/ / “Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği” müsabiqəsinin qalibləri mükafatlandırılıb
“Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği” müsabiqəsinin qalibləri mükafatlandırılıb
13.07.2019 [10:24]
İyulun 12-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği” mövzusunda jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbir çərçivəsində “Mədəniyyət” qəzetinin “İmadəddin Nəsimi 650” adlı xüsusi buraxılışının çapdan çıxdığı bildirilib. Qeyd olunub ki, “İmadəddin Nəsimi 650” xüsusi buraxılışı dahi şairin yubileyinə, “Nəsimi ili”nə töhfə olmaqla bərabər, respublikamızda, eləcə də xarici ölkələrdə bu mövzuda keçirilən tədbirləri, mədəniyyət layihələrini bir daha məcmu halda oxuculara təqdim edir. Nəfis tərtibatlı, rəngli nəşr 48 səhifədən ibarətdir.
Vurğulanıb ki, müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Nəsimi ili” ilə bağlı 11 yanvar 2019-cu il tarixli Sərəncamından irəli gələrək jurnalistləri stimullaşdırmaq məqsədi ilə həyata keçirilib.
Tədbir bədii hissə ilə başlayıb, İmaməddin Nəsiminin qəzəlləri səsləndirilib, muğam ifaçılarının ifasında musiqi nömrələri təqdim edilib.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Mədəniyyət Nazirliyinin hər il Mətbuat günü ərəfəsində müsabiqə keçirməsi ənənəvi hal alıb: “Builki təqdimat keçən illərdəkindən fərqlənir, çünki böyük Azərbaycan şairi İmaməddin Nəsimiyə həsr olunub. Onu da diqqətinizə çatdırım ki, “Nəsimi ili” ilə bağlı keçirilən tədbirlər bununla yekunlaşmayacaq. Şəhər (rayon) mədəniyyət müəssisələrində yubileyə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgiləri ilin sonuna kimi davam edəcək”.
Nazir qeyd edib ki, “Nəsimi ili”nin bu il keçirilməsinin xüsusi əhəmiyyəti var: “İki gün sonra biz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyini qeyd edəcəyik. O vaxt Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün nə Nəsiminin yubileyini qeyd edərdik, nə də başqa dahilərimizi dünyaya tanıdardıq. Hamımıza məlumdur ki, Azərbaycan xalqının keçdiyi yola bəşəriyyətin verdiyi qiymət heç də hər zaman istədiyimiz kimi olmamışdır. Ona görə də Azərbaycan xalqının öz əcdadlarına qayıdışı dünyaya sübut edir ki, biz böyük mədəniyyətə malik xalqıq. Bax mən buna görə bu tədbiri əlamətdar hesab edirəm”.
Əbülfəs Qarayev bildirib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk addımlarından biri Nəsiminin adının UNESKO-da tanıdılması olub: “İndi isə UNESKO-nun tədbirləri Azərbaycanda keçirilir. Bu da Azərbaycanın bu 50 ildə keçdiyi yoldur. Biz xalqımızın mədəniyyətini qorumaqdan ötrü bu gün apardığımız işdə gələcəyə baxaraq keçmişi unutmamalıyıq”.
Nazir qarşıdan gələn Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edib, qalib gələn mətbuat nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, Nəsiminin 650 illiyinin keçirilməsi ilə bağlı tədbirlər planında yer alan əsas məqamlardan biri də onunla bağlı müsabiqənin təşkilidir: “Biz daha bir neçə tədbir keçirməyi planlaşdırırıq. Bizim hər il Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyimiz müsabiqə olur. Budəfəki müsabiqəyə 23 kütləvi informasiya vasitəsindən 36 yazı daxil olub. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə əsasən 16 jurnalistin yazısı mükafat qazanıb”.
Sonra qaliblər mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxGündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27

