Xarici investisiyalara açıq ölkə
24.06.2025 [09:52]
“Fitch” reytinqimizi “BBB-” səviyyəsində təsdiqləyib
“Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi bir neçə gün əvvəl Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqini “BBB-” səviyyəsində, yəni investisiya dərəcəli səviyyəsində sabit proqnozla təsdiqləyib. Agentlik, həmçinin Azərbaycanın ölkə həddini “BBB-”dən “BBB”yə yüksəldib və valyuta nəzarəti risklərinin azaldığını qeyd edib. Yeni reytinq göstəricinin müəyyən edilməsi Azərbaycanın iqtisadi və maliyyə sektorunda baş verən irəliləyişlərdən qaynaqlanır.
Qlobal iqtisadi mühitdə hələ də davam edən mürəkkəb geosiyasi risklər və qeyri-sabitlik və şəraitində “Fitch Ratings” tərəfindən Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BBB-” investisiya səviyyəsində təsdiq olunaraq proqnozun “pozitiv”də saxlanılması ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirir. “Fitch”in tədqiqat qrupu açıqlamasında bildirir ki, Azərbaycanın reytinqi çox güclü xarici balansı, “BBB” reytinq kateqoriyasında ən aşağı dövlət borcu göstəricilərindən birini və maliyyələşdirmə çevikliyini təmin edən əhəmiyyətli suveren aktivlərin mövcudluğunu əks etdirir. Müsbət amillər arasında iqtisadiyyatda xarici valyutanın adekvat təklifi, maliyyə sisteminin dollarlaşmasının azalması, Mərkəzi Bankın likvidlik idarəetməsinin yaxşılaşması, məzənnə sabitliyini dəstəkləyən etibarlı valyuta ehtiyatları və xarici valyutada ifadə olunan Dövlət Neft Fondunun aktivləri əsas faktorlar kimi vurğulanır.
“BBB-” reytinqi nəyi ehtiva edir?
“Fitch” Azərbaycanın reytinqinin yüksəldilməsinə səbəb ola biləcək bir neçə şərti vurğulayır. Bunların arasında xarici şoklara qarşı dayanıqlılığı artıran iqtisadi və institusional siyasətin daha da gücləndirilməsi, yüksək neft və qaz gəlirləri fonunda suveren aktivlərin davamlı artırılması; idarəetmənin yaxşılaşdırılmasına, iqtisadi artıma və diversifikasiyaya yönəlmiş struktur islahatlarının uğurla həyata keçirilməsi yer alır.
Bununla yanaşı, Azərbaycanın güclü maliyyə vəziyyətinin təmin olunmasında qeyri-enerji amillərinin də təsiredici rolu az deyil. Belə ki, Azərbaycanda neft hasilatı həcmlərinin azaldılması və enerji gəlirlərinin əvvəlki illərə nisbətən aşağı düşməsinə baxmayaraq, qeyri-neft sektorunun güclü artımı ilə maliyyə gəlirlərinin artımı kompensasiya edilib ki, bu da, büdcə xərclərinin neft daxilolmalarının azalması və digər mənbələr hesabına stimullaşdırılmasına səbəb olub. Bu tendensiyanın qarşıdakı illərdə davam edəcəyi gözlənilir ki, bu da maliyyə sabitliyinin qeyri-neft dayaqalqarı üzərində köklənməsinə işarədir. Bu xüsusda növbəti illər ərzində Azərbaycanın fiskal və tədiyyə balansının müsbət səviyyəsi dəstəklənəcəkdir.
Xarici valyutada profisit 2025-2026-cı illərdə davam edəcək
“Fitch Ratings”in analitiklərinin qənaətinə görə, Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqi 2025-2026-cı illərdə də profisitlə davam edəcək. Bu vəziyyət suveren aktivlərin dayanıqlığını da təmin edəcək. Belə ki, hazırda Azərbaycanın valyuta aktivləri 74 milyard dollara yaxınlaşıb və strateji ehtiyatların 80 faizi Dövlət Neft Fonduna (DNF) məxsusdur. Növbəti illərdə enerji gəlirlərinin sabitliyi fonunda DNF-nin investisiya portfelində rekord yüksək gəlirlilik qalacaq. Hazırda ölkənin strateji ehtiyatları ÜDM-in təxminən 70 faizini təşkil edir ki, bu da güclü təhlükəsizlik yastığı deməkdir. Azərbaycanın xalis aktivləri 2025-ci ildə də sabit qalacaq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstərici hesab oluna bilər.
“Fitch”in reytinqi ona dəlalət edir ki, Azərbaycanın güclü milli valyuta ehtiyatları və suveren fondları milli valyutanın sabitliyi üçün də dayanıqlılığı təmin edir. Yəni mövcud ehtiyat portfeli manatın xarici valyuta qarşısında məzənnəsinə ciddi təsir və təzyiq edəcək amilləri tamamilə neytrallaşdırır. Reytinqdə əsas faktorlardan biri kimi xarici borc amili də mühüm yer tutur. Azərbaycan hazırda regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır.
“BBB-” reytinqi Azərbaycanın investisiya mühiti üçün əhəmiyyəti
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqi ilə bağlı nikbin proqnozu investisiya və maliyyə sektorları üçün də ümidverici ssenarilərə zəmin yaradır. “BB+”kredit reytinqinin təsdiq edilməsi ölkəmizə beynəlxalq maliyyə qurumları tərəfindən etimadın ötən dövr ərzində qorunub saxlanılmasının bariz göstəricisidir. Mövcud kredit reytinqi və ölkəmizin investisiya qabiliyyətinin yüksək göstəricisi kimi səciyyələndirilə, beynəlxalq səviyyəli investisiya reytinqi sayıla bilər. Bu, respublikamızın potensial investor və dünyada sərmayəçi ölkə kimi imicinin möhkəmlənməsinə də beynəlxalq inamı artırır.
“Fitch Ratings” real iqtisadi vəziyyəti və investorların Azərbaycanın kredit riskinə münasibətlərini obyektiv və adekvat şəkildə ifadə edərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiya səviyyəsinə yüksəldilməsinə qərar verməklə digər beynəlxalq reytinq agentliklərinin də adekvat artmasına zəmin yaradıb. Çox güman ki, bu qərardan sonra dünya ölkələrinin investisiya reytinqini müəyyən edən “Moody’s Rating”, “Standard & Poor’s” reyting agentlikləri də oxşar mövqedən çıxış edərək Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiq edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03

