Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Yapon alimləri açıqladı: koronavirusa qarşı ən təsirli meyvə

Yapon alimləri açıqladı: koronavirusa qarşı ən təsirli meyvə

15.12.2021 [15:13]

Dünyada koronavirusa qarşı peyvənd və dərmanların yaradılması üzrə işlər davam etdiyi dövrdə yapon alimləri virusla mübarizədə ümidverici elmi araşdırmaya imza atıblar. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, yapon alimlərinin eksperimental araşdırması nəticəsində məlum olub ki, xurmadan əldə edilən tanin maddəsi COVID-19-a yoluxma və ya ağır simptomların inkişaf etməsi ehtimalını azaldır.

Ölkənin Kaşihara şəhərindəki Nara Tibb Universitetindən bir araşdırma qrupu aparılan təcrübə zamanı xurmadan əldə edilən tanin tərkibli birləşməni siçovulların ağız boşluğuna tətbiq edən tədqiqatçılar 3 gün ərzində maddə qəbul etməyən sınaq heyvanlarının ağciyərlərində pnevmoniya əlamətləri və yüksək dərəcədə virus yükü aşkar ediblər. Tanin birləşməsi vurulan siçovulların ağciyərlərində virus aşağı dərəcədə olub, vərəm əlamətləri müşahidə olunmayıb.

Bundan əlavə, xurmadan əldə edilən tanin tətbiq edilən heyvanların 30 dəqiqə ərzində COVID-19 virusu daşıyan siçovullarla eyni qəfəsə salan mütəxəssislər, bu maddəni qəbul edənlərin ağciyərlərində virus aşkar etməyiblər.

Mütəxəssislər, xurmadan əldə edilən tanin maddəsinin insanlar üzərində klinik testlərin vacib olduğunu və daha çox təcrübəyə ehtiyac olduğunu vurğulayıblar.

Paylaş
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31