/ / “Yarat!” Müasir İncəsənət Məkanı Parisdə “Müasir Azərbaycan incəsənəti” mövzusunda sərgi təşkil edib
“Yarat!” Müasir İncəsənət Məkanı Parisdə “Müasir Azərbaycan incəsənəti” mövzusunda sərgi təşkil edib
20.04.2013 [20:38]
“Yarat!” Müasir İncəsənət Məkanı Azərbaycan incəsənəti ilə bağlı həyata keçirilən layihələrin davamı olaraq daimi tərəfdaşı Heydər Əliyev Fondu ilə birlikdə aprelin 18-də Parisin mərkəzində yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzində müasir Azərbaycan incəsənətinə həsr olunmuş “Home, sweet home” (“Doğma ev”) mövzusunda sərgi təşkil edib.
Sərginin bəşəriyyətə mədəniyyət və incəsənət sahəsində böyük dühalar bəxş etmiş, dünya mədəniyyətinin beşiyi sayılan Fransada nümayiş etdirilməsi fransızları Azərbaycanın zəngin rəssamlıq nümunələri və milli dəyərləri ilə yaxından tanış etmək və onlarda ölkəmiz barədə geniş təsəvvür yaratmaq məqsədi daşıyır.
Sərgidə 25 rəssamın 90 əsəri nümayiş etdirilir. Tamaşaçılar Leyla Əliyeva, Aida Mahmudova, Müseyib Əmirov, Vüqar Muradov, Sitarə İbrahimova, Altay Sadıqzadə, Fəxriyyə Məmmədova, Fidan Seyidova, Fərid Rəsulov və digərlərinin əsərləri ilə tanış olublar. Sərgidə Leyla Əliyevanın “Beyin”, Aida Mahmudovanın “Yenidən emal” (“Recycle”), Altay Sadıqzadənin “Pilləkənin başında”, Fərid Rəsulovun “Anonim” əsərləri xüsusi maraqla qarşılanıb.
Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın mədəniyyəti və zəngin dəyərlərini fransızlara yaxından tanıtmaq məqsədilə təşkil olunduğunu, maraqlı ekspozisiyanın Mədəniyyət Mərkəzində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ilk dəfə nümayiş etdirildiyini diqqətə çatdırıb. Səfir deyib ki, Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada tanıdılması istiqamətində müstəsna rolu var.
Mədəniyyət sahəsində müxtəlif layihələri həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Qafqazın incisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Azərbaycan günlərinin artıq Fransanın ayrı-ayrı regionlarının on şəhərində keçirildiyini xatırladan səfir Heydər Əliyev Fondunun tərəfdaşlığı sayəsində Mərkəzdə gənc rəssam Aida Mahmudovanın təsis etdiyi “Yarat!” Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan bu sərgidə müxtəlif rəssamların çoxlu sayda əsərinin nümayiş etdirildiyini və mədəniyyətlərarası dialoqa xidmət etdiyini bildirib, qurumun əsas məqsədinin azərbaycanlı və xarici rəssamlar arasında sıx əlaqələr yaradılmasından ibarət olduğunu vurğulayıb.
“Yarat!” Müasir İncəsənət Məkanının yaradıcısı Aida Mahmudova rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə təşkil olunan “Doğma ev” adlı sərgisinin fəaliyyəti barədə söz açıb, sərginin Azərbaycanın gənc və tanınmış rəssamlarının əsərlərini dünyaya çatdırmaq məqsədi daşıdığını, təşkilat tərəfindən bir neçə belə sərginin artıq Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində təşkil edildiyini diqqətə çatdırıb.
Parisdə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayan A.Mahmudova “Yarat!” Müasir İncəsənət Məkanının digər təşkilatlarla əməkdaşlıq etdiyini, belə tədbirlərin gələcəkdə də davamlı olacağını bildirib.
A.Mahmudova deyib: “Doğma ev” sərgisinin iştirakçısı olan rəssamlar doğma evlə bağlı hissləri tamaşa edəcəyiniz əsərlərə köçürmüşlər”.
Tədbirin təşkilində Heydər Əliyev Fondunun köməyini xüsusi vurğulayan A.Mahmudova, Fonda təşəkkürünü bildirib.
Sonda Aida Mahmudova bu sərginin Azərbaycan ilə Fransa arasında mövcud əlaqələrin inkişafına yeni töhfə verəcəyinə əminliyini vurğulayıb.
Sərginin açılışında iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ekspozisiya ilə yaxından tanış olub.
Sərgidə Fransanın dövlət və hökumət rəsmiləri, senatorlar və deputatlar, ictimaiyyətin nümayəndələri, Parisdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, diasporumuzun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43

