İnfrastruktur layihələrinin reallaşdırılması bölgələrin inkişafına təkan verib
18.06.2016 [11:07]
Həyata keçirilən layihələr sayəsində Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib
Ölkəmizin inkişafında xüsusi yerə malik olan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bütün bölgələrinin potensialından daha səmərəli istifadə olunmasında, yerlərdə məşğulluq probleminin aradan qaldırılmasında, mədəni mühitin təmin olunmasında mühüm rol oynayıb. İndiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının icrası uğurla yekunlaşıb. Hazırda isə əvvəlki illərdə qazanılan zəngin təcrübə əsasında qəbul edilən və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı uğurla yerinə yetirilməkdədir.
Beləliklə, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Əlamətdar haldır ki, bütün ölkə boyu inkişaf ilbəil daha intensiv hal alır. Son illərdə Azərbaycanın regionlarının məqsədyönlü şəkildə inkişaf etdirilməsindən söhbət açarkən bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələrini xüsusi qeyd etmək lazımdır. Bölgələrin infrastruktur təminatı öncəki illərlə müqayisədə kəskin şəkildə fərqlənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, respublikamızda bütün infrastruktur layihələri icra edilir, böyük sərmayə qoyulur. Ardıcıllıqla və yüksək səviyyədə həyata keçirilən layihələr sayəsində bu gün Azərbaycan müasir infrastruktur təminatına malik ölkəyə çevrilib. Yaradılan mükəmməl infrastruktur əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm faktor qismində çıxış etməklə yanaşı, qeyri-neft sektorunun üstün inkişafı, daxili istehsalın genişləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır.
Ölkəmizin regionlarında müasir infrastrukturun yaradılmasının əsas xarakterik cəhəti isə ondan ibarətdir ki, dövlət yeni obyektlərinin yaradılmasının maliyyə təminatını bir qayda olaraq öz öhdəsinə götürür. Sonradan bu layihələr bölgələrin və bütövlükdə ölkənin inkişafına təkan verən vacib faktora çevrilir.
Vurğulamaq yerinə düşər ki, infrastrukturun yenilənməsi, istər enerji təminatının, eləcə də digər sektorların inkişafı istiqamətində bölgələrdə aparılan işlər yüksək səviyyədədir. Məsələn, bu günlərdə Saatlı rayonunda Kənd Təsərrüfatı Nazirliyinin rayon kənd Təsərrüfatı İdarəsinin inzibati binasının açılışı olub. İnzibati bina ilə tanışlıq zamanı bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə mühüm töhfə verəcək.
Beyləqan rayonunda da Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının açılışı olub. Binada bölgədə yetişdirilmiş yeni taxıl sortları ilə bağlı xüsusi kabinet formalaşdırılıb. Bundan başqa, yeni binada baytarlıq idarəsinin, Dövlət Toxum Müfəttişliyinin Diaqnostik kabinetinin, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqları mövcuddur.
Şabran rayonunun məşhur Qalaaltı kəndi istiqamətində isə yeni yol infrastrukturunun inşası davam edir. 14,4 kilometr uzunluğundakı yolun çəkilişi sürətləndirilib. Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən inşa olunan yeni yol Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrindən Qalaaltı kəndinə doğru salınır. Hazırda yolun torpaq yatağı tikilir. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrində yol qovşağı və yolun başlanğıcında yerləşən mövcud su kəməri üzərindəki yolötürücüsündə tikinti işləri yekunlaşmaq üzrədir.
Layihə çərçivəsində ümumilikdə 4 yolötürücüsünün tikintisi planlaşdırılıb. Buraya yolun 11,2 kilometrliyində Siyəzən-Qalaaltı avtomobil yolunun üzərində yol qovşağı da daxildir.
Turizm əhəmiyyətli yol 2-4 hərəkət zolaqlı olmaqla, I və II texniki dərəcəyə uyğun inşa edilir. Layihəyə əsasən, yol yatağının eni 15, 20,5 və 23 metr olacaq. Hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni isə 1 metr və 3,5 metr nəzərdə tutulub. Bundan başqa, 2 ədəd düzbucaqlı dəmir-beton su keçidinin, həmçinin 9 ədəd dəmir-beton suötürücü borunun tikintisi də nəzərdə tutulub. Layihəyə əsasən, yolun tikintisi 2017-ci ildə yekunlaşacaq. Bu yol yeni turizm marşrutlarının açılması və kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır.
