Siyavuş Novruzov: Deputat mandatını yerə qoyub birbaşa döyüş bölgəsinə getməyə hazıram
18.02.2014 [09:28]
Fevralın 17-də Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzovun 45 yaşı tamam olub. Modern.az saytının məlumatına görə, Siyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra ali məktəbdə hüquq təhsili alıb. Siyavuş Novruzov artıq 3-cü çağırışdır ki, Milli Məclisin mandatını daşıyır.
O, ilk dəfə 2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə deputat seçilib. Həmin vaxt onun adı YAP-ın vahid seçki siyahısında cənab İlham Əliyev və Əli Əhmədovdan sonra 3-cü yerdə olub. 2005-c ildə isə majoritar qaydada 5 saylı Şahbuz - Babək seçki dairəsindən millət vəkili seçilən S.Novruzov ikinci dəfə parlamentdə təmsil olunub.
Nəhayət, 2010-cu il noyabrın 7-də dördüncü çağırış Milli Məclisə keçirilən seçkilərdə S.Novruzov 3-cü dəfə mandat qazanıb, 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputat seçilib. O, hazırda Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. S.Novruzov eyni zamanda parlamentin İntizam Komissiyasının sədridir.
Modern.az saytında “Pəncərə” layihəsinin qonağı olmuş Siyavuş Novruzