“Sapere aude!” - Öz ağlından istifadə edəcək cəsarətin olsun!
31.01.2023 [11:12]
Kantın gözü ilə aydınlanma...
“Aydınlanma insanın özünə təlqin etdiyi qeyri-yetkinlikdən xilasıdır. Yetkin olmamaq - başqası tərəfindən istiqamətləndirilmədən öz ağlını istifadə edə bilmək bacarığının olmamasıdır. Əgər yetişkin olmama halının səbəbi ağlın həqiqətən qıt olması deyilsə, onda başqasının rəhbərliyi olmadan öz ağlını istifadə etmək cəsarətinin və qərarlılığının olmamasıdır və özünətəlqinlə, könüllü yaranır. “Sapere aude!”, yəni “Öz ağlını istifadə etmək cəsarəti göstər!”. Aydınlanmanın şüarı budur”.
İ.Kant “Aydınlanma nədir?” sualına öz essesində belə cavab vermişdi. Təbii ki, tarixi əsər bir neçə cümlə ilə yekunlaşmır. Dili çox qəliz olsa da, söylədiklərində dərin məntiq var. Mürəkkəbliyinə baxmayaraq, hər bir intellektual insanın oxuması vacib olan bir əsərdir. Kant bu əsəri yazanda Avropada aydınlanma dövrü hökmranlıq edirdi. Yazıldığı tarixdən 3 əsr keçməsinə baxmayaraq, hələ də insanlara qaranlıq qalan məqamlar var.
Yetkinləşməkdən qorxma
Kanta görə cəmiyyəti zülm və zillətdən ancaq ağıl xilas edə bilər. Lakin rahatlığına düşkün olan insan tənbəllik və qorxaqlıq ucbatından başqasının göstərişi olmadan öz ağlından istifadə edə bilmir. Bu səbəbdən də özünü başqasının tabeliyinə atmaq insanlara daha asan gəlir. İnsan düşünür: “Yetkin olmamaq necə də rahatdır! Mənim əvəzimə düşünən bir kitabım, vicdanım olan bir din xadimim, qidalanmamı götür-qoy edən bir həkimim və s. varsa, nəyə görə özümə əziyyət verməliyəm?! Pulunu ödəyə bildiyim müddətcə düşünməyimə ehtiyac yoxdur, başqaları mənim əvəzimə bütün darıxdırıcı işləri üzərlərinə götürəcəklər”.
Beləliklə, insan ömürboyu yetkinləşməmiş olaraq qalır. Böyük əksəriyyət yetkinliyə doğru addımı təhlükəli sayır, uğursuzluğa düçar olmaqdan qorxur. Əslində bu təhlükələr o qədər də böyük deyil. Bir neçə dəfə yıxılmaqdan qorxmayanlar gec, ya da tez yeriməyi mütləq öyrənirlər. Ancaq yıxılma qorxusu insanları ürkəkləşdirir və onlar cəhd etməkdən qorxurlar. Öz təşəbbüsü ilə qandallarından qurtulan tapılsa da, həmin fərd yalnız kiçik ürkək addımlar ata bilər. Çünki müstəqil hərəkət etmək üçün hələ hazır deyil. Ona görə də yetkinləşmiş və özünə inamla addımlar atmağa nail olan çox az insan var.
İnsana azadlıq verilsə...
Buna baxmayaraq, Kant cəmiyyətin aydınlana bilmə potensialının daha yüksək olduğunu düşünür. Onun fikrincə, insana sadəcə azadlıq verilsə, aydınlanma qaçılmaz olacaq. Mütləq şəkildə bu kütlənin içərisində bir neçə azad düşünən və natamamlıq boyunduruğundan qurtulan insan tapılacaq və sərbəst düşünməyin vacibliyini ətraf yayacaq.
Filosof cəmiyyətin yavaş-yavaş aydınlanmasının tərəfdarı idi. Fikrincə, ictimai aydınlanma ani deyil, tədricən olmalıdır. O, bilirdi ki, inqilab vasitəsilə despotizmdən xilas olmaq olar, amma bu yolla düşüncədə həqiqi islahata nail olmaq olmaz. Bu səbəbdən də aydınlanmaq üçün azadlığın bir qədər zərərsiz forması lazımdır.
Ən nəhayət, Kant əlavə edərək deyir, hazırda aydınlanmış bir dövrdə yaşamasaq da, aydınlanma dövründə yaşayırıq. Artıq aydınlığa doğru gedən yolun açıq olduğunu, aydınlanmağa qarşı maneələrin get-gedə azaldığını görə bilirik.
Düşünürəm, elə isə varam!
Kantdan 100 il qabaq yaşamış Dekart deyir: “Düşünürəm, elə isə varam!”. Əslində filosof “mən varlığımı düşünməyimə borcluyam” deyirdi. Yəni buradakı düşüncə varlığın səbəbidir, nəticə deyil. Bu fikir bir daha insanın düşünməsinin nə qədər vacib olduğunu göstərir. Düşünən beyin, aydınlanmış gələcək deməkdir!
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23

