Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan Paris olimpiadasında altıncı medalı qazanıb

Azərbaycan Paris olimpiadasında altıncı medalı qazanıb

10.08.2024 [22:37]

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

AZƏRTAC xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı polşalı Robert Baranla üz-üzə gəlib.

Rəqibini 9:3 hesabı ilə məğlub edən idmançımız Olimpiya üçüncüsü olub.

Qeyd edək ki, bununla da Azərbaycanın Paris Olimpiadasında qazandığı medalların sayı altıya çatıb. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Paylaş:
Baxılıb: 501 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Siyasət

Sosial

O bircə kəlmə...

31 Yanvar 08:31

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28