Azərbaycanın demoqrafik xəritəsi...
22.07.2026 [12:20]
Son rəqəmlər nəyi göstərir?
Ölkəmizdə həyata keçirilən sosialyönümlü dövlət proqramları əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, sosial müdafiə sisteminin gücləndirilməsinə və demoqrafik inkişafın dəstəklənməsinə mühüm töhfə verib. Məlumdur ki, hər bir ölkənin inkişafında həlledici rol məhz insan potensialı ilə bağlıdır. Bu mənada əhalinin siyahıyaalınması nəticəsində əldə edilmiş məlumatlar informasiya cəmiyyətinin qiymətli resursudur. Demoqrafik siyasətin düzgün qurulması isə əhalinin siyahıyaalınması prosesinin nəticələrindən çox asılıdır. Ölkənin sosial-iqtisadi vəziyyəti də əhali artımında mühüm rol oynayır.
Dünya əhalisinin sayında müsbət gözlənti
BMT-nin proqnozlarına görə, bir sıra Avropa ölkələrində əhalinin ümumi sayının azalmasına baxmayaraq, dünyada əhalinin ümumi sayı yaxın illərdə artacaq və 8 milyard nəfərdən çox olacaq. Məlumdur ki, əhalinin nəzarət olmadan artımı ilə mübarizə aparan ölkələr üçün hələ bunun universal həlli mövcud deyil, lakin bir sıra regionların təcrübəsi göstərir ki, bu problem həllolunandır. Bunun üçün hər bir ölkənin spesifik xüsusiyyətlərini nəzərə alan uzunmüddətli kompleks proqramların həyata keçirilməsi vacibdir. Bir daha qeyd etmək lazımdır ki, demoqrafik problemlər iqtisadi, sosial, siyasi, ekoloji və başqa problemlərlə sıx bağlıdır.
Adətən ölkələr çalışırlar ki, onlarda əhalinin artım tempi dünya əhalisinin, eləcə də, ətrafdakı ölkələrin sakinlərinin artım sürətindən geri qalmasın. Əhalinin normal artımı, yəni ümumi sayda və yaş qrupları arasında münasib balansın qorunub saxlanması milli təhlükəsizlik əhəmiyyəti daşıyan bir məsələdir. Bu baxımdan, Azərbaycanda kifayət qədər müsbət mənzərə mövcuddur.
Müasir dövrdə dəqiq statistik məlumatlar məşğulluq siyasətinin formalaşdırılmasından başlayaraq, təhsil, səhiyyə, sosial təminat, mənzil siyasəti və regional inkişaf proqramlarının hazırlanmasına qədər geniş spektrdə strateji planlaşdırmanın ayrılmaz tərkib hissəsinə çevrilib. Bu səbəbdən əhalinin statistik göstəricilərinin mütəmadi yenilənməsi və onların dərin təhlili həm mövcud sosial çağırışların vaxtında müəyyənləşdirilməsinə, həm də uzunmüddətli perspektivdə davamlı inkişafın təmin olunmasına xidmət edən mühüm amillər sırasında xüsusi yer tutur.
Dövlət Statistika Komitəsinin (DSK) ilin ilk beş ayı üzrə açıqladığı nikah, boşanma və doğum göstəriciləri ölkədə ailə institutunun və demoqrafik proseslərin hansı istiqamətdə dəyişdiyini göstərən mühüm siqnallar verir. Ekspertlər hesab edirlər ki, bu rəqəmlər yalnız statistika deyil, həm də sosial siyasət, ailə dəyərləri və gələcək demoqrafik inkişaf barədə müzakirələr üçün əsasdır.
10271638 nəfər olduq
Dövlət Statistika Komitəsi (DSK) ölkəmizdə doğum, ölüm, nikah və boşanma sayı ilə bağlı son rəqəmlərin hesabatını təqdim edib. Bu barədə Komitənin ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrində qeyd olunub. DSK-dan verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 9287 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyun ayının 1-i vəziyyətinə 10271638 nəfərə çatıb. Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Boşanmaların sayı azalıb
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayında 15107 nikaha daxilolma və 8087 boşanma halları qeydə alınıb. DSK-nın məlumatına görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.
5 ayda 1184 əkiz, 48 üçəm doğulub
Komitədən həmçinin bildirilib ki, bu ilin yanvar-may ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 34056 doğulan körpə qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,0-a düşüb.
Bildirilib ki, doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1184-ü əkiz, 48-i isə üçəmdir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