Şəmkir rayonunda isə Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsi üçün yeni bina təmir edilərək istifadəyə verilib. Əsaslı şəkildə yenidən qurulan şöbədə 6 palata, həkim otaqları, laboratoriya və xüsusi təhlükəli xəstələr üçün kabinet fəaliyyət göstərəcək. Bundan əlavə, 45 nəfər orta tibb işçisi və 5 həkimin normal fəaliyyəti üçün də hər cür şərait yaradılıb.
Son zamanlar Sumqayıt şəhərində də yeni infrastrukturların tikintisi davam etdirilir. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində şəhərdə kompleks yenidənqurma işləri aparılır.
Şəhərdə yol infrastrukturu yenidən qurulur. Şəhərin Sülh küçəsi boyunca “Göyərçin” abidəsinə doğru ümumi uzunluğu 3,2 kilometr olan avtomobil yolunda yenidənqurma işlərinin 1-ci mərhələsi yekunlaşmaq üzrədir. Burada səkilər də tikilib, qranit bardürlər düzülüb, suötürücü küvetlər qoyulub. Yolun hər iki tərəfində yaşıllıq salınıb, ağac və gül kolları əkilib, avtomat suvarma sistemi qurulub, müasir işıq dirəkləri quraşdırılıb. Küçə boyu tikilən istinad divarlarında müasirlik və milli memarlıq ənənələrinin üzvi şəkildə uzlaşdırılması əsas götürülür. Sülh küçəsinə şəhərdə ilk dəfə olaraq 10 santimetr qalınlığında polimer asfalt örtüyü vurulur. Alman texnologiyası əsasında hazırlanan bu asfaltın özəlliyi yükgötürmə qabiliyyəti, elastikliyi və uzun müddət davamlı olmasıdır. Eni 14 metr olan Sülh küçəsinin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb ki, bu da Bakı-Sumqayıt istiqamətində nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradır. Yenidənqurma işləri iyunun sonunadək yekunlaşacaq.
Sumqayıtda tikintisinə başlanılan müasir mərkəzlərdən birində - Sumqayıt Şahmat Məktəbində də işlər artıq yekunlaşmaq üzrədir. Müasir üslubda tikilən ikimərtəbəli binada yarış zalı, sinif otaqları, kompüter və elektron kitabxana, oyunların canlı izlənməsi üçün salon yaradılacaq.
Şəhərin müasir üslubda tikilən Heydər Əliyev Mərkəzində də son tamamlama işləri görülür. Ümummilli liderin adını daşıyan parkda tikilən Mərkəzin binası 4 mərtəbədən ibarətdir. Milli və müasir memarlıq ənənələrini özündə əks etdirən möhtəşəm bina əzəməti ilə diqqət çəkir. Burada 400 nəfərlik akt, nikah mərasimi, gənclər üçün müzakirə və diskussiya zalları, elektron kitabxana da yaradılacaq. Mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da fəaliyyət göstərəcək.
Vurğulayaq ki, hər zaman sənaye şəhəri kimi tanınan Sumqayıtda ölkənin ilk və ən iri sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən tikinti-quraşdırma işləri intensiv şəkildə davam etdirilir. Sənaye parkının rezidenti olan Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti parkın ərazisində ferrosilisium və ferrosilikomanqan istehsal edəcək zavodun tikintisinə başlayıb. Zavodda ildə 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsalı nəzərdə tutulur. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 150-yə yaxın yerli mütəxəssisin işlə təmin olunması nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Zavodun 2017-ci ilin ikinci yarısında fəaliyyətə başlayacağı gözlənilir.
Sonda bir daha qeyd edək ki, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Yuxarıda da vurğulandığı kimi, hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Amma eyni zamanda, Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxmaqdadır. Dövlət isə bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə daha yeni layihələr hazırlanaraq həyata keçiriləcək.
Nəticə etibarilə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə də əhəmiyyətli zəmin yaradıb. Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

