“Avro-2016”nın SOCAR-ın biznes inkişafı üçün yekunları təqdim edilib
12.07.2016 [10:05]
Xəbər verildiyi kimi, iyulun 9-da Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində SOCAR-ın təşkilatçılığı ilə qəbul keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev, FIFA-nın prezidenti Ciani İnfantino, digər rəsmi şəxslərlə yanaşı futbol əfsanələri Ruud Qullit və Kristian Vierinin də iştirak və çıxış etdikləri qəbulda SOCAR “Avro-2016” ilə tərəfdaşlığının yekunlarını təqdim edib. Bildirilib ki, SOCAR son illərdə xam neftin qiymətinin aşağı düşdüyü şəraitdə belə, həyata keçirdiyi çoxşaxəli investisiya və marketinq strategiyası nəticəsində gəlirliliyini təmin edib. Azərbaycana və Avropa ölkələrinə qoyulan sərmayələri şaquli inteqrasiya prinsipinə əsasən şaxələndirməklə şirkət öz biznesinin inkişafı və ölkənin rifahı üçün möhkəm zəmin yaradıb.
Son illərdə SOCAR xarici ölkələrdə mənfəət gətirən törəmə şirkətlər qurub, bunun da nəticəsində nəhəng transmilli şirkətlər sırasında yer tutmağa nail olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Avropa bazarında həyata keçirdiyi əməliyyatların davamlı olmasında maraqlıdır. “Avro-2016” kimi möhtəşəm kütləvi tədbir vasitəsilə “SOCAR” brendinin tanıdılması məhz bu məqsədə xidmət edib. Reklam kampaniyası nəticəsində SOCAR-ın məhsullarının beynəlxalq bazarlarda satış həcmi, ilkin hesablamalara görə, 30 faizə qədər yüksəlib.
Televiziya kanalları və canlı izləmələrdə milyardlarla müştərinin diqqəti dəfələrlə “SOCAR” brendinə cəlb olunub ki, bu da gələcəkdə şirkətə məxsus məhsulların bazarlara çıxarılması üçün möhkəm zəmin yaradıb. Parisdə SOCAR-ın azarkeşlər zonasına bir milyondan çox ziyarətçi daxil olub. Yalnız sosial şəbəkələrdə SOCAR-ın paylaşımlarını müxtəlif ölkələrdən olan 90 milyona yaxın istifadəçi izləyib. Marketinq sahəsində əldə edilmiş bu nailiyyətlərin yalnız SOCAR-ın “Avro-2016” kimi möhtəşəm bir tədbirlə tərəfdaşlığı sayəsində mümkün olduğu vurğulanıb. Çempionatın sonunda SOCAR-ın Portuqaliya yığmasının gənc futbolçusu Renato Sançezə təqdim etdiyi “Yarışın gənc oyunçusu mükafatı” ən çox diqqət cəlb edən məqamlardan biri olub.
SOCAR xarici bazarlarda biznesini inkişaf etdirmək, brendini tanıtmaq və bununla Azərbaycan xalqının mənfəətini davamlı şəkildə, təmin etməklə yanaşı, “Avro-2016”nın futbol sevincini azərbaycanlı azarkeşlərə yaxınlaşdırmaq üçün də bir sıra xüsusi layihələr həyata keçirib. Bakı Olimpiya Stadionunda qurulan “Azarkeşlər zonasında” ilk dəfə olaraq, hamı üçün tam açıq formatda 5 minə yaxın futbolsevərə yarımfinal və final oyunlarında futbol bayramının sevincini birlikdə yaşamaq üçün imkan yaradılıb.
Ən gənc azarkeşlərimiz SOCAR tərəfindən çempionatın final oyununu Parisin “Stad de Frans” stadionunda izləməyə dəvət olunublar. Əsasən öz liqalarının bombardirləri olan, Sumqayıt, Siyəzən, Gəncə, Mingəçevir və Ağsu şəhərlərinin yetirmələri həyatlarında ilk dəfə Avropanın mərkəzində, Parisdə Avropa Çempionatının final matçının həyəcanını canlı yaşayıblar. 9-13 yaşlı Bəhlul, Ümid, Sadiq, Əfqan, Jalə və Selcana bu unudulmaz anları bəxş edən SOCAR-ın prezidenti R.Abdullayev stadionda onları qarşılayaraq şəxsən salamlayıb.
“Avro-2016” fürsətindən istifadə edərək, SOCAR bu layihə ilə ölkəmizin bütün uşaq futbolçuları üçün stimul yaratmaq və Azərbaycan futbolunun inkişafına yeni bir təkan vermək məqsədini qarşısına qoyub. Avropadan Azərbaycana iqtisadi mənfəət gətirən SOCAR ölkəmizin gələcəyi olan uşaqların təhsil, idman və sosial inkişaf layihələrini də özünün ən vacib sərmayəsi və sosial məsuliyyətinin ən mühüm aspekti kimi görür.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

