/ / Gənclərin fiziki cəhətdən sağlam yetişdirilməsi Azərbaycanda idmana göstərilən diqqətin nəticəsidir
Gənclərin fiziki cəhətdən sağlam yetişdirilməsi Azərbaycanda idmana göstərilən diqqətin nəticəsidir
21.04.2010 [08:58]
Respublikamızın artmaqda olan iqtisadi qüdrəti, maliyyə imkanları, daxili potensialı bütün sahələrə olduğu kimi, idman sahəsinə də öz təsirini göstərir. Təsadüfi deyil ki, idmanın inkişafı hər zaman olduğu kimi, bu gün də dövlət siyasətində prioritet məsələlərdəndir. Məhz dövlətin davamlı olaraq göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmizin idman uğurları ildən-ilə artmaqdadır. Elə bu uğurların sırasında Bakıda keçirilən güləş üzrə Avropa çempionatında milli komandamızın 7-si qızıl olmaqla 10 medal qazanmasını göstərmək olar. Prezident İlham Əliyevin bu böyük qələbə münasibətilə idmançılarımızı və onların məşqçilərini qəbul edərkən bildirdiyi kimi, belə nailiyyətlərin əsasında idmana göstərilən qayğı dayanır: “Bu qələbənin səbəbi əlbəttə ki, Azərbaycanda idman və idmançılara olan qayğıdır, idmana cavabdehlik daşıyan bütün qurumların vahid mövqe nümayiş etdirməsidir”.
Qeyd etmək lazımdır ki, bugünkü uğurların təməli 16 il bundan öncə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, 1994-cü ildə Ulu öndərin imzaladığı Sərəncamla Gənclər və İdman Nazirliyi yaradıldı. Həmin vaxtdan etibarən, istedadlı gənclər bu sahəyə daha intensiv şəkildə cəlb olundu. Eyni zamanda, ümummilli liderin tapşırıqlarına uyğun olaraq, bütün ölkə ərazisində olimpiya hərəkatına start verildi, idman infrastrukturunun yenidən qurulmasına başlanıldı. Elə müstəqil Azərbaycanın ilk idman uğurlarına da həmin vaxtdan imza atıldı.
Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasəti gənclərimizin sağlam həyat tərzini təmin etməyə, Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmağa, ölkəmizin idman ənənələrini möhkəmləndirməyə xidmət edir. Respublikanın bütün bölgələrində istifadəyə verilən və inşası davam etdirilən olimpiya kompleksləri gənclərimizin bu sahəyə marağını daha da artırmaqla yanaşı, onların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl imkan yaradır.
Hamıya məlumdur ki, sağlam gənclik sağlam gələcək deməkdir. Bu baxımdan insan sağlamlığının əsas təminatçısı olan idmana qayğı bilavasitə cəmiyyətin və ölkənin gələcəyinə olan qayğıdır.
Bundan əlavə, peşəkar idmanla məşğul olmaq, beynəlxalq yarışlarda, turnirlərdə Vətəni təmsil etmək şərəfi gənclərimizdə vətənpərvərlik, milli qürur hissini gücləndirir. Heç şübhəsiz, beynəlxaq ictimaiyyətin Azərbaycanın uğurlarına şahid olması, müxtəlif ölkələrdə bayrağımızın ucalması və himnimizin səslənməsi hər bir azərbaycanlıda Vətənə məhəbbət və sevinc hissi oyadır. ötən il cüdoçularımızın Ermənistanın paytaxtı İrəvanda himnimizi səsləndirmələri və bayrağımızı beş dəfə ucaltmaları, saysız-hesabsız digər belə uğurlar təkcə idmançılarımızı deyil, bütün Azərbaycan xalqını qürurlandırır.
Azərbaycanda idman infrastrukturunun təkmilləşdirilməsi və idmançılarımızın nümayiş etdirdiyi yüksək peşəkarlıq səviyyəsi artıq neçə illərdir ki, ən mötəbər beynəlxalq turnirlərin keçirilməsinin ölkəmizə həvalə edilməsinə səbəb olur. Azərbaycan isə belə yarışları ən yüksək səviyyədə təşkil etməklə ölkəmizdə bu sahəyə nə qədər böyük önəm verildiyini bir daha sübut edir.
Beləliklə, bu gün ölkəmizdə idmanın müxtəlif sahələri ilə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılıb. Gənclərin üzərinə düşən vəzifə isə bu imkanlardan lazımınca yararlanıb Azərbaycanın idman uğurlarına yeni-yeni parlaq səhifələr əlavə etməkdir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

