Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşib

Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşib

18.09.2024 [18:22]

Futbol üzrə 2025-ci Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşib.

AZƏRTAC xəbər verir ki, Mərakeşin ev sahibliyi edəcəyi turnirin final mərhələsi fevralın 1-dən 28-dək təşkil olunacaq.

Bununla bağlı qərar Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsinin Keniyanın paytaxtı Nayrobidə keçirilmiş iclasında qəbul olunub.

Turnirin seçmə mərhələ oyunları bu ilin oktyabr və noyabr aylarında olacaq.

Yaxın günlərdə final mərhələsinin matçlarının keçiriləcəyi stadionların adları da açıqlanacaq.

İcraiyyə Komitəsinin iclasında 2027-ci ildə Keniya, Tanzaniya və Uqandada təşkil olunacaq Afrika Millətlər Kubokuna aid bir sıra məsələləri də müzakirə olunub. Komitənin prezidenti Patris Motsep görüş çərçivəsində turnirin oyunlarını qəbul edəcək stadionları da ziyarət edib.

Paylaş:
Baxılıb: 396 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Siyasət

Sosial

O bircə kəlmə...

31 Yanvar 08:31

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28