Kişilər və qadınlar...
29.12.2022 [10:39]
Hər sahədə bərabər
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyədəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Azərbaycanın dövlət siyasətində ölkədə gender bərabərliyinin təmin olunması istiqaməti xüsusi yer tutur. Son illərdə müvafiq qanunvericilik bazasının möhkəmləndirilməsi, həyata keçirilən institusional islahatlar, genişmiqyaslı maarifləndirmə işi, təşviq tədbirləri respublikada qadınların əmək bazarına inteqrasiyası, bütövlükdə zərif cinsin təmsilçilərinin fəallığının artması üçün yeni fürsətlər yaradıb. Bu gün qadınların kişilərlə bərabər ölkə həyatının ən müxtəlif sahələrində uğurla təmsil olunmalarını və Azərbaycanın inkişafına sanballı töhfələr vermələrini müşahidə etmək son dərəcə qürurvericidir.
İdarəetmədə qadınların artan rolu
Statistik göstəricilərin təhlili belə qənaətə gəlməyə imkan verir ki, Azərbaycanda gender bərabərliyi sahəsində müsbət tendensiyalar artır və bəzi hallarda bu trendlər qlobal göstəriciləri üstələyir. Təsadüfi deyildir ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsi tərəfindən 2022-ci ildə Azərbaycan Hökumətinin 6-cı dövri hesabatı üzrə təqdim edilmiş Yekun müşahidələrində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi sahəsində əldə olunan tərəqqi, gender bərabərliyinin təşviqi sahəsində irəliləyişlər vurğulanıb.
Son illərdə respublikamızda müvafiq sahə üzrə siyasətin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Milli Məclisin 20 dekabr 2022-ci il tarixində keçirilən plenar iclasında ölkədə gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2021-ci il üzrə təqdim etdiyi məlumatdan da görmək mümkündür. Bahar Muradova bildirib ki, 2021-ci ildə Dövlət Komitəsi tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təşviq edilən təkliflərdən biri atalar üçün ödənişsiz məzuniyyət hüququnun müəyyən edilməsi olub. Digər məsələ qadın əməyinin tətbiqi qadağan edilən iş yerlərinin siyahısına yenidən baxmaq və bununla əlaqədar normaların beynəlxalq sənədlərə uyğunlaşdırılması ilə bağlı olub. Eyni zamanda Əmək Məcəlləsinə müvafiq dəyişikliklər qəbul edilib.
Məlumatda vurğulanır ki, 2021-ci ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsinə yönəlik zəruri alət və mexanizmlərin inkişafı istiqamətində mühüm addımlar atılıb. Regionlarda Uşaq Ailə Dəstək Mərkəzlərinin yaradılması diqqətdə saxlanılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı baş tutub.
Hesabat dövründə gender məsələləri üzrə məsul şəxslərin fəaliyyəti şaxələndirilib, onların təşkilatçılığı ilə beynəlxalq qurumlarla əməkdaşlıq, cinsi ayrı-seçkiliklə mübarizə üsulları, müxtəlif mövzularda təlim kursları və maarifləndirmə işləri həyata keçirilib. Ötən il Qadın Resurs Mərkəzlərinin fəaliyyəti daha da genişləndirilib, Göyçay və Tovuz rayonlarında yeni Qadın Resurs Mərkəzləri, Füzuli, Tərtər və Ağcabədi rayonlarında isə İcma Resurs Mərkəzləri yaradılıb.
Paralel şəkildə Dövlət Komitəsi media və İKT resurslarında fəaliyyətini daha da genişləndirib. “Valideyn nəzarəti və internet təhlükəsizliyi” resursunun fəaliyyəti bərpa edilib. Komitənin veb səhifəsində “Məişət zorakılığı” adlı xüsusi bölmə yaradılıb və “860” saylı qaynar xətti əlavə edilib. Bununla yanaşı, ötən il beynəlxalq və yerli tərəfdaşlarla birgə çoxsaylı layihələr icra edilib, seminarlar, təlimlər, onlayn görüş və vebinarlar keçirilib.
