Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan çempionu: Son zamanlar ölkəmizdə bilyarda maraq artıb

Azərbaycan çempionu: Son zamanlar ölkəmizdə bilyarda maraq artıb

07.10.2024 [17:30]

"Bu cür çempionatın təşkil edilməsi alqışalayiq addımdır".

Bu sözləri AZƏRTAC-a açıqlamasında bilyardın dinamik piramida növü üzrə Azərbaycan çempionu olan Vasif Məmmədov deyib.

O, birinci yeri tutduğu üçün xoşbəxt olduğunu bildirib: "Bilyardla 10 yaşımdan məşğul oluram. Bu cür yarışlarda iştirak etmək mənə böyük motivasiya verir. Oyuna gəlincə, gərgin və maraqlı qarşılaşma oldu. Rəqibimi gözəl çıxışı münasibətilə təbrik edirəm".

V.Məmmədov son zamanlar Azərbaycanda bilyardın inkişaf etdiyini söyləyib: "Gənclərdə bu idman növünə maraq getdikcə artır. Fikrimcə, uşaqları kiçik yaşdan bilyard məşqlərinə göndərmək lazımdır. Bu, həm əyləncə, həm də insanlara həyəcan yaşadan idman növüdür".

Qeyd edək ki, oktyabrın 5-də start verilən ölkə çempionatında 56 iştirakçı qalib adı uğrunda mübarizə aparıb.

Paylaş:
Baxılıb: 412 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Siyasət

Sosial

O bircə kəlmə...

31 Yanvar 08:31

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28