dəhliz) dəhlizləri məhz respublikamızın ərazisindən keçir. Bəhs olunan dəhlizlərdə Avrasiyanın müxtəlif dövlətləri təmsil olunurlar. Azərbaycan isə yeganə ölkədir ki, hər üç marşrutun fəal üzvüdür və onların inkişafına müstəsna töhfələr verir.
Son 20 ildə Azərbaycanın nəqliyyat-logistika imkanlarını artıraraq Avrasiyanın mühüm nəqliyyat hablarından birinə çevrilməsindən bəhs edərkən ölkəmizin liderliyi ilə inşa olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun və Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmini ayrıca qeyd edə bilərik. Şərq-Qərb marşrutunun və Orta Dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanın dəmir yolları şəbəkələrinin birləşdilməsini təmin edib. BTQ-nin fəaliyyəti yol boyunca yerləşən ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirlməsinə start verilib.
Beynəlxalq dəhlizlərin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Bakı Beynəlxalq Ticarət Limanının birinci fazasının illik yükdaşıma qabiliyyəti 15 milyon tondur. Hazırda limanda 13 yanalma körpüsü mövcuddur. Bundan əlavə, 8 portal kran vasitəsilə yükdaşıma işləri icra edilir. Həmçinin 2 Ro-Ro körpüsü, 2 bərə körpüsü, 6 ümumu işlər körpüsü fəaliyyət göstərir. Genişləndirmə layihəsi çərçivəsində limanın avtomatlaşdırılması nəticəsində buradan keçən tranzit yüklərin daha sürətli ötürülməsinə imkan yaranacaq. Eyni zamanda, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının genişləndirilməsi də daşımaların həcminin artmasına töhfə verəcək. Həmçinin Azərbaycan-Gürcüstan əməkdaşlığının gündəliyində Qara dənizdə yeni liman infrastrukturunun yaradılması məsələsi durur və respublikamız bu istiqamətdə də işbirliyinə hazırdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41

