Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib
28.02.2025 [14:48]
Fevralın 27-də Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib. İclas fevralın 26-da Bakıda keçirilən xüsusi işçi qrupunun görüşündən sonra reallaşıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası zamanı Azərbaycanın AQEM sədrliyi AQEM-ə üzv ölkələr tərəfindən iddialı, zəngin və təşəbbüskar olaraq qiymətləndirilən 2025-2026-cı illər üzrə prioritet və təşəbbüslərini təqdim edib.
Komitə, həmçinin Azərbaycan sədrliyinin 2025-ci ildə Bakıda AQEM beyin mərkəzlərinin illik forumunun keçirilməsi ilə bağlı təşəbbüsünü ehtiva edən AQEM beyin mərkəzlər forumunun illik hesabatını nəzərdən keçirib və təsdiqləyib.
Müzakirələr, həmçinin Azərbaycan sədrliyinin üç əsas prioritetindən biri olan AQEM-in institusional bazasının möhkəmləndirilməsinə yönəlib. AQEM-ə üzv dövlətlərin nümayəndə heyətləri AQEM-in maliyyə sammitinin və AQEM Qadın Şurasının institutlaşma məsələlərini nəzərdən keçirib, həmçinin etimad quruculuğu üzrə müvafiq sahələrdə işləri təhlil ediblər.
Azərbaycan 2024-2026-cı illər üzrə Asiyada mövcud yeganə qarşılıqlı fəaliyyət platforması olan AQEM-ə "Daha güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və dayanıqlı inkişaf" devizi altında sədrlik edir.
Azərbaycan Respublikası sədrliyi dövründə AQEM-in daha da möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsinə və Asiyada təhlükəsizlik, əməkdaşlıq və inkişaf məsələləri üzrə digər beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyətin gücləndirilməsinə üstünlük verəcək.
Azərbaycan çoxtərəfli diplomatiya üzrə zəngin təcrübəsindən vasitə kimi istifadə edərək, üzv dövlətlər arasında əməkdaşlığın və dialoqun möhkəmləndirilməsində əhəmiyyətli irəliləyişə nail olmağa çalışır ki, bu da son nəticədə AQEM-in daha da möhkəmlənməsinə töhfə verəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

