Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı ilə əməkdaşlığı davam etdirir
25.05.2019 [10:12]
Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə əməkdaşlığı uğurla davam etdirir.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, baş ofisi İsveçrənin Aiqle şəhərində yerləşən UCI ilə əldə olunan razılığa əsasən, Bakı Media Mərkəzi 2020-ci ilin sonuna qədər İttifaqın velosiped idmanının “BMX Supercroos” növü üzrə təşkil olunan dünya super kuboku üçün nəzərdə tutulmuş zəruri yayım xidmətlərini həyata keçirəcək. Bu kubokların promo video çəkilişlərini də Bakı Media Mərkəzi aparacaq.
Beynəlxalq Velosiped İttifaqının “BMX Supercroos” dünya kuboku növü üzrə təşkil etdiyi çempionat turu qlobal xarakter daşıyır. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qədər bu yarışlar iki il ərzində Böyük Britaniya, Hollandiya, Fransa, ABŞ, Argentina və Avstraliyada təşkil olunacaq.
Bu ilin iyununda Fransa Velosiped Federasiyası tərəfindən təşkil edilən Fransa milli çempionatının canlı yayımını da Bakı Media Mərkəzi həyata keçirəcək.
Bakı Media Mərkəzinin icraçı prodüseri Tahir Əliyev “BMX Supercroos” üzrə turların Olimpiya Oyunlarına seçmə mərhələ xarakteri daşıyan yeganə elit yarış olduğunu xatırladaraq deyib: “Biz Bakı Media Mərkəzi olaraq, Beynəlxalq Velosipedçilər İttifaqının bu cür nüfuzlu yarışına cəlb olunmağımızdan qürur duyuruq. Şirkət UCI ilə bağlanmış müqaviləyə uyğun olaraq, yüksək keyfiyyətli çəkiliş məhsulu təqdim edəcək. Ümid edirik ki, bu, həm də bizim Beynəlxalq Velosipedçilər İttifaqı ilə uzunmüddətli əməkdaşlığımızın başlanğıcı olacaq”.
Bakı Media Mərkəzi Azərbaycanın beynəlxalq tədbirlərdən və idman yarışlarından çəkiliş və yayım təcrübəsi olan ilk innovativ şirkətidir. Şirkət 2015-ci ildə ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının çəkilişlərinə cəlb edilib, “Tour D’Azerbaijan” və IV İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, bir çox nüfuzlu idman yarışlarının çəkilişlərində iştirak edib. Bakı Media Mərkəzi 2018-ci ildə isə Azərbaycan Velosiped İdman Federasiyası tərəfindən təşkil olunan Beynəlxalq Velosipedçilər İttifaqının BMX növü üzrə dünya çempionatına yayım xidmətləri göstərib. Mərkəz həm də audio-vizual məhsulların istehsalı sahəsində geniş çeşiddə xidmətlər göstərən çoxfunksiyalı şirkətdir.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil ediləcək UEFA Avropa Liqasının final oyununun canlı yayım çəkilişlərini də Bakı Media Mərkəzi Britaniyanın tanınmış “BT Sport” şirkəti ilə birgə həyata keçirəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

