Nəyə görə “Qara Cümə”?
22.11.2022 [10:42]
Noyabr ayı il ərzində böyük endirimləri ilə məşhur olan bir aydır. Bu ayda həm Beynəlxalq Shopping Günü, həm də “Black Friday” adlandırılan “Qara Cümə” günü münasibətilə dünya ölkələrinin əksəriyyətində böyük endirimlər tətbiq olunur. İnsanlar bu endirimlərdən maksimum dərəcədə yararlanırlar. Bunun nəticəsində də İslam dünyasında problemə çevrilən “Qara Cümə” günü dünya miqyasında daha da məşhurlaşır. Dinimizdə müqəddəs olan cümə gününün belə adlandırılması müsəlmanlara heç də xoş gəlmir, başqa sözlə, birmənalı qarşılanmır.
Bəs “Qara Cümə” nəyə görə belə adlandırılır? Bunun İslama zidd bir mövqeyi varmı?
Bildiyimiz kimi, cümə günü İslamda mübarək bir gündür, müsəlmanlar üçün həftənin ən müqəddəs günüdür. Bir çox islam ölkəsində cümə günü qeyri-iş günü sayılır və insanlar bu gündə vaxtlarını məscidlərdə namaz qılaraq, dualar edərək keçirirlər. Biz də həmişə belə müqəddəs gündə dini ibadətlərimizi qaçırmamağa və xeyirxah işlər görməyə çalışırıq. Qara rəng dinimizdə günah və şərlə əlaqələndirilir. Buna görə də İslam aləmində “Qara Cümə” ifadəsi xoşagəlməzdir. Hətta islam ölkələrinin çoxunda bu günün qeyd olunması günah hesab edilir. Bəzi müsəlmanlar “Qara Cümə” günü münasibətilə edilən endirimlərdən yararlanmaqda tərəddüd edirlər. Lakin araşdıran zaman bu adın heç bir dini və ya mədəni məzmuna malik olmadığını, yalnız ticarətlə əlaqədər bu şəkildə adlandırıldığını görə bilərik.
Hər il ABŞ-da noyabr ayının dördüncü cümə axşamı günü Şükran günü olaraq qeyd olunur. Bu gündən sonrakı cümə günü isə 1952-ci ildən bəri Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı olaraq qəbul edilir. “Qara Cümə” bayram alış-veriş festivalı olaraq bilinən bu günə verilmiş qeyri-rəsmi bir addır. “Qara Cümə” termini son onilliklərdə daha geniş yayılmağa başladı. Bunun əsas səbəbi isə, başqa ölkələrin də bu festival münasibətilə böyük endirimlər etməsi və fürsətlərdən yararlanmağa çalışan insanların sayının hər il daha da artmasıdır.
Bu günün məhz “Qara Cümə” adlandırılması ilə bağlı müxtəlif fərziyyələr var. Amerikada mağaza sahibləri üçün qırmızı rəng - zərəri, qara rəng isə mənfəəti simvolizə edir. Endirimlər günündə satışların artdığını və mağazaların xeyli mənfəət əldə etdiklərini nəzərə alsaq, bu səbəbdən “Qara Cümə” adlandırılması xeyli məntiqlidir. Digər tərəfdən, böyük endirimlər səbəbindən mağazalarda izdihamlar olur, insanlar bayram alış-verişi üçün küçələrə axışır və bu, qəzalarla nəticələnə bilir. İzdihamı fürsətə çevirən oğruların da sayı artır. Buna görə də, belə bir günün polislər tərəfindən “Qara Cümə” adlandırıldığını güman edənlər də var. Gördüyümüz kimi, bu adın yaranması ilə bağlı irəli sürülən heç bir fərziyyədə müsəlmanlığa əks hansısa bir məsələ yoxdur. Buna görə də müsəlmanlar üçün bu günlərdə olunan endirimlərdən yararlanmağa heç bir maneə yoxdur.
Doğrudur, ad bizlər üçün xoşagəlməzdir və altında yatan gizli mənalar ola bilər. Lakin bizlərə zidd hər hansı bir məna ifadə etdiyinə dair sübutlar yoxdur və yaranması ilə bağlı olan fərziyyələr məntiqlidir. Dini və ya mədəni mövzularla əlaqəli olmayan hər hansı bir məsələylə bağlı yaranan bu ad adət halını alaraq günümüzə qədər gəlib.
Səidə RƏHİMLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23

