Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Türkiyənin bir neçə TV kanalının Azərbaycan peyki üzərindən yayımına başlanılıb

Türkiyənin bir neçə TV kanalının Azərbaycan peyki üzərindən yayımına başlanılıb

17.03.2022 [11:49]

“Azerspace-1” peyki üzərindən Türkiyənin bir neçə televiziya kanalı yayıma başlayıb.

Azərbaycan Kosmik Agentliyindən (“Azərkosmos”) “APA-Economics”ə verilən məlumata görə, bu ilin mart ayından etibarən Türkiyənin “TMB TV”, “Akıllı TV”, “Nurs TV” və “EuroTrio TV” “Azerspace-1” telekommunikasiya peyki üzərindən yayımlanır.

“TMB TV” kanalında əsasən türkdilli dövlətlərin musiqi və mədəniyyətini əks etdirən proqramlar nümayiş olunur. “Akıllı TV” və “Nurs TV” televiziyalarında daha çox əyləncəli verilişlər təqdim edilir. “Azerspace-1” peykinin Avropa yayım şüasında yayımlanan “EuroTrio TV” kanalının gündəlik məzmununu isə Türkiyənin, o cümlədən beynəlxalq şirkətlərin ingilisdilli proqramları təşkil edir.

Kanalların yayım tezlikləri aşağıdakı kimidir:

“TMB TV”, “Akıllı TV” və “Nurs TV” kanallarının yayım tezliyi: 11024/H/16500;

“EuroTrio TV” kanalının yayım tezliyi: 11095/H/30000.

Paylaş:
Baxılıb: 1717 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

YAP xəbərləri

Siyasət

Siyasət

İqtisadiyyat

Analitik

Analitik

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

Dostluğun təntənəsi

13 Oktyabr 14:51

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31