Konstitusiya və suverenlik ilinin hədəfləri
07.01.2025 [09:44]
Müstəqil Azərbaycan son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla, uğurla, ləyaqətlə inkişaf edib. Əlbəttə, bu illər ərzində sınaq məqamlarımız da olub, qarşımıza müəyyən çətinliklər də çıxıb. Ancaq heç bir çətinlik, işğal faktı, ölkə hüdudlarından kənarda qurulan məkrli planlar xalqımızın, dövlətimizin iradəsini sındıra bilməyib. Biz heç vaxt yolumuzdan dönməmişik və hədəflərimizdən yayınmamışıq. Əsas uğurumuz isə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmək olub.
Eyni zamanda, gələcəyə də böyük ümidlə baxırıq. Qarşımızda yeni ümummilli hədəflər dayanır. Şübhə yoxdur ki, Azərbaycan Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunan 2025-ci ildə də yeni reallıqlar və çağırışlar şəraitində öz məqsədlərinə doğru inamlı addımlar atacaq. Dövlətimizin başçısının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində buna dərin inam ifadə olunub.
Sabitlik, əmin-amanlıq təmin olunacaq
Hər bir ölkənin uğurlu inkişafı sabitlik faktorundan çox asılıdır. Bu gün dünyada baş verən hadisələr ciddi narahatlıq doğurur. Ayrı-ayrı regionlarda yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Belə bir təlatümlü mənzərə fonunda respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir. Ölkəmizdə güclü həmrəylik mühiti bərqərar olub. Dövlətin öz siyasətini cəmiyyətin sosial sifarişlərini nəzərə almaqla həyata keçirməsi vətəndaş məmnunluğunun artmasını şərtləndirir, insanlar ölkə rəhbərliyinə, Prezidentə dərin inam bəsləyirlər. Bunu 2024-cü ildə müstəqillik tariximizdə ilk dəfə ölkənin bütün ərazisində keçirilən prezident seçkilərinin nəticələri bir daha təsdiqlədi. Prezident İlham Əliyev Zəfər seçkilərində səslərin 92,12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazandı. Bu yalnız statistika deyil, ölkə vətəndaşlarının İlham Əliyevə inamının ifadəsidir. Sabitlik, xalq-iqtidar vəhdəti bütün uğurlarımızın əsas şərtidir. Azərbaycanın sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşadığına diqqət çəkən Prezident İlham Əliyev “Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır”, - deyə vurğulayıb.
Azərbaycan həmçinin regionda da möhkəm sabitliyin, davamlı sülhün təmin olunmasını istəyir. Respublikamızın 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq yaratdığı yeni reallıqlar Cənubi Qafqaz coğrafiyasında inam və əməkdaşlıq mühitinin formalaşmasına münbit zəmin yaradıb və bundan istifadə olunmalıdır. Təəssüf doğuran haldır ki, Ermənistan üzləşdiyi məğlubiyyətlərdən nəticə çıxarmayaraq yenidən silahlanma yolu tutub. Bu, məğlub ölkəni faciəyə aparan bir yoldur. 2025-ci ildə ölkəmizin hərbi xərcləri 8,4 milyard manat olacaq. Bu isə o anlama gəlir ki, Ermənistanın Azərbaycanla rəqabət aparmaq imkanları yoxdur və gələcəkdə də olmayacaq.
Böyük Qayıdış proqramının icrası prioritet məsələdir
Qalib Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsini yeni strateji mərhələdə özünün beş milli prioritetindən biri kimi müəyyənləşdirib. Bəhs olunan ərazilərin bərpasına müharibə başa çatandan sonra vaxt itirilmədən start verilib və hazırda da intensiv şəkildə davam etdirilir.
Göz önündə yeni bir Qarabağ formalaşır. Ərazilər sürətlə minalardan təmizlənir, şəhər və kəndlər, infrastruktur obyektləri müasir yanaşmalar əsasında yenidən qurlur. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır. İşlər 2025-ci ildə də eyni ardıcıllıqla davam etdiriləcək. Qeyd edək ki, cari ildə Qarabağ və Şərqi Zəngəzurun bərpasına daha 4 milyard manat vəsait yönəldilməsi nəzərdə tutulur. “Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

