Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Start verilib...

Start verilib...

30.05.2024 [10:25]

Azad edilmiş ərazilərə qayıdan sakinlərin məşğulluğu necə təmin olunur?

İşğaldan azad edilmiş ərazilərdə sürətli tikinti və yenidənqurma işlərinin əhatəsi getdikcə daha da böyüyür, hər il inşa edilən kənd və qəsəbələrə geri dönən doğma sakinlərin məskunlaşması prosesi də genişlənir, eyni zamanda dövlətin əlavə maliyyə imkanları hesabına artan məskunlaşma sayəsində Qarabağ və Şərqi-Zəngəzurda həyatın qaynarlığı təmin olunur. Sözsüz ki, öz doğma yurdlarına geri qayıdan insanların sosial həyat şəraiti, işlə təmin olunması da dövlətin diqqət mərkəzində saxlanılır. Məskunlaşma siyasəti ilə paralel olaraq onların məşğulluğu ilə bağlı müxtəlif proqramlar və layihələr icra olunur.

Ötən müddət ərzində Zəngilan rayonunun Ağalı kəndində inşa edilmiş ilk “Ağıllı” kəndinə, Füzuli şəhərinə, Laçın şəhərinə və Zabux, Sus kəndlərinə, Suqovuşana, eləcə də Şuşa və Xocalıya qayıdan insanların məşğulluq imkanları ilə bağlı nəzərdə tutulan plan üzrə tədbirlər həyata keçirilib. Zəngilanın Ağalı kəndinə köç edən ailələr işlə təmin olunur. Ötən dövr ərzində həmin kəndlərdə, ələlxüsus da Ağalıda geniş məşğulluq infrastrukturları yaradılıb. “KapitalBank”ın filialı, “Asan” və “Dost” Xidmət mərkəzləri, orta məktəb və uşaq bağçalarında, tikiş müəssisəsində, çörəkbişirmə sexlərində, mağaza və marketlərdə yüzlərlə iş yeri yaradılıb. Hökumət bu kəndlərdə həm yaşayış üçün ən müasir şəraiti təmin edib, həm də sakinlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün lazım olan sosial layihələrin icrasını davam etdirir.

İşğaldan azad olunmuş ərazilərin zəngin turizm potensialları mövcuddur. Artıq bölgədə hotel və turizm obyektlərinin əsası qoyulub, bir neçə hotel istifadəyə verilib. Şuşada “Qarabağ” və “Xarıbülbül” hotelləri fəaliyyət göstərir, Suqovuşanda böyük turizm istirahət kompleksinin yaradılması işləri davam etdirilir, bir neçə gün əvvəl Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli istifadəyə verildi. Bütün bunlar həmin bölgədə məskunlaşan insanların iş yerləri ilə təminatında mühüm rol oynamaqdadır. Təkcə hotel və istirahət mərkəzlərində 200-dən çox insanın məşğulluğu təmin edilib. Bundan başqa, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib və burada da onlarla insanın daimi işlə təmin edilməsi mümkünləşib.

Bundan başqa, Füzuli və Laçına, Zabuxa qayıdan sakinlərin ənənəvi

məşğuliyyətinin bərpa olunması, heyvandarlıq məqsədilə kiçik ailə təsərrüfatlarının, o cümlədən heyvandarlıq, arıçılıq, bağçılıq və s. fərdi və kiçik ailə bizneslərinin yaradılması məqsədilə hökumət tərəfindən müvafiq layihələrin icrasına başlanılıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın şəhərinə və Zabux kəndinə köçürülən sakinlərdən 748 nəfərin məşğulluğu təmin olunub. Həmin şəxslərdən bir qrupu proqram çərçivəsində kiçik təsərrüfatlar qurublar. Şuşa rayonunda əhalinin məşğulluğunun təmin edilməsində dövlət və özəl müəssisələr tərəfindən xüsusi yanaşmanın tətbiqinə xüsusi yer verilməkdədir. Bu siyasətə uyğun olaraq özəl-dövlət tərəfdaşlığı çərçivəsində müxtəlif məşğulluq təminatları həll olunacaq.

Hazırda azad edilmiş bölgələrdə ən çox tətbiqinə geniş yer verilən layihələrdən özünüməşğulluq proqramlarını qeyd etmək olar. Həmin proqram çərçivəsində təqdim edilən aktivlərin əsas qismi kənd təsərrüfatını, heyvandarlığı əhatə edir. Bu tədbirlər çərçivəsində Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Sarıcalı, Kəngərli, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarının təşkili işlərinə başlanıb. Ümumilikdə həmin ərazilərimizdə 2026-cı ilədək ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub.

Azad edilmiş ərazilərdə yaşayan sakinlər üçün keçirilən peşə yarmarkaların da isə sakinlərə müxtəlif peşə istiqamətləri təqdim olunur, master-klaslar keçirilir və buna uyğun olaraq onlar peşə kurslarını bitirdikdən sonra işlə təmin olunacaqlar. Göründüyü kimi hökumət azad edilmiş ərazilərə köçən sakinlərin həm əvvəlki ənənəvi fəaliyyət və məşğuliyyətini bərpa edir, eyni zamanda onların iş yerləri ilə təminatını diqqətdə saxlayır.

Bütün bu tədbirlərlə yanaşı, azad edilmiş ərazilərdə yaşayan sakinlərin biznes fəaliyyəti üçün də lazımi hüquqi-iqtisadi əsaslar yaradılmaqdadır. Hökumət  onların biznes fəaliyyəti ilə məşğul olmaları üçün bir çox iqtisadi-vergi güzəştləri tətbiq etməkdədir. Belə ki, onlar 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunub, məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır, yəni sığorta vergisini dövlət özü ödəyir. Bundan başqa, bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir. Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90

faizədək hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.

Bütün bu güzəştlər isə bölgədə kiçik ailə təsərrüfatları quran, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların biznes imkanlarını stimullaşdırır.

Beləliklə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhalinin iş yerləri ilə təminatı, məşğulluq proqramlarının icrası və sakinlərin biznes fəaliyyətləri ilə məşğul olmaları bu bölgədə layiqli sosial həyatın qurulmasına dərin zəmin yaradır. Bu sistemli tədbirlər, eyni zamanda bölgənin iqtisadi inkişafını təmin etməklə, ölkə iqtisadiyyatına reinteqrasiyasını da sürətləndirmiş olacaq.

ELBRUS

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30