/ / İtaliya mətbuatı Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərini geniş işıqlandırıb
İtaliya mətbuatı Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərini geniş işıqlandırıb
20.10.2025 [17:49]
İtaliyanın aparıcı media resursları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfərini diqqət mərkəzində saxlayıb.
AZƏRTAC xəbər verir ki, “Giornale Diplomatico”,“Notizie Geopolitiche”,“il Domani d`Italia”, “Gazzetta Diplomatica”,“Kmetro0”, “il Denaro”, “Radio Studio90 Italia”,“Tele Citta”, “MSN” və “ZaZoom” kimi saytların və xəbər portallarının yaydığı materiallarda Birinci vitse-prezident Mehriban Əliyevanın səfər çərçivəsində müxtəlif mühüm görüşlər keçirdiyi və tədbirlərdə iştirak etdiyi bildirilir.
Diqqətə çatdırılır ki, Azərbaycanın Birinci vitse-prezidentinin Roma Papası XIV Leo ilə görüşündə ölkəmizlə Vatikan arasında ikitərəfli əlaqələrin xeyli inkişaf etdiyi vurğulanıb. Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti və ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib. XIV Leo Azərbaycan ilə qurulan bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa böyük təkan verdiyini deyib.
Birinci vitse-prezident Mehriban Əliyeva ilə Vatikanın dövlət katibi kardinal Pietro Parolinin görüşündə isə ikitərəfli münasibətlərin müsbət inkişafından məmnunluq ifadə olunub. Pietro Parolin Bakıda ikinci Katolik Kilsəsinin tikintisini təqdirəlayiq hal kimi qiymətləndirib, bunun Azərbaycanda bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürü olduğunu vurğulayıb. Vatikanın dövlət katibi Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması münasibətilə ölkəmizi təbrik edib, Vatikanın regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyini deyib.
Yazılarda məlumat verilir ki, səfər çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib, həyata keçirilmiş bərpa işləri ilə tanış olublar. Katakombaların bərpası layihəsinin Vatikan ilə Azərbaycan arasında çoxillik əməkdaşlığın yeni mərhələsi olduğu qeyd edilir.
Birinci vitse-prezident Mehriban Əliyevanın, həmçinin Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşdüyü, bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olduğu diqqətə çatdırılır. Azərbaycanın Birinci vitse-prezidentinin Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasında molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olduğu, Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşdüyü və birlikdə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak etdikləri bildirilir.
Bundan başqa, Birinci vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olduğu, Vatikan Apostol Kitabxanası və Apostol Arxivinə baş çəkdiyi, Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə birgə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışında iştirak etdiyi vurğulanır.
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25