Komitə sədri hesabat ilində dövlət orqanları tərəfindən məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilmiş tədbirlərin “Milli Fəaliyyət Planı”na uyğun aparıldığını söyləyib, bir sıra rəqəmləri səsləndirib. O, məişət zorakılığı ilə mübarizə sahəsində işlərin gücləndirilməsi məqsədilə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində “Məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya” şöbəsinin fəaliyyətə başladığını deyib. Bahar Muradova təhsildən yayınma hallarının qarşısının alınması sahəsində görülmüş tədbirlərdən, cins seçimi məsələsinin aktuallığından da danışıb.
Qadınlaın idarəetmədə rolunun artması da sevindirici faktdır. Bildirilib ki, gender bərabərliyi baxımından qanunverici, icra, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarında, habelə sosial, diplomatik, aqrar, iqtisadi və digər sahələrdə müsbət və sabit tendensiyalar mövcuddur. Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi məlumata görə, test imtahanlarında uğur əldə edən şəxslərin yaş qrupu üzrə bölgüsündə əsasən qadın namizədlərin yüksək nəticə əldə etdikləri müşahidə olunur. Müsahibələrdə uğur əldə edən və təyinat alan şəxslər arasında 18-24 yaş qrupu üzrə qadınların irəlidə olduğu göstərilir. Bu göstəricilər ali məktəbləri bitirən qadınların dövlət qulluğuna marağının artmasını, kişilərlə qadınlara bərabər imkanların yaradılmasını nümayiş etdirir. Ümumilikdə isə əldə olunan nəticələrə əsasən, əvvəlki illərə nisbətən dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində qadınların rolunda və iştirakında artım müşahidə olunur.
Komitə rəsmisi bildirib ki, ölkədə gender bərabərliyinin təmin olunması sahəsində dövlətin vəzifələrinin icrasına təsir göstərən amillərdən biri də siyasi partiyaların, QHT-lərin və Həmkarlar ittifaqlarının üzərinə qoyulan öhdəliklərə münasibətdir. Milli Məclis tərəfindən cari ildə qəbul olunmuş “Siyasi partiyalar haqqında” qanun qadınların siyasi müstəvidə daha fəal olmalarını təmin edəcək.
Bələdiyyələrdə qadınların iştirakçılığı
Ölkəmizdə bələdiyyələrin fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi idarəetməyə yeni impuls verib. Qarşıda duran əsas hədəflərdən biri isə yerli özünüidarəetmə orqanlarında qadınların iştirakçılığının artırılmasıdır. Tarixən Azərbaycanda bir sıra sahələrdə, o cümlədən elmdə, təhsildə, səhiyyədə qadın iştirakçılığının səviyyəsi yüksək olub. Son illərdə isə ölkəmizdə qadınların digər sahələrdə də özlərini inamla təsdiqlədiklərini müşahidə edirik. O cümlədən qadınlarımız yerli özünüidarəetmə orqanlarında getdikcə daha çox sayda təmsil olunurlar. Bu, respublikamızda gender bərabərliyinin təmin olunmasına göstərilən davamlı səylərin bəhrəsidir.
“Bu gün aktual məsələlərdən biri də ərazi baxımından yerli əhali ilə daha yaxından əlaqə qurmaq imkanı olan bələdiyyələrdə gender komissiyalarının yaradılmasıdır və artıq 30 yerli özünüidarəetmə orqanında gender komissiyaları fəaliyyət göstərir. Bu isə imkan yaradır ki, bələdiyyə üzvləri əhali ilə sıx təmasda olmaq və onların problemlərini təhlil etmək imkanı əldə etsinlər”. Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova “Yerli idarəetmədə gender bərabərliyinin təşviqi” mövzusunda keçirilən konfransda ifadə edib. Bəhs olunan tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində baş tutub. Konfransda dövlət qurumlarının nümayəndələri, yerli icra hakimiyyətləri və bələdiyyələr üzrə gender bərabərliyinə məsul şəxslər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. “Gender əsaslı zorakılıq hallarının qarşısının alınması istiqamətində bələdiyyələrdə fəaliyyət göstərən gender komissiyaları risk qrupundan olan ailələri müəyyən edərək, bilavasitə həmin ailələrdə gender münasibətlərinin formalaşmasına töhfə verə bilərlər” - deyə S.Qəhrəmanova əlavə edib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

