Yeni Azərbaycan Partiyası təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
30.09.2013 [09:48]
Əli Əhmədov: Azərbaycanda normal, ədalətli, bərabər yarışma şəklində seçkilərin keçirilməsi üçün hər bir imkan yaradılıb. Yeni Azərbaycan Partiyası, əslində seçkilərin məhz bu prinsiplər əsasında keçirilməsində hamıdan çox maraqlıdır
Hər bir ölkənin həyatında demokratik şəkildə baş tutan seçkilər siyasi sistemin elementlərinin təkmilləşməsinə, vətəndaşların siyasi iştirak və sosiallaşması səviyyəsinin artmasına, onların öz aktiv və passiv seçki hüquqlarından (seçmək və seçilmək hüququ) sərbəst şəkildə istifadə etməsinə, nəhayət, ictimai-siyasi institutların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artmasına real zəmin yaradır. Bütün bunlar isə kompleks şəkildə ölkənin siyasi sisteminin demokratikləşməsi prosesinə mühüm töhfələr verməklə yanaşı, siyasi subyektlərin sağlam rəqabətini də təmin etmiş olur. Məhz buna görə də, siyasi sistemin və reallığın tələblərinə, qanunauyğunluqlarına müvafiq surətdə demokratiya yolunda addımlayan ölkələr, o cümlədən, Azərbaycan üçün bu seçkilərin legitim və demokratik şəkildə keçirilməsi müstəsna əhəmiyyət kəsb edir. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda prezident seçkilərinin azad və demokratik keçirilməsi üçün bütün şərait mövcuddur.
Məlum olduğu kimi, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək və bu kampaniya hazırda təbliğat-təşviqat mərhələsindədir. Bu mərhələdə seçkilərə qoşulmuş müxtəlif təmayüllü partiyalar və təşəbbüs qruplarının nümayəndələri təbliğatlarını aparmaqla məşğuldurlar.
Amma proseslər onu göstərir ki, 10 namizəd olmasına baxmayaraq, seçkilərin favoriti Yeni Azərbaycan Partiyasıdır (YAP). Hazırda YAP-ın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin təbliğat kampaniyası bütün respublikada çox yüksək səviyyədə aparılır. Azərbaycanın bütün şəhər və rayonlarını, ucqar kənd və qəsəbələrini əhatə edən partiyamızın təbliğat kampaniyasına çox böyük ictimai maraq var. Seçicilər Yeni Azərbaycan Partiyasının təbliğat qrupları ilə görüşlərdə həvəs və böyük qələbəliklə iştirak edirlər.
Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov da mətbuata açıqlamasında partiyamızın uğurlu seçki kampaniyası apardığını bildirib: “Bütövlükdə, Yeni Azərbaycan Partiyasının seçki təbliğatı geniş, şaxələndirilmiş şəkildə, əvvəlcədən müəyyən etdiyimiz proqrama uyğun olaraq həyata keçirilir. Bizim hörmətli seçicilərə, xalqa demək istədiyimiz sözlərin bir hissəsi debatlar vasitəsilə çatdırılır, daha böyük hissəsi isə Azərbaycanın hər bir guşəsində Yeni Azərbaycan Partiyasının təşviqat qrupunun üzvlərinin seçicilərlə apardığı görüşlər vasitəsilə onların diqqətinə çatdırılır. Bütövlükdə, mən Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının təşviqat hissəsini uğurlu hesab edə bilərəm. Ən azından bu günə qədər aparılan işlərimiz belə fikir söyləməyə əsas verir. 2013-cü ilin seçki kampaniyasında istifadə etdiyimiz taktika bundan ibarətdir ki, daha çox seçicilərlə ünsiyyət quraq, daha çox sayda seçicilərlə görüşlər təşkil edək. Biz indi bununla məşğuluq. Kütləvi tədbirlərə gəldikdə isə biz çoxlu sayda görüşləri, eyni zamanda, kütləvi tədbirlərlə əlaqəli şəkildə həyata keçiririk. Bakı şəhərində isə hələlik kütləvi aksiyanın keçirilməsini planlaşdırmamışıq. Azərbaycanın bütün bölgələrində bizim kütləvi aksiyalarımızın planlaşdırılması nəzərdə tutulub və planımıza uyğun olaraq belə görüşlər keçirilir. Biz hadisələri və prosesləri izləyirik və əgər Bakı şəhərində də möhtəşəm bir kütləvi aksiyanın keçirilməsinə ehtiyac duyacağıqsa, belə bir tədbir keçirəcəyik”.
