San Fransiskoda Azərbaycana dair tədbir keçirilib
05.02.2014 [09:32]
ABŞ-ın beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış aparıcı təşkilatlarından hesab olunan Qlobal Məsələlər Şurasının (World Affairs Council) San Fransisko bölməsində Azərbaycana həsr edilmiş tədbir keçirilib.
Tədbirin təşkilatçıları tərəfindən əsas qonaq qismində dəvət olunmuş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Azərbaycan və Avrasiya məkanında dəyişən regional dinamika” mövzusunda çıxış edib. Tədbir sabiq amerikalı diplomat, Ağ Evin keçmiş əməkdaşı, hazırda isə Şevron Korporasiyasının siyasət üzrə aparıcı məsləhətçisi Cefri Kolins tərəfindən idarə olunurdu. C.Kolins Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika olduğunu və ölkəmizin Şərq ilə Qərb arasında strateji coğrafiyada yerləşdiyini bildirib. Daha sonra o, Azərbaycanın öz enerji resurslarını dünya bazarına çıxaran ilk Xəzəryanı ölkə olduğunu söyləyib, bunun respublikamızın dünya enerji bazarlarına inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb. Ölkəmizin beynəlxalq və regional sülhün və sabitliyin qorunmasına verdiyi töhfələrdən danışan sabiq diplomat Azərbaycanın regionda açar dövlət olduğunu, habelə Əfqanıstan və digər beynəlxalq sülhməramlı missiyalarda iştirak etdiyini xüsusi qeyd edib. Çıxışının sonunda C.Kolins Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub, bu münaqişənin hər iki tərəfdən indiyədək 30 mindən çox insanın həyatına son qoyduğunu diqqətə çəkərək tezliklə tərəflər arasında sülhün yaranacağına əminliyini ifadə edib.
Daha sonra çıxış edən səfir Elin Süleymanov ölkəmizin yerləşdiyi geostrateji məkan barədə tədbir iştirakçılarını məlumatlandırıb. Azərbaycanda tarixən dini və etnik tolerantlılığın olduğundan danışan azərbaycanlı diplomat bu gün də müxtəlif dini inanclara malik insanların ölkəmizdə tam rahat yaşadıqlarını bildirib. Səfir E.Süleymanov Azərbaycanın beynəlxalq uğurlarının təkcə ölkəmizin yerləşdiyi coğrafi məkan və malik olduğu təbii sərvətlərlə deyil, iqtidarın yürütdüyü praqmatik və uzaqgörən siyasətlə bağlı olduğunu bildirib. O, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Səfir deyib ki, ötən il dekabrın 17-də Bakıda Avropa üçün tarixi əhəmiyyətə malik “Şahdəniz-2” layihəsi üzrə Yekun İnvestisiya Qərarı imzalanıb. Səfir bunun Azərbaycandan Avropaya “Cənub” qaz dəhlizinin açılışı üçün əhəmiyyətli addım olduğunu bildirib. Ümumi dəyəri 45 mlrd. ABŞ dolları olan “Cənub” qaz dəhlizinin keçdiyi ölkələrdə 30 mindən çox iş yerinin açılacağı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Daha sonra Azərbaycanın fəal iştirakı ilə regionda həyata keçirilən digər iri infrastruktur layihələri barədə məlumat verən səfir Şərqdən Qərbə və əks istiqamətdə uzanan nəqliyyat məsafəsini əhəmiyyətli dərəcədə qısaldacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə danışıb. Ötən əsrin 80-ci illərinin sonlarından ölkəmizdə müstəqillik uğrunda mübarizənin gücləndiyini və bunun heç də asan əldə edilmədiyini bildirən səfir E.Süleymanov müstəqilliyin ilk illərindən Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını diqqətə çatdırıb. O, ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən hələ də işğal altında saxlandığını, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün olduğunu söyləyib.
Tədbir sual-cavab sessiyası ilə davam edib.
Qlobal Məsələlər Şurası 1947-ci ildə Şimali Kaliforniyada yaradılmış aparıcı araşdırma mərkəzlərindəndir. İndiyədək mərkəzin əsas qonaqları sırasında bir sıra ölkələrin dövlət və hökumət başçıları olub. Təşkilat San Fransisko şəhərində yerləşir. San Fransiskoya səfəri çərçivəsində səfir E.Süleymanov ABŞ-dakı yəhudi icmasının aparıcı təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin San Fransisko nümayəndəliyinin rəhbər şəxsləri və üzvləri ilə görüşüb. Direktor Mervin Danker səfir E.Süleymanovu yenidən San Fransisko şəhərində görməsi ilə bağlı məmnunluğunu ifadə edib və Azərbaycanın tolerant və sürətlə inkişaf edən bir ölkə olmasından, habelə bu mühitdən ölkəmizin yəhudi icmasının da bəhrələndiyindən xəbərdar olduğunu söyləyib. M.Danker ölkəmizdə yerli yəhudi icmasının hərtərəfli inkişafı üçün yaradılmış şəraitə görə Azərbaycan xalqına və şəxsən dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib.
Təşkilatın rəhbər şəxslərinin iştirak etdiyi görüşdə beynəlxalq və regional əhəmiyyətə malik məsələlər müzakirə edilib. Elin Süleymanovun, həmçinin Kaliforniya ştatının azərbaycanlı icmasının fəalları ilə görüşü olub. Soydaşlarımızla görüşdə yerli azərbaycanlı diasporunun qarşısında duran əsas məsələlər müzakirə edilib. Səfər zamanı E.Süleymanov hazırda Kaliforniya ştatında yaşayan tanınmış soydaşımız professor Lütfi Zadəni də ziyarət edib. Görüşdə professor Lütfi Zadə Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin Azərbaycan dövlətinə daha böyük nailiyyətlər gətirəcəyinə əmin olduğunu söyləyib. O, ölkəmizin dünya miqyasındakı uğurlarını izlədiyini və buna görə məmnun olduğunu qeyd edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04

