Avropa çempionatının qalibi olan ağır atletlərlə Gənclər və İdman Nazirliyində görüş keçirilib
04.08.2018 [08:35]
Yeniyetmə oğlanlar və qızlar arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyində uğurla çıxış edən Azərbaycan yığmasının üzvləri ilə avqustun 3-də Gənclər və İdman Nazirliyində (GİN) görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, məşqçilər və milli komandanın üzvləri iştirak ediblər.
Nazir müavini İsmayıl İsmayılov idmançılarımızı qələbə münasibətilə təbrik edib. O, 15 yaşlı ağır atletlərimizin komanda hesabında qızıl medal qazanmalarının, ümumilikdə 22 medalın əldə edilməsinin tarixi nailiyyət olduğunu deyib. İ.İsmayılov qazanılan bu yüksək nailiyyətin əsasında ölkəmizdə idmanın, o cümlədən ağır atletikanın inkişafına göstərilən yüksək diqqət və qayğı ilə yanaşı, federasiya rəhbərliyinin uğurlu fəaliyyətinin də dayandığını vurğulayıb. İdmançılara federasiya rəhbərliyinin icazəsi olmadan heç bir dərman preparatlarından istifadə etməməyi tövsiyə edən İ.İsmayılov bildirib: “Bəzən hansısa dərman preparatı sonradan dopinq kimi qəbul olunur. İllərlə əziyyət çəkən idmançı belə vəziyyətdə kiçik məsuliyyətsizlik ucbatından karyerasını məhv edə bilər. Ona görə də diqqətli və məsuliyyətli olmaq lazımdır”.
AAAF-ın baş katibi Rizvan Rəsulov ağır atletikanın Azərbaycanda dərin ənənələrə malik idman növü olduğunu qeyd edib. O, bu idman növünün ölkəmizdə daha da inkişafı üçün əhatəli konsepsiyanın hazırlandığını deyib: “Problemlərə baxmayaraq, inkişaf konsepsiyasına əsasən, aşağı yaşlı idmançılarımızı tam hazırlayıb daha yuxarı yaş kateqoriyalarına keçirdik. Bu da öz bəhrəsini verdi. Yeniyetmələrin sonuncu Avropa çempionatında qazandıqları 22 medal və 15 yaşlı idmançılar arasında komanda hesabında çempionluğun əldə olunması işlərin düzgün qurulduğunu göstərir. Çalışacağıq ki, Yeniyetmələrin Olimpiya Oyunlarında da yüksək nəticələr qazanaq”.
Bütün yaş kateqoriyaları üzrə milli komandaların baş məşqçisi Asif Məmmədov yeniyetmə idmançıların böyük ümidlər vəd etdiklərini vurğulayıb, qazanılan nəticələrdən məmnunluğunu bildirib. O, Azərbaycan dövlətinin ölkəmizdə idmanın digər növləri kimi, ağır atletikanın da inkişafına yüksək diqqət və qayğı göstərdiyini, bu etimadı qarşıdakı yarışlarda da layiqincə doğrultmağa çalışacaqlarını qeyd edib.
Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov yığmamızın uğurlarını yüksək qiymətləndirərək ağır atletlərə uğurlar arzulayıb.
Millimizin üzvü, Avropa çempionu Ömər Cavadov çempionatda rəqiblərinin güclü olmalarına baxmayaraq, son ana qədər yüksək əzmkarlıqla mübarizə apararaq uğur qazandıqlarını bildirib. O, göstərilən diqqət və qayğıya, yaradılan əlverişli şəraitə görə federasiya rəhbərliyinə və məşqçilərə minnətdarlığını bildirib.
Digər atletlər də uğurlu nəticələrin yaradılan yüksək şəraitin, diqqət və qayğının nəticəsi olduğunu vurğulayıblar.
Xatırladaq ki, iyulun 22-29-da İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşadək oğlanlar və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində yığmamızın üzvləri 22 medal qazanıblar. Çempionatda 15 yaşlı idmançılardan ibarət millimiz isə Bolqarıstan və Türkiyə yığmalarını geridə qoyaraq, komanda hesabında Avropa birinciliyinin qalibi olub.
Xəbər lenti
Hamısına baxDünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51
Gündəm
31 Yanvar 11:23
MEDİA
31 Yanvar 10:56
Sosial
31 Yanvar 10:34
İqtisadiyyat
31 Yanvar 10:18
Siyasət
31 Yanvar 09:55
Analitik
31 Yanvar 09:32
Siyasət
31 Yanvar 09:16
Siyasət
31 Yanvar 08:51
Dünya
31 Yanvar 08:33
Sosial
31 Yanvar 08:31
Dünya
31 Yanvar 08:21
Siyasət
31 Yanvar 08:18
Siyasət
31 Yanvar 08:17

