Böyük Azərbaycan şairi Hüseyn Cavidin 135 illiyi təntənəli şəkildə qeyd olunub
19.12.2017 [10:09]
Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin də iştirak etdiyi tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları foyedə Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev jurnalistlərə müsahibəsində Prezidentin müvafiq Sərəncamına əsasən ölkəmizin hər yerində Hüseyn Cavidə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini söyləyib. Bildirib ki, Hüseyn Cavidin yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub. Yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində Ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırladıb. Ümummilli liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin ədibin irsinə daim yüksək dəyər verdiyini deyən Ə.Vəliyev bu diqqətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, görkəmli dramaturqun 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamın Hüseyn Cavid irsinə diqqətin göstəricisi olduğunu bildirib.
Dramaturqun həyat və yaradıcılığından danışan nazir müavini onun fəaliyyətə şeirlə başladığını, ilk pyesi “Ana”nı 1910-cu ildə yazdığını bildirib. Qeyd edib ki, 1937-ci ilədək 20-dən çox pyes yazan Cavid Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyub. Onun yaradıcılığındakı fəlsəfi və tarixi faciələr Azərbaycan dramaturgiyasında yeni mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da təsir göstərib. Ədalət Vəliyev sənətkarın ədəbiyyatımızda mühüm rolundan, şair, dramaturq və istedadlı pedaqoq kimi yaradıcılığından söz açıb, “İblis”, “Peyğəmbər”, “Şeyx Sənan” və digər əsərləri ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu vurğulayıb.
Diqqətə çatdırıb ki, Cavid XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq və bu ideyaları ədəbiyyata gətirən dahi şəxsiyyət olub. Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır.
Gecədə Hüseyn Cavidin əsərləri əsasında hazırlanmış tamaşa təqdim olunub. Xalq Artisti Vaqif Əsədovun quruluşunda səhnələşdirilən tamaşanın rejissor assistentləri Gülnar Hacıyeva və Cavid Təvəkküldür. Tamaşada Cavid obrazını Əməkdar Artist Elşən Rüstəmov canlandırıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16