Onu da qeyd edək ki, hazırki seçki kampaniyasını bir sıra beynəlxalq müşahidə missiyaları da izləyir. Ümumiyyətlə, seçki prosesinin vacib elementlərindən biri də müşahidəçilik institutudur. Məlum olduğu kimi, Azərbaycan dövləti seçkilərin geniş beynəlxalq müşahidəçi missiyaları tərəfindən izlənilməsinə maraqlıdır. Məhz buna görə də, müvafiq strukturlar tərəfindən bir sıra beynəlxalq təşkilatlara, ölkə parlamentlərinə və digər qurumlara seçkiləri izləmək üçün dəvətlər göndərilir. Azərbaycanda seçkiləri müşahidə etmək üçün prosedurlar isə çox sadədir. Bunun nəticəsində də hər seçkini minlərlə müşahidəçi izləmək imkanı qazanır. Beynəlxalq təşkilatlara gəlincə, artıq bir sıra təşkilatlar seçkiləri müşahidə missiyalarını müəyyənləşdiriblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, MDB Parlamentlərarası Assambleyasının uzunmüddətli müşahidə missiyaları ölkəmizdəki seçki kampaniyası ilə bağlı aralıq hesabatlarını açıqlayıblar.
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov da bildirib ki, biz Azərbaycanda seçki kampaniyasının bütün gedişinin obyektiv şəkildə müşahidə edilməsini və dəyərləndirilməsini istəyirik: “Azərbaycanda normal, ədalətli, bərabər yarışma şəklində seçkilərin keçirilməsi üçün hər bir imkan yaradılıb. Yeni Azərbaycan Partiyası, əslində seçkilərin məhz bu prinsiplər əsasında keçirilməsində hamıdan çox maraqlıdır. Ona görə ki, YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçkidə qalib gəlmək şansı digər namizədlərlə müqayisədə, əslində müqayisəyəgəlməz dərəcədə böyükdür. Belə olan halda Yeni Azərbaycan Partiyası üçün seçkilərin demokratik, ədalətli şəkildə keçirilməsi həddən artıq zəruridir və biz beynəlxalq təşkilatlardan da seçki kampaniyasının gedişinə məhz bu prinsiplər əsasında, bu prizmadan yanaşaraq qiymət verməyi gözləyirik. Düşünürəm ki, onların bir hissəsi seçki kampaniyası haqqında obyektiv rəy verəcəklər. O müşahidəçilər ki, seçkiləri izləmək üçün artıq haradasa əvvəlcədən hazırlanmış hazır proqram və rəylərlə gəliblər, seçkilər başa çatdıqdan sonra onları oxumaqla kifayətlənəcəklər. Əslində, hər bir seçkinin ədalətli qiymətini insanlar verir, xalq verir. Ölkədə prezident seçkiləri Azərbaycan üçün, Azərbaycanın növbəti beşillik mərhələdə inkişafının təmin edilməsi üçün keçirilir. Əsas hakim də Azərbaycan xalqıdır, Azərbaycan seçiciləridir. Bizim üçün ən önəmlisi Azərbaycan xalqının rəyidir. Eyni zamanda, beynəlxalq müşahidəçilərin də obyektiv rəyini istəyirik”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

