10 minlərlə insan sevinəcək
20.04.2022 [13:10]
Əmlaka mülkiyyət hüququ almaq asanlaşdı
Nicat
Prezident İlham Əliyev 7 aprel 2022-ci il tarixində daşınmaz əmlak sahəsində qeydiyyat prosedurlarının asanlaşdırılması ilə bağlı iki fərman imzalayıb. Fərmana əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 439 nömrəli Fərmanda bir sıra dəyişikliklər edilib. Sənəddə bu dəyişikliklərdən sonra vətəndaşların daha rahat formada mülkiyyətlərini sənədləşdirə biləcəkləri qeyd olunub.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatına dair ilk qanun 29 iyun 2004-cü il tarixində qəbul edilib. Daşınmaz əmlakın dövlət reyestri haqqında” bu qanun qəbul edildikdən sonra daşınmaz əmlakın qeydiyyatı qanunvericiliyə uyğun olaraq mərkəzləşdirilmiş formada aparılmağa başlandı. Bundan əvvəl isə insanlara fərqli formada sənədlər verilirdi. Hazırda sovet dövründən qalan, səlahiyyəti olmayan bəzi orqanların verdiyi sənədlərə rast gəlmək mümkündür. Sözügedən sənədlər isə vətəndaşlar arasında çaşqınlığın yaranmasına səbəb olur.
Fərman neçə nəfəri əhatə edəcək? Nəzərdə tutulan əlavələr və dəyişikliklər nədən ibarətdir?
Yeni fərmanların mahiyyətini “Yeni Azərbaycan”a şərh edən əmlak məsələləri üzrə mütəxəssis Ramil Qasımzadə bildirib ki, Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman vətəndaşlar üçün sənədləşmə prosesini asanlaşdıracaq: “Ölkəmizdə baş verən daşqınlar, zəlzələlər nəticəsində, xüsusən İsmayıllı, Şamaxı zonalarında bir sıra texnogen hadisələr baş vermişdi ki, həmin vaxtda müxtəlif insanların evləri sökülmüş və onların əvəzində yeni əmlaklar tikilib vətəndaşlara təhvil verilmişdi. Bundan başqa, məlum olduğu kimi, 44 günlük müharibə zamanı cəbhəyanı zonada, xüsusən Tərtər, Füzuli rayonlarına aid olan ərazilərdəki evlərə dəymiş külli miqdarda ziyana görə vətəndaşlara yeni evlər verildi. Lakin onların sənədləşmə işləri hələ qalmışdı. Bununla əlaqədar olaraq, Prezidentimizin imzaladığı Fərman həm təbii fəlakət, həm texnogen qəza halları, həm hərbi əməliyyatlar nəticəsində məhv olmuş və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına verilən evlərin və ya çoxmənzilli yaşayış binalarının sənədləşməsi ilə bağlı idi. Yəni Əmlak məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə bir öhdəlik qoyuldu ki, həmin evlərin sənədləşməsi həyata keçirilsin. Qeyd edim ki, həmin sənədləşmə işləri ilə əlaqədar dövlət büdcəsi vəsaiti hesabına maliyyələşəcək. Vətəndaşlara həmin evlərin daşınmaz əmlakın hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarış sənədi (“kupça”) veriləcək”.
Digər Fərman “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlıdır. Müsahibimiz bildirdi ki, ikinci fərmanın da əmlakın qeydiyyata alınması prosesində mühüm rolu olacaq: “Bildiyimiz kimi, bu xidməti həyata keçirən Əmlak Məsələləri üzrə Dövlət Komitəsi idi, amma sonra Komitə İqtisadiyyat Nazirliyinin tabeliyinə verilərək onun tərkibində xidmət yaradıldı.
İndiyə qədər bəzi vətəndaşlarımız hansısa evlərin dövlət qeydiyyatına alınması üçün, yəni reyestrə düşməsi üçün müraciət edə bilmirdilər. Bu da onunla bağlı idi ki, həmin sənədlər müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qəbul olunmurdu. Xüsusən də kənd və qəsəbəətrafı yaşayış məntəqələrində yerləşən və yaxud Sovet dövründə əmlakla bağlı məsələləri tənzimləyən qurumlar tərəfindən verilən sənədləri olan evlər. Həmin sənədlərin hüquqi əsas kimi qəbul edilməsi ilə bağlı qanunvericilikdə müəyyən boşluqlar vardı. Həmin boşluqların aradan qaldırılması üçün də bu Fərman imzalandı. Yerli İcra Hakimiyyəti orqanlarına tapşırıqlar verildi. Qeyd edim ki, bu sahədə də xeyli narazılıqlar var idi. Elə olurdu ki, hansısa başçının dövründə torpaq sahəsinə sənəd verilirdi, digər başçı isə bilərəkdən və ya bilməyərəkdən elə həmin sərəncam üzərində digər sərəncam verirdi. İstifadə üçün sərəncam verirdilər. Bu məsələlərin tənzimlənməsi üçün də sözügedən Fərmanın böyük əhəmiyyəti var. Çünki artıq icra başçıları reyestr xidmətinə torpaq sahələrinə ayrılan şəxslərin adları, sənədləri ilə bağlı məlumat verməlidirlər. Vahid reyestr olacaq. Bununla yanaşı, Milli Arxiv İdarəsinə o vaxt mövcud olan kolxoz və sovxozların əsasında vətəndaşlara verilən məlumatların da Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməsi ilə bağlı tapşırıq verilib”.
“Ümumilikdə, bu fərmanların çox böyük əhəmiyyəti var. Çünki hər iki Fərman daşınmaz əmlak sahəsində mövcud olan boşluqların aradan qaldırılmasına mühüm töhfə verəcək. Beləliklə də, on minlərlə vətəndaşımızın üzləşdiyi problemlər öz həllini tapacaq”, - deyə R.Qasımzadə fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
18 May 16:37

