“Böyük qayıdış”ın yeni ünvanı!
15.08.2024 [10:18]
Bu il Cəbrayıla köç olacaq...
Vətən müharibəsində qazanılan qələbə sayəsində azad edilən ərazilərimizin bərpası istiqamətində işlər öz axarı ilə davam edir. Müvafiq infrastrukturların yaradılması, həmin rayonların Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi istiqamətində ciddi addımlar atılır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa planları və iş perspektivləri kifayət qədər genişdir. Bu rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yerli və xarici yeni investisiyaların cəlb olunması üçün əsaslı zəmin yaradıb.
Oktyabrın 4-də isə Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin dörd ili tamam olur. Ötən dörd il ərzində şəhərin bərpası istiqamətində bir sıra addımlar atılıb və hazırda proses davam edir. İşğaldan ilk azad edilən ərazilərimizdən olan Cəbrayıl da erməni vandalizmindən çox ciddi zərər görüb, bütün maddi-mədəni irs tamamilə dağıdılıb.
Bu ilin ikinci yarımilində Cəbrayıla ilk köç nəzərdə tutulub. Ölkə başçısının siyasəti nəticəsində işğaldan azad edilmiş digər ərazilər kimi Cəbrayıla da həyat yenidən qayıdır. Əslində, bu şəhərə qayıdış hələ 8 il öncə- Aprel döyüşləri zamanı əldə etdiyimiz qələbədən sonra başlamışdı. Sakinlərin Cocuq Mərcanlı kəndinə qayıdışı Prezidentin də qeyd etdiyi kimi, “Böyük Qayıdış”ın əsasının qoyulması oldu.
1,6 milyon manata başa gələcək...
Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi məcburi köçkün ailələrinin müxtəlif ərazilərdən Cəbrayıl rayonuna köçürülməsi ilə bağlı elan etdiyi tender yekunlaşıb. Tender sərnişin və yük daşımaları ilə əlaqədardır.
Belə ki, daşımalar Bakı, Sumqayıt, Biləsuvar, Sabirabad, Şirvan, Hacıqabul, Saatlı, İsmayıllı, Şabran, Beyləqan, Mingəçevir, İmişli, Masallı, Gəncə, Göygöl, Salyan, Kürdəmir, Cəlilabad, Şəki, Zaqatala, Xaçmaz, Qazax, Şəmkir və Şamaxıdan həyata keçiriləcək. Dövlət Komitəsi qeyd olunan ərazilərdən Cəbrayıl şəhəri, Şükürbəyli və Horovlu kəndlərinə sərnişin və yük daşıma xidmətini “Yük taksisi.az” şirkətinə həvalə edib.
“Qaçqınkom”la şirkət arasında 1 593 873,2 manat dəyərində müqavilə bağlanılıb.
Cəbrayılda iqtisadi zonalar yaratmaq üçün...
Milli Məclisin Cəbrayıl rayonundan olan deputatı Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, “Böyük qayıdış” prosesində iqtisadi baxımdan ixtisaslaşma şəhər və rayonların planlaşdırılması zamanı nəzərə alınıb: “Hansı rayonlarda, hansı işlərin görüləcəyi ilə bağlı konkret plan bir neçə müddətdir ki, mövcuddur. Söhbət ondan gedir ki, bu gün Ağdamda, həm də Cəbrayılda sənaye parkları tikilib. Cəbrayılda sənaye təyinatlı “Araz Vadisi İqtisadi Zonası” yaradılıb. Bu sənaye parkında bir çox zavodlar, fabriklər və müəssisələr fəaliyyət göstərir. Digər tərəfdən hazırda Kəlbəcərdə İstisu sanatoriyası tikilir. Kəlbəcər daha çox turistlərin qəbulu və sanatoriyalar üçün nəzərdə tutulub. Bu rayonun çox böyük turizm potensialı var. Amma məsələn, Ağdam və Cəbrayılın bir hissəsində iqtisadi zonalar yaratmaq üçün geniş imkanlar mövcuddur. Laçın rayonunda da turizm imkanları daha genişdir.
İşğaldan azad olunmuş bölgələrimizə qayıdış mərhələli şəkildə həyata keçirilməkdədir. Bu istiqamətdə dövlət səviyyəsində işlər aparılır. Böyük Qayıdışa dair I Dövlət Proqramı ölkə rəhbərliyi tərəfindən qəbul etmişdi. Mərhələli şəkildə yaşayış məntəqələri tikilib, soydaşlarımızı ora köçürülməsi həyata keçirilir. Cənab Prezident ilin əvvəlində də bunu vurğulamışdı”.
Onlar səbirsizliklə qayıdış gününü gözləyirlər
Deputat həmçinin qeyd edib ki, bu gün hər bir cəbrayıllının ən böyük arzusu işğaldan azad olunmuş ərazilərə qısa zamanda qayıtmaqdır: “Bütün cəbrayıllıların arzusu doğma torpaqlarına qovuşmaqdır. Onlar səbirsizliklə qayıdış gününü gözləyirlər. Artıq Cəbrayıla da ilk köç olacaq. Bu bizim üçün böyük mahiyyət kəsb edir. Vətəndaşlarımızın mütləq əksəriyyəti ora köçmək istəyir. Yaşlı, gənc fərq etmir, orada yaşamaq, fəaliyyət göstərmək istəyirlər.
Çünki hazırda Cəbrayıl ən gözəl formada qurulur. Şəhərdə böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Ciddi addımlar atılır. Artıq yaxın vaxtlarda yenidən Cəbrayıldakı evlərdən ailələrin, uşaqların sevincli səsləri gələcək”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

