Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Qubada avtomobil səkiyə çırpılıb, ölən və yaralanan var

Qubada avtomobil səkiyə çırpılıb, ölən və yaralanan var

04.05.2025 [10:29]

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba şəhərinin Heydər Əliyev prospektində 77 DB 649 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza nəticəsində bir nəfər ölüb, bir yaralı isə təcili-tibbi yardım avtomobili ilə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

MEDİA

Sosial

Arxiv