Uşaqdan böyüyə hər kəsin sevimlisi olan çizgi filmləri...
28.10.2022 [11:17]
Bu gün Beynəlxalq Animasiya Günüdür
SƏİDƏ Rəhimli
Hər yaş dövrümüzdə maraqla izlədiyimiz çizgi filmləri hər dəfə bizi fərqli aləmlərə səyahət etdirir və bizə xoş aura verir. İçindəki uşağı qorumağı bacaran hər kəs çizgi filmləri izləməkdən zövq alır. Əvvəllər çizgi filmi saatlarını səbirsizliklə gözləyərdik, indi isə internet vasitəsilə istədiyimiz zaman, istədiyimiz çizgi filmini rahatlıqla izləyə bilirik. Hazırda bütün dünyada məşhur olan animasiyalar sırasında ən çox sevdiklərimiz olan “Tom və Cerri”, “Şrek”, “Buz dövrü” və “Madaqaskar”ı yada salaq. Bunlardan əlavə, çizgi filmi qəhrəmanlarının insan həyatının daxilində verildiyi filmlər də çox maraqlıdır. Hər birini izləyərkən çox əylənirik. Bu filmlər bizləri ürəkdən güldürməyi, sevindirməyi və kədərləndirməyi çox yaxşı bacarır.
İzlədiyimiz hər hansı bir animasiyaya diqqətlə nəzər salsaq, hər birinin öyrədici xarakterli olduğunu görə bilərik. Bu, yalnız rəngləri, hərfləri, rəqəmləri öyrətməklə məhdudlaşmır; həm də dostluğu, xeyirxahlığı, köməkləşməyi aşılayır. Animasiya şifahi dil olmadan mədəniyyətlər arasında ünsiyyət qura bilir. Buna görə də “animasiya universaldır”- deyə bilərik.
Animasiyanın yaranma tarixi filmlərdən daha qədimdir. İlk animatorlar əsrlər boyu kameralar və səsyazma texnologiyası olmadan animasiyalar yarada bilirdilər. Rəsmlərdə hərəkətin göstərilməsi cəhdi ilk dəfə Paleolit dövrünün mağara rəsmlərində müşahidə olunur. Tarixdə ilk və əsl animator fransız Emil Reyno hesab edilir. O, hərəkətli rəsmləri nümayiş etdirmək üçün fırlanan barabandan, güzgü sistemi və fənərdən ibarət olan, əl ilə çəkilmiş şəkilləri hərəkətə gətirə bilən optik cihaz icad etdi. Cihaz “praksinoskop” adlanırdı. Reyno ilk dəfə 1892-ci il 28 oktyabrda tamaşaçılara 15-20 dəqiqəlik komik süjetlər nümayiş etdirən attraksion - optik teatr yaratdı. İlk animasiyalar əl ilə çəkilmiş rəsmlərdən və ya fotoşəkillərdən ibarət olan 15 dəqiqəlik pandomimlər idi.
Daha sonra animasiyaların hazırlanması üçün kino çəkən aparatlardan istifadə olunmağa başlandı. XX əsrin əvvəlindən başlayaraq animasiya sürətlə inkişaf etdi. İlk animasiya filmini 1906-cı ildə amerikalı karikaturçu və animator Uinzor Makkey yaradıb. Animasiya sahəsində əsaslı dəyişiklik amerikalı rejissor, prodüser və animator Uolt Disney tərəfindən edildi. O, animasiyaya səs və rəng gətirdi. Onun yaratdığı Mikki Maus personajı qısa zamanda məşhurlaşaraq hər kəsin sevimlisinə çevrildi. Animasiya sənəti 100 ildən artıqdır ki, çizgi filmlərini və digər əyləncə növlərini yaratmaq üçün istifadə olunur.
Azərbaycanda animasiyanın yaranma tarixi XX əsrin 30-cu illərinə təsadüf edir. Azərbaycan çizgi filmlərinin ən məşhurları sırasında “Tıq-tıq xanım”, “Cırtdan”, “Təpəgöz” və s. adlarını çəkə bilərik.
Animasiya filmlərinin çəkilməsi mürəkkəb bir prosesdir: şəkillər çəkilir, nömrələnir və sıra ilə kameraya alınır. 10 dəqiqəlik film üçün təxminən 30-40 dəqiqəlik şəkil lazımdır. Şəkillərin sürətli dəyişdirilməsi ilə animasiya filmi yaranır. Bu mürəkkəb proses texnologiyanın inkişafı ilə bir qədər asanlaşdı. Hazırda animasiya filmlərinin çəkilməsində həm ənənəvi, həm də kompüter texnologiyalarından istifadə edilir.
2002-ci ildə ASİFA (Beynəlxalq Animasiya Kino Assosiasiyası) animasiyanın ilk dəfə ictimaiyyətə təqdim edildiyi günü “Beynəlxalq Animasiya Günü” olaraq elan etdi. Bu günün qeyd olunmasında məqsəd animasiya sənətini diqqət mərkəzində saxlamaq, insanların bu haqda məlumatlılığını artırmaqdır. Son illərdə Beynəlxalq Animasiya Günü dünyanın müxtəlif bölgələrində 50-dən çox ölkədə qeyd olunur. Bununla bağlı seminarlar, konfranslar, sərgilər və nümayişlər keçirilir, müxtəlif ölkələrdən tanınmış rəssamlar bir araya toplaşırlar.
Bu günə özəl içimizdəki uşağa vaxt ayıraraq ən sevdiyimiz çizgi filmini və ya neçə vaxtdır baxmaq istədiyimiz, amma heç cür vaxt edib baxa bilmədiyimiz çizgi filmini izləyək. Gününüzün şən keçməsi diləyi ilə!
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23

