Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Pul: elektron, yoxsa kağız?

Pul: elektron, yoxsa kağız?

15.07.2022 [10:21]

Proses başlayıb

Nicat Dilqəmli

Rəqəmsal texnologiyaların inkişaf etdiyi zamanda proseslərin tam və ya qismən avtomatlaşdırılması, ən müasir üsulların tətbiqi - bütün bunlar hazırkı dövrün qaçılmaz tələbidir. İnnovasiyaların geniş tətbiqi yalnız bir məqsədə xidmət edir: insan oğlunun həyatını daha rahat etmək. Artıq hər gün yeni bir avadanlığın istehsal olunduğu xəbərini eşitmək adi hala çevrilib. Maraqlı burasıdır ki, əgər bir neçə il bundan öncə insanlıq hansısa kəşfi böyük maraqla gözləyirdisə, bu gün onun daha da təkmilləşdirilmiş növünü tələb edir. Çünki indi qrafik dizaynerlərin yüksək peşəkarlıqla hazırladıqları ilkin modellər istehsal ediləcək məhsulun bütün xüsusiyyətləri haqqında məlumata sahib olmaq üçün kifayət edir. Belə olan halda isə bu və ya digər yenilik ideyadan prosesə çevrilmə mərhələsinə başlayıbsa, deməli, o, yenilik deyil. Həyat fəaliyyətinin heç bir sahəsi inqilabi yeniliklərdən kənarda qala bilməz. Görüləcək işlərin yüksək səviyyədə, daha çevik icra edilməsi məqsədilə icad edilən məhsulları əldə etmək üçün isə kifayət qədər böyük pullar xərclənməlidir. Əgər bir neçə il bundan öncə hər hansı bir məhsul yaxşı, orta və daha yaxşı olmaqla üç kateqoriyaya bölünürdüsə, indi yalnız iki seçim var: ən pis və ən yaxşı.

Yeniliklər heç də hər kəs tərəfindən müsbət qarşılanmır. Bütün günümüzü sərf edərək müxtəlif əməliyyatları icra etmək, növbədə gözləmək... İllərdir formalaşmış vərdişləri bir andaca kənara qoymaq orta və xüsusən də yaşlı nəslin nümayəndələri üçün heç də asan deyil. Bu, ölkəmizdə də belədir. Vətəndaşların bir çoxu hələ də vəsaitlərini kartda saxlamaqdan ehtiyat edir, nağdsız ödənişlərə etibar etmirlər. Hətta gənc nəslin nümayəndələri də müəyyən hallarda bənzər addımı atırlar.

Artıq dünyanın bir çox qabaqcıl ölkələri kağız pullardan imtina edib. Rəqəmsal valyutalara keçidin tam formalaşması kölgə iqtisadiyyatının, “qara bazarın” sonu deməkdir. Başqa sözlə, hazırda iqtisadiyyatda mövcud olan bir çox problemin həlli rəqəmsallaşmaqdır. Kağız pullardan imtina etmək hər nə qədər faydalı olsa da, bu, yalnız bir neçə ölkədə tətbiq olunur.

Məsələn, İsveçrdə əməliyyatların nağdsız şəkildə həyata keçirilməsinə ciddi ehtiyac yaranmışdı. Çünki kağız pul istehsal etmək üçün ölkə hər il təxminən 1 milyard avro pul xərcləyir. Rəqəmsal valyutaya keçid cəhdləri 2006-cı ildə başlanılıb. Bununla da İsveç müstəqil PSP (Payment Service Provide) - öz ekvayrinq sistemi olan ilk Avropa ölkəsi oldu. Bunu ilk edən “Point” şirkəti idi: o, müştərilər axtarır, POS terminallar paylayır və banklarla müqavilələr imzalayırdı. Ölkədə fəaliyyət göstərən ticarət obyektlərinə, mağazalara ödəmə terminalları yerləşdirilir, ictimai nəqliyyatda nağd ödənişlər ləğv edilir. Mağazaların yalnız 20%-i pul qəbul edir.

Türkiyədə mütəxəssislər bir neçə il bundan öncə plastik kartların qəbulu üçün avadanlıqların satışında böyük artım qeydə aldılar. Onlar əvvəlcə vətəndaşların nağd puldan istifadə etməkdən imtina etdiklərinə qərar verdilər. Əslində isə, buna qüvvəyə minən yeni qanun  təsir etdi. Qanuna görə, pərakəndə satıcının bankı ilə alıcının kart bankı uyğun gəlmirsə, pərakəndə hər alış üçün yüksək komissiya ödəməli idi. Satıcılar qazancını itirmək istəməyib, bir neçə terminal alıb, hər terminalı ayrıca banka bağlayıblar. Və hər bir alıcıya “uyğun” terminal verdilər - hansı kartdan istifadə etməsindən asılı olaraq.

