/ / Londonda Azərbaycanın Xalq yazıçısı Elçinin əsəri əsasında hazırlanmış musiqili tamaşanın premyerası olub
Londonda Azərbaycanın Xalq yazıçısı Elçinin əsəri əsasında hazırlanmış musiqili tamaşanın premyerası olub
14.10.2015 [09:47]
Britaniyada fəaliyyət göstərən “Alov” teatrının təşkilatçılığı ilə Londonun “St. James” teatrında Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesinin motivləri əsasında hazırlanmış “Gecə yarısı” (“Midnight”) adlı musiqili tamaşanın premyerası olub.
“Alov” teatrının prodüseri Sənan Əliyev AZƏRTAC-a bildirib ki, tamaşanın quruluşçu rejissoru Matthev Qold, musiqi tərtibatçısı isə Ceyms Klivdir. Tamaşanın musiqisi və sözləri Lourens Mark Whyte və Timoti Knepmen tərəfindən yazılıb. Rollarda “West End” teatrının tanınmış aktyorları Devid Hanter, Rebekka Trehern və Nikolas Kolikos oynayıblar. Devid Hanter Londonun “West End” teatrında səhnəyə qoyulmuş “Bir dəfə” (“Once”) müziklı ilə tanınır, həmçinin Britaniyanın İTV kanalında keçirilmiş “Superstar” proqramının yarımfinalçısıdır. Rebekka Trehern “Mələklər şəhəri” (“City of Angels”), Nikolas Kolikos isə məşhur “Bodyguard” müziklından tamaşaçılara tanışdır. Bununla yanaşı, aktyor heyətinə Nik Heys, Tomas Satkliff, Qreq Kastilyoni, Kiara Ceys və Cenni O’Lirini də cəlb olunublar.
Tamaşanın premyerasında bir çox tanınmış simalar, teatr tənqidçiləri, prodüserlər, rejissor və musiqiçilər iştirak ediblər.
Bu səhnə əsərindəki hadisələr 1937-ci ildə Bakıda baş verir. Tamaşa dövrün bütün qorxu və repressiyalarına baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində, ər-arvadın təzadlı tale yolundan bəhs edir.
Səhnə əsərində cərəyan edən dramatik hadisələr sanki reallıq və qeyri-reallıq arasında bir körpü yaradır. Tamaşanın sonunda bir sual yaranır: “Görəsən, biz də cəhənnəm sakinləriyik?!”
Teatr tənqidçiləri tamaşanı yüksək qiymətləndiriblər.
“Tamaşanın tam səhnələşdirilməsi 2016-cı ildə planlaşdırılır. Uzunmüddətli səhnələşdirilməsi planlaşdırılan əsərin, həmçinin Britaniyada regional teatrlarda da nümayişi nəzərdə tutulur”, - deyə Sənan Əliyev bildirib.
Tamaşa barədə daha əraflı məlumatı bu linklərdə oxumaq olar: www.midnightmusical.com www.alofftheatre.org.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33

