Görkəmli rəssam Ucal Haqverdiyevin xatirəsi yad edilib
03.09.2016 [09:08]
Sentyabrın 2-də Heydər Əliyev Fondunun “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyində “Rəssam haqqında xatirələr. Butunay Haqverdiyev atası Ucal Haqverdiyev haqqında” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin “Rəssamla görüş” layihəsi çərçivəsində təşkil olunan tədbirdə gənc rəssam Butunay Haqverdiyev atası Ucal Haqverdiyevin (1960-2004) həyat və yaradıcılığından söhbət açaraq xatirələrini bölüşüb. Atasının Bakıda, rəssam Həsən Haqverdiyevin ailəsində dünyaya göz açdığını bildirən Butunay Haqverdiyev deyib: “Atamın yaradıcılığı haqqında hansısa janr çərçivəsində danışmaq çox çətindir. Çünki o, daim axtarışda olub, müxtəlif sahələrlə maraqlanıb, heç vaxt boş dayanmayıb. Onun yaradıcılığında həlledici məqamlardan biri daim əhatə olunduğu aləmi öyrənməsidir. Bu prinsipə görə, rəssamın işi şəkil çəkmək deyil, ətraf aləmi öyrənməkdir. Rəsm əsəri, yaxud heykəltəraşlıq nümunəsi isə bu tədqiqatın məhsuludur. Atam deyirdi ki, bütün həyatı boyu italyan sənətkarları kimi yaratmaq istəyir. Lakin onun yaratdığı əsərlər renessans dövrü rəssamlarının deyil, bakılı rəssam Ucal Haqverdiyevin əsərləridir”.
Butunay Haqverdiyevin çıxışı atasının əsərlərindən ibarət slaydlarla müşayiət olunub.
Ucal Haqverdiyevin qardaşı, Əməkdar rəssam Hüseyn Haqverdi bildirib ki, tədbirin bu gözəl məkanda keçirilməsindən qürur duyur. O, tədbirin təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edib. Əməkdar rəssam qeyd edib ki, qardaşının əsərləri Azərbaycan rəssamlıq tarixinin bir hissəsidir. Onları, eləcə də digər rəssamların əsərlərini qorumaq lazımdır. Hüseyn Haqverdi bu cür tədbirlərin keçirilməsinin ənənəyə çevriləcəyinə ümidvar olduğunu bildirib.
Mərhum rəssamın ömür-gün yoldaşı Yelena Haqverdiyeva tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək qeyd edib ki, Ucal Haqverdiyev mənalı həyat sürüb, bütün əsərlərini böyük məhəbbətlə yaradıb.
Tədbir çərçivəsində, həmçinin Ucal Haqverdiyevin beş əsəri (“Rozetta daşı”, “Şərq”, “Nuhun gəmisi”, “Şəki”, “Şərq rəqsi”) təqdim olunub. Qeyd edək ki, tanınmış rəssamın iki əsəri də muzeyin daimi ekspozisiyasında nümayiş etdirilir.
Ucal Haqverdiyev 1979-cu ildə Bakıda Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1984-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun bədii qrafika fakültəsini bitirib. 1987-ci ildən respublika və ümumittifaq gənc rəssamların sərgilərində iştirak etməyə başlayıb. 1988-1991-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının təqaüdçüsü olub, akademiyanın hesabat sərgilərində iştirak edib. 1992-1998-ci illərdə Avstriya, Almaniya və Azərbaycanda keçirilən beynəlxalq simpoziumların iştirakçısı olub. 1997-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. “Labirint” qrupunun yaradılmasında iştirak edib. 2000-ci ildə “Labirint” qrupunun tərkibində “Humay” mükafatına layiq görülüb. 2000-2004-cü illərdə Bakıda Mixail Arxangel kilsəsinin bədii tərtibatında iştirak edib.
Ucal Haqverdiyevin əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33