Ölkəmizdə də kağız pullardan imtina hər zaman aktualdır. İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, kağız pulların tədavüldən çıxması prosesi bütün dünyada olduğu kimi Azərbaycanda da başlayıb: “Bu, müəyyən bir müddət alacaq ki, proses hər bir ölkə üçün fərqli zaman kəsiyində gedəcək. İsveç, Norveç, İsveçrə, Belçika kimi inkişaf etmiş Avropa ölkələrində kağız pulların 95 faizinin tədavüldən çıxdığını müşahidə edirik. Lakin biz şərqə doğru gəldikdə, Asiya, Afrika ölkələrinə, o cümlədən Azərbaycana baxanda görürük ki, vəziyyət fərqlidir. Bir isveçli üçün kağız pulların tədavüldən çıxması dövrü bir azərbaycanlı ilə eyni olmayacaq. Lakin proses başlayıb. Bizdə yeniliklərə müqavimət göstərən orta və yaşlı mühafizəkar nəsil var. Bu qəbildən olan şəxslər təkcə müqavimət göstərmir, eyni zamanda digital bacarıqlara malik olmamaqla bərabər, bu yeniliklərdən xəbərdar deyillər. Pandemiya sözügedən sahədə bir qədər dəstəkləyici faktor oldu. Nağdsız ödənişlərin dövriyyəsində təkcə 2020-ci ildə 2,5 dəfə artım baş verib və tendensiya davam etməkdədir. Lakin kağız pulların nə zaman tam olaraq tədavüldən qaldırılacağını demək çətindir. Ölkədə bunun regional strukturuna da baxa bilərik. Məsələn, rayonlarda ödənişin 95 faizi nağd şəkildə aparılır və nağdsız ödənişlərin həyata keçirilməsi üçün adi infrastruktur belə yoxdur”.

R.Həsənov kriptovalyutalardan da bəhs edərkən bildirib ki, məsələyə iki aspektdən yanaşmaq lazımdır: “Kriptovalyuta yalnız pul deyil, eyni zamanda digital hesablaşma sistemidir. Bu baxımdan düşünmürəm ki, pul kriptovalyuta ilə əvəzlənəcək. Fikrimcə, kağız pulların milli valyutaların elektron versiyaları ilə əvəzlənməsi ehtimalı daha yüksəkdir. İndiki halda proses sadəcə rəqəmsal ödənişlərdən gedir. Bu istiqamətdə də işlər başlayıb. Bəzi ölkələrdə mərkəzi banklar milli valyutaların elektron versiyalarını tədavülə buraxırlar. İndiki halda sınaq xarakteri daşısa da, bir sıra ölkələrdə bu müddət bitib. Hesab edirəm ki, ilkin mərhələdə bu variant həyata keçiriləcək və yaxın 10 ildə elektron pullar ümumi tədavülün 30 faizdən çox hissəsini götürəcəklər, lakin onu deyə bilərəm ki, Azərbaycanda kağız pullar ən azı 20 il dövriyyədə olacaq”.

İqtisadçı-ekspert Elbrus Cəfərli isə açıqlamasında blokçeyn texnologiyalarının müəyyən risk tərəflərinin də olduğundan söz açıb: “Xatırlayırsınızsa, son iki-üç ildə blokçeyn texnologiyalarının ən əsas alətlərinin davamlı olaraq dəyərdən düşməsi, bazarda öz yerini tapmaması, kibercinayətkarlıq hallarının artması müşahidə edilirdi. Bütün bunlar yeni növ pulların perspektivlərini şübhə altına aldı. Azərbaycan bu məsələdə təmkinli münasibət sərgiləyir”.

Ekspertin sözlərinə görə, rəqəmsal iqtisadiyyat quruculuğunun əsas komponentlərindən biri tamamilə kağız pullardan imtina olmasa da, kağız pulların ümumi tədavülünün azaldılmasına nail olmaq hədəfidir: “Çünki istənilən halda kağız pulun azalması şəffaflığın, əlavə dəyərin, ÜDM-in artmasına səbəb olur. Haradasa 10 faiz kağız pul tədavülünün azalması 3-4 faiz iqtisadi artımın sürətlənməsinə səbəb olacaq”.

Paylaş:
Baxılıb: 150 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31