Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Möhtəşəm geri dönüş...

Möhtəşəm geri dönüş...

05.11.2023 [10:40]

2026-cı ilin sonunadək Qarabağda və Şərqi Zəngəzurda 140 mindən artıq insanın məskunlaşdırılması nəzərdə tutulur

Mübariz FEYİZLİ

Artıq Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin müzakirələrinə başlanıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində aparılan müzakirələrdə komitə sədri Tahir Mirkişili bildirib ki, büdcə layihəsində növbəti ilin gəlirlərinin cari ilə nisbətən 282,5 milyon manat, xərclərinin isə 138,2 milyon manat artması planlaşdırılır. Sənəddə gələn ilin büdcə xərclərinin əsas xərc istiqamətlərindən biri kimi, Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prioriteti müəyyənləşdirilib.

Büdcə xərclərinin maliyyə təminatı

Müzakirələrdə maliyyə naziri Samir Şərifov 2024-cü il üçün icmal büdcənin əsas göstəriciləri ilə bağlı məlumat verərək bildirib ki, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır. Kəsirin ÜDM-ə nisbəti 2,9 faiz təşkil edəcək.

Yeni çağırışlar, daxili və xarici mühit faktorları nəzərə alınmaqla, 2024-cü ilin dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində təklif olunur. Xərclərin 93 faizi və ya 34 milyard 173 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. 2024-cü ilin gəlirləri 2023-cü il üçün təsdiq olunmuş gəlirlər proqnozu ilə müqayisədə 283 milyon və ya 0,8 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 493 milyon manat və ya 11,4 faiz çox olacaq.

Gəlirlərin qeyri-neft sektoru və neft sektoru üzrə bölgüsünün bərabər olacağı gözlənilir. Dövlət büdcəsinin neft-qaz sektorunda məcmu gəlirləri 17 milyard 164 milyon manat nəzərdə tutulub. Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 milyard 865 milyon manat, cari ilin proqnozu ilə müqayisədə 1 milyard 122 milyon manat və ya 7,5 faiz çox, qeyri-neft sektoru üzrə isə 9 milyard 890 milyon manat, cari illə müqayisədə 905 milyon manat və ya 10,1 faiz çox vəsaitin təmin olunması nəzərdə tutulur. Dövlət Gömrük Komitəsinin xətti ilə növbəti il üçün 5 milyard 900 milyon manat daxilolmalar gözlənilir. Bu, cari illə müqayisədə 172 milyon manat və ya 3 faiz çox olacaq. 2024-cü ildə dövlət büdcəsinin sair gəlirləri üzrə 388 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 831 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır.

Böyük Qayıdış” prioriteti

Qeyd etiyimiz kimi, 2024 cü ilin büdcə layihəsinin xərc istiqamətlərində Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Belə ki, gələn il işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası üçün 4 milyard manat vəsait yönəldilməsi nəzərdə tutulub.

Cari ilin büdcəsində olduğu kimi, gələn ilin büdcəsinin xərc istiqamətlərində də Böyük Qayıdışın əsas prioritetlərdən biri kimi müəyyənləşdilməsi isə heç də təsadüfi deyil. Ölkəmizin ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın işğalçılıq siyasətinə məruz qalmasının ən ağır nəticələrindən biri də 1 milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmələri olmuşdu. Ev-eşiklərini itirən soydaşlarımız müstəqilliyimizin ilk illərində çadırlarda, yük vaqonlarında, yarımçıq tikililərdə, başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmışdılar. Respublikamızda qaçqın və məcburi köçkün soydaşlarımızın həyat şəraitinin yüngülləşdirilməsi, o cümlədən də onların mənzil-məişət şəraitinin yaxşılaşdırlıması siyasətinin əsasını 1993-cü ilin yayında xalqın təkidli istəyi ilə Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev qoyub. 1998-ci ildə Prezident Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Növbəti ildə isə Heydər Əliyevin Fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Beləliklə, görülən tədbirlər bu kateqoriyadan olan insanların həm məşğulluq problemlərinin həllində, həm də həyat şəraitlərinin yüksəlməsində əhəmiyyətli rol oynadı.

Ulu Öndərin əsasını qoyduğu bu siyasət sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirildi. Dövlətimizin başçısı ağır şəraitdə yaşayan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının ən vacib məsələ olduğunu bildirirdi. Ölkəmizdə 2007-ci ildə12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması prosesi sonrakı illərdə daha geniş vüsət alıb. Bütövlükdə, 44 günlük müharibədən əvvəlki dövrdə Bakının ayrı-ayrı qəsəbələrində, Sumqayıtda, ölkənin digər bölgələrində inşa olunan müasir evlər, salınan qəsəbələr hesabına  58 min 203 ailənin və ya 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.

44 günlük müharibədə qazanılan şanlı Qələbə sayəsində isə qaçqın və məcburi köçkün soydaşlarımızın doğma yurd yerlərinə dönmələrinə imkan yarandı. Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. İşğaldan azad edilən ərazilərin bərpası və ora Böyük Qayıdışın təmin edilməsi 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələ üçün Azərbaycanın müəyyənləşdirdiyi beş mühüm prioritetdən birini təşkil edir. Prezident İlham Əliyev noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündəki çıxışında Böyük Qayıdışın ölkəmiz üçün önəminə bir daha diqqət çəkərək vurğulayıb: “Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur.

Biz “Böyük Qayıdış” Proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.

Qeyd edək ki, dövlət başçısınının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Böyük Qayıdış” üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Bu əsasda, bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

Paylaş:
Baxılıb: 423 dəfə

Xəbər lenti

Hamısına bax

İdman

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Siyasət

Sadəcə Kissencer...

01 Dekabr 10:35

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xarici siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31