Çoxşaxəli əlaqələr...
25.04.2025 [10:46]
Birgə Bəyanat müsbət siyasi dialoqu gücləndirir
Azərbaycan ilə Çin arasında çoxşaxəli əlaqələr həyatımızın demək olar ki, əksər sahələrini əhatə edir. Vətəndaş cəmiyyəti institutları, mədəniyyət və incəsənət, təhsil, paralel olaraq hökumət və parlament nümayəndələrinin, siyasi təşkilatların nümayəndələrinin qarşılıqlı səfərləri siyasi-ictimai dialoqun inkişafına mühüm töhfələr qazandırıb. Qeyd edək ki, bu amil ötən ilin iyulunda bağlanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də öz əksini tapmışdı. Bu il aprelin 23-də Pekində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” isə münasibətləri yeni bir müstəviyə daşıdı, tərəfdaşlığa yeni mahiyyət qazandırdı - artıq Çin ilə Azərbaycan hərtərəfli strateji tərəfdaş olaraq yeni bir platformada çıxış etməyə start verir.
Vahid Çin dəstəklənir...
Bu, sözügedən Birgə Bəyanatın həm giriş hissəsində, həm də maddələrində açıq şəkildə ifadə edilir. Bildirilir ki, hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar aparıblar və hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul ediblər. Bəyanatın ilk maddəsində deyilir ki, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.
Siyasi-ictimai əlaqələr möhkəmlənir...
Paralel olaraq iki ölkənin aparıcı siyasi gücü sayılan iqtidar partiyaları arasında çoxşaxəli əlaqələr mühüm inkişaf tempinə malikdir. Qarşılıqlı səfərlər, təşkil olunan beynəlxalq səviyyəli partiyalararası konfrans və tədbirlər, partiyaların ayrı-ayrı strukturlarının əlaqələndirilməsi yönündə atılan addımlar müsbət nəticələr verir. Xüsusilə, son bir neçə ildə bu əlaqələrin daha da güclənməsi diqqəti cəlb edir. Qeyd olunmalıdır ki, ötən il YAP və ÇKP arasında əməkdaşlıq münasibətlərinin qurulmasının 25 ili tamam olub. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Avrasiya Departamentinin rəhbərliyinin 1999-cu il dekabrın 20-21-də Yeni Azərbaycan Partiyasının ilk qurultayında iştirak etmək üçün ölkəmizə səfəri ilə əsası qoyulan partiyalararası əməkdaşlıq əlaqələri ən güclü və intensiv formada davam etdirilir. Yüksək səviyyəli əlaqələr fonunda hakim partiyalar tərəfindən qarşılıqlı səfərlərin təşkil olunması və təcrübə mübadilələrinin aparılması münasibətlərin gələcək inkişafı baxımından böyük önəm daşıyır. Xatırladaq ki, hər iki ölkənin iqtidar partiyasının rəsmi şəxsləri mütəmadi olaraq qarşılıqlı səfərlər edir, partiyalararası münasibətlərin inkişafını, inteqrasiyanı daha da gücləndirirlər. Yeri gəlmişkən, bu il aprelin 2-də Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfrans keçirilib. Tədbirdə Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. 2024-cü ilin noyabr ayında isə YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında memorandum imzalanıb. Bu sənəd qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın siyasi və hüquqi əsaslarını möhkəmləndirərək partiyalar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib.
Parlamentlərarası münasibətlərə gəldikdə isə, hər iki ölkənin qanunverici orqanında parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Vaxtaşırı edilən səfərlər, keçirilən görüşlər bu əlaqələrin daha da inkişaf etməsinə rəvac verir. Bir neçə gün öncə Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində Prezident İlham Əliyev bildirmişdi ki, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk: “Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir. 2024-cü ildə hökumət və parlamentin yüksək vəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar”.
İmzalanan Birgə Bəyanatda da göstərilir ki, tərəflər dövlət başçılarının diplomatiyasını və ən yüksək səviyyədəki mühüm razılaşmaları rəhbər tutacaqlarını, ikitərəfli münasibətlərin davamlı və uzunmüddətli inkişafını təşviq edəcəklərini bəyan etdilər. Eyni zamanda, hər iki dövlət Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında siyasi dialoqun möhkəmləndirilməsini dəstəkləyirlər. Hər iki tərəf praktiki əməkdaşlığı irəlilətmək üçün müntəzəm mexanizmlər çərçivəsində hökumətlər arasında əlaqələrin gücləndirilməsinə hazır olduqlarını təsdiqlədilər. Tərəflər beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi də daxil olmaqla, qanunverici orqanlar xətti üzrə təmasları və mübadilələri dəstəkləyir, Xarici İşlər nazirlikləri arasında müntəzəm məsləhətləşmələr keçirmək əzmindədirlər. Paralel olaraq qarşılıqlı səfərlər, informasiya və təcrübə mübadiləsi vasitəsilə media sahəsində əməkdaşlığın genişləndirilməsini dəstəklənir.
Çin Azərbaycanın yaşıl gündəliyini dəstəkləyir...
Özünün gələcək inkişaf strategiyası çərçivəsində yaşıl konsepsiya formalaşdıran Azərbaycan müasir prioritetlərini, eyni zamanda gələcək hədəflərini bu amillə yaxından əlaqələndirir. “Yaşıl enerji” və “yaşıl dünya” prioritetlərini açıqlayan Azərbaycan dünyanın sağlam gələcəyi uğrunda əsaslı təşəbbüsləri ilə yadda qalmaq üçün səylərini ortaya qoymaqdadır. Dövlətimiz illərdir ki, önə çəkdiyi, təşviqini apardığı “Yaşıl dünya” şüarını ümumi inkişaf prosesinin ən ümdə ştrixləri ilə uzlaşdırır - bu addım isə birmənalı şəkildə dəstəklənir. Xüsusilə Çin kimi dünya nəhənginin Azərbaycanın yaşıl hədəflərinə dəstək verməsi olduqca vacib şərtdir - strateji tərəfdaşlığın qurulması ilə bağlı imzalanan Bəyannamədə bu məqama diqqət ayrılır: Çin tərəfi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (UNFCCC COP29) ötən il Azərbaycanda keçirilməsini alqışlayıb və Azərbaycanın Konfransda müsbət nəticələrin əldə olunmasının təşviqində sədrlik rolunu dəstəkləyib. Bu onu göstərir ki, ölkəmizin irəli sürdüyü, üzərində dayandığı bütün qlobal təklif və təşəbbüslər aparıcı beynəlxalq aktorlar tərəfindən dəstəklənir. Beləliklə, yeni dövrdə Azərbaycan-Çin münasibətlərinin əhəmiyyətli bir hissəsini də məhz yaşıl əməkdaşlığın tutacağına inam böyükdür. Prezident İlham Əliyev müsahibəsində qeyd etmişdi ki, Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış edib və onlar geniş beynəlxalq dəstək alıblar. Əldə olunan razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir. Dövlət başçısı fəal iştirakına və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə qiymətli töhfəsinə görə Çinin nümayəndə heyətinə minnətdarlığını bildirmişdi.
Azərbaycanın apardığı “yaşıl gündəliy”in dəstəklənməsi imzalanan Birgə Bəyanatda da geniş şəkildə əks olunub. Vurğulanır ki, Çin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edir - hər iki tərəf COP29-un nəticələrini iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə verəcək tarixi nailiyyət və dönüş nöqtəsi kimi alqışlayıblar. Eyni zamanda, tərəflər bütün ölkələri qlobal iqlim idarəçiliyi prosesini dəstəkləməyə, “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”na və “Paris Sazişi”nə uyğun olaraq öhdəlik və məsuliyyətləri tam və vicdanla yerinə yetirməyə çağırıblar: “Tərəflər inkişaf etmiş ölkələri öz tarixi öhdəliklərinə ləyaqətlə yanaşmağa, inkişaf etməkdə olan ölkələrə maliyyə, texnoloji və intellektual dəstək verməyə, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə qarşı mübarizə imkanlarının gücləndirməsində kömək etməyə çağırırlar. Tərəflər qlobal iqlim idarəçiliyinə böyük töhfə verməklə iqlim dəyişikliyi ilə mübarizə sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı gücləndirməyə davam edəcəklər”.
Bundan başqa, Bəyanatda bildirilir ki, Çin Azərbaycanın sədrliyi ilə COP29 çərçivəsində irəli sürülən “Dayanıqlı və sağlam şəhərlərin formalaşması üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsünü yüksək qiymətləndirir.
Milli təhlükəsizliyə və regional sabitliyə yaranacaq ciddi hədələrə qarşı birgə mübarizə
Sənəddə həmçinin bildirilir ki, tərəflər terrorizmin, separatizmin və ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədə olduğunu və bu bəlanın qarşısının alınmasının və ona qarşı birgə mübarizə aparılmasının vacib olduğunu vurğulayıblar. İki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əlaqələri və mübadilələri gücləndirmək, narkotik cinayətləri, transmilli mütəşəkkil cinayətkarlıqla, həmçinin kibertəhlükəsizlik kimi çağırışlarla birgə mübarizə aparmaq zəruridir - tərəflər əməkdaşlıq layihələrinin və iki ölkənin müəssisələrinin işçi heyətinin təhlükəsizliyini birgə təmin etməyə hazırdırlar: “Tərəflər humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayırlar, bu xüsusda Azərbaycan tərəfi Çin tərəfinin Azərbaycanın minatəmizləmə işinə dəstəyini yüksək qiymətləndirir, Çin tərəfi Azərbaycan tərəfinə maddi-texniki dəstək şəklində minatəmizləmə sahəsində potensialın möhkəmləndirilməsində bundan sonra da yardım göstərməyə hazırdır”.
Bəli, vurğulanan bu nüanslar müasir gündəliyin ən əsas çağırışlarıdır desək, yanılmarıq. Son illərdə dünyada, xüsusilə Avrasiyanın ən strateji nöqtələrində yaranan ciddi təhdidlər, kataklizmlər təhlükəsizlik amilini ön sıraya çıxarır. Qarşıdurmalara rəvac verən, ayrı-ayrı ölkələri silahlandırma yolu ilə təhlükəsizlik seqmentini təhdid altında qoyan mərkəzlər və ölkələr sülhün və əməkdaşlığın inkişafında maraqlı deyillər - onlar, öz mənafeləri uğruna dünyada qarşıdurmaların artan xəttlə davamlı olmasını arzulayır və bu istiqamətdə fəaliyyət nümayiş etdirir. Belə bir zamanda, yeni qlobal münasibətlər sisteminin ən geostrateji nöqtələrindən biri hesab edilən Cənubi Qafqaz-Mərkəzi Asiya coğrafiyasında təhlükəsizliyin qarant altına alınması mühüm bir şərtə çevrilir. Ayrı-ayrı sabotaj hallarının aradan qaldırılması, bölgəyə kənar təsirlərin zərərsizləşdirilməsi üçün əməkdaşlığın bu sahə üzrə inkişafına xüsusi ehtiyac duyulur - Azərbaycan ilə Çin arasında imzalanan sənəddə bu məqamın yer alması gələcək dövr üçün olduqca böyük işgüzar perspektiv yaradır. Azərbaycanın Çin - Avropa xətti üzrə inteqrasiyada oynadığı rolun daha da şaxələndirilməsi, eyni zamanda çoxtərəfli mahiyyət daşıması üçün bu məsələ ən real və yüksək səviyyədə öz həllini tapır.
Ümumbəşəri dəyərlərin təşviqinin lehinə çıxış edirik...
Birgə Bəyanatda tərəflər BMT mərkəzli dünya quruculuğunun və beynəlxalq hüquqa əsaslanan beynəlxalq nizamın və beynəlxalq münasibətlərin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan əsas normalarının qorunmasına səy göstərdiyini, hegemonluğa və güc siyasətinə qarşı çıxdıqlarını da bəyan edirlər. Vurğulanır ki, hər iki dövlət ümumbəşəri dəyərlərin - sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin lehinə çıxış edir, yeni növ beynəlxalq münasibətlərin və bəşəriyyətin vahid taleyi birliyinin yaradılmasına səy göstərirlər: “Tərəflər birgə müzakirə, birgə quruculuq və birgə istifadə prinsipinə sadiq qalaraq, çoxtərəfliliyə sadiqliyi saxlayaraq qlobal idarəetmə sisteminin təkmilləşdirilməsini təşviq etməyə hazırdırlar. Tərəflər BMT-nin mərkəzi əlaqələndirici rolunun, formalaşmaqda olan bazara sahib ölkələrin və inkişaf etməkdə olan dövlətlərin təmsilçilik və səsvermə hüquqlarının artırılması naminə çıxış edir, BMT və digər çoxtərəfli strukturlar çərçivəsində sıx qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırdırlar”.
Qeyd olunan nüans son illərdə Azərbaycanın xarici siyasət prioritetləri arasında yer almaqdadır. Neokolonializmə, kiçik dövlətlərin və xalqların istismar olunmasına qarşı mübarizədə ön sıralarda yer alan Azərbaycan qlobal məkanın gənc, amma qətiyyətli, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq yeni beynəlxalq əlaqələr sisteminin humanizm prinsipləri əsasında qurulmasını təşviq edir. Çoxtərəflilik konseptual olaraq fərdi maraqları deyil, ümumən regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edən nəsnədir - Azərbaycan bu ülvi dəyərlərin inkişafını hər zaman üstün tutur. Azərbaycan öz xarici siyasətini, dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri üçün də strateji əhəmiyyət daşıyır. Ölkəmizin təəşbbüsü ilə yaradılan Bakı Təşəbbüs Qrupunun neokolonializmə qarşı mübarizədə qazandığı uğurlar göz önündədir - Azərbaycan bu fəaliyyəti qlobal sülhün və ədalətin bərpası üçün öz töhfəsini verir. Çinin bu məsələdə Azərbaycanın yanında olması, dəstəkləməsi qarşıdakı dövrdə bu xəttin davamlı və daha effektiv fəaliyyət ortaya qoyması üçün də stimul sayıla bilər.
Bakı Pekinlə sülh və təhlükəsizlik üzrə birgə səylər göstərməyə hazırdır...
Birgə bəyanatda o da vurğulanır ki, Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir və BMT-nin 2030-cu ilədək olan Dayanıqlı İnkişaf üzrə Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün səyləri birləşdirmək məqsədilə “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağsa hazır olduğunu bildirir. “Azərbaycan Çin tərəfi ilə qlobal təhlükəsizlik üzrə əlaqələr və qarşılıqlı fəaliyyət qurmağa, sülh və təhlükəsizlik üzrə birgə səylər göstərməyə hazırdır. Azərbaycan tərəfi Çinin BMT-də irəli sürdüyü “Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü”nün elan edilməsinə dair qətnaməni yüksək qiymətləndirir və sivilizasiyaların müxtəlifliyinə hörməti birgə müdafiə etməyə, humanitar mübadilə və əməkdaşlığı fəal şəkildə təşviq etməyə hazırdır. Çin mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi “Bakı prosesi” adlı təşəbbüsə uyğun olaraq Azərbaycanın səylərini və bu təşəbbüs çərçivəsində çağırılan qlobal forumları dəstəkləyir”, - deyə sənəddə qeyd olunur.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
İdman
20 May 23:37

Dünya
20 May 23:16

Dünya
20 May 22:51

Xəbər lenti
20 May 22:30

Dünya
20 May 22:19

Dünya
20 May 21:45

Dünya
20 May 21:24

Dünya
20 May 20:46

Hadisə
20 May 20:12

Dünya
20 May 19:52

YAP xəbərləri
20 May 19:28

YAP xəbərləri
20 May 18:36

Analitik
20 May 18:31

Dünya
20 May 18:15

Dünya
20 May 17:44

YAP xəbərləri
20 May 17:25

YAP xəbərləri
20 May 16:32

YAP xəbərləri
20 May 16:05

Gündəm
20 May 16:01

Elanlar
20 May 15:51

Siyasət
20 May 15:16

Siyasət
20 May 15:16

Siyasət
20 May 15:15

Siyasət
20 May 15:15

Siyasət
20 May 15:14

Siyasət
20 May 15:13

Siyasət
20 May 15:12

Siyasət
20 May 15:10

Siyasət
20 May 15:09

Gündəm
20 May 14:53

Elanlar
20 May 14:51

Sosial
20 May 14:50

YAP xəbərləri
20 May 14:33

Sosial
20 May 14:11

Gündəm
20 May 13:50

Elm
20 May 13:03

Mədəniyyət
20 May 12:42

Siyasət
20 May 12:10

Sosial
20 May 11:30

İdman
20 May 11:27

Dünya
20 May 11:26

Sosial
20 May 11:25

Gündəm
20 May 11:22

Gündəm
20 May 11:20

İqtisadiyyat
20 May 11:18

İqtisadiyyat
20 May 11:17

Sosial
20 May 10:31

YAP xəbərləri
20 May 10:20

Sosial
20 May 10:18

Analitik
20 May 10:09

İqtisadiyyat
20 May 09:57

Siyasət
20 May 09:43

Ədəbiyyat
20 May 09:38

MEDİA
20 May 09:29

Analitik
20 May 09:15

Analitik
20 May 09:07

Dünya
20 May 08:54

Dünya
20 May 08:41

Sosial
20 May 08:36

Sosial
20 May 08:11

Gündəm
20 May 07:54

Gündəm
20 May 07:38

İqtisadiyyat
19 May 23:14

Sosial
19 May 22:53

İdman
19 May 22:25

Dünya
19 May 21:41

Siyasət
19 May 21:32

Dünya
19 May 21:18

Dünya
19 May 20:39

Dünya
19 May 20:18