İqtisadiyyat
18 May 16:21

Xəbər lenti
18 May 15:57

Xəbər lenti
18 May 15:50

Xəbər lenti
18 May 15:44

Xəbər lenti
18 May 15:42

Xəbər lenti
18 May 15:40

Xəbər lenti
18 May 15:28

Xəbər lenti
18 May 15:22

Xəbər lenti
18 May 15:20

Siyasət
18 May 15:17

Xəbər lenti
18 May 15:04

Xəbər lenti
18 May 14:56

Siyasət
18 May 14:54

Dünya
18 May 13:41

Siyasət
18 May 13:41

Xəbər lenti
18 May 13:08

Xəbər lenti
18 May 13:02

Siyasət
18 May 12:51

Gündəm
18 May 12:47

Xəbər lenti
18 May 12:37

Xəbər lenti
18 May 12:22

Xəbər lenti
18 May 11:33

Xəbər lenti
18 May 11:30

Xəbər lenti
18 May 11:14

Xəbər lenti
18 May 11:10

Formula 1
18 May 11:02

Sosial
18 May 10:36

Sosial
18 May 10:34

MEDİA
18 May 10:32

Analitik
18 May 10:25

Siyasət
18 May 10:24

Siyasət
18 May 10:19

Siyasət
18 May 10:18

Siyasət
18 May 10:14

Xəbər lenti
18 May 10:10

Analitik
18 May 10:08

İqtisadiyyat
18 May 10:05

Xəbər lenti
18 May 10:04

Xəbər lenti
18 May 10:02

İqtisadiyyat
18 May 10:01

Prezident bu gün
18 May 10:00

Gündəm
18 May 09:54

Xəbər lenti
18 May 09:13

Xəbər lenti
18 May 00:09

Xəbər lenti
18 May 00:01

Xəbər lenti
17 May 22:37

Xəbər lenti
17 May 21:02

Xəbər lenti
17 May 21:01

Xəbər lenti
17 May 17:54

Xəbər lenti
17 May 17:53

Xəbər lenti
17 May 17:39

Xəbər lenti
17 May 17:26

Xəbər lenti
17 May 17:24

Xəbər lenti
17 May 17:01

Siyasət
17 May 16:55

Xəbər lenti
17 May 16:49

Xəbər lenti
17 May 16:48

Xəbər lenti
17 May 16:27

Xəbər lenti
17 May 16:21

Xəbər lenti
17 May 16:01

Xəbər lenti
17 May 16:00

Xəbər lenti
17 May 15:47

Xəbər lenti
17 May 15:22

Xəbər lenti
17 May 15:07

Siyasət
17 May 15:05

Xəbər lenti
17 May 14:53
.jpg&width=120)
Dünya
17 May 14:42

Xəbər lenti
17 May 14:17

Xəbər lenti
17 May 12:45
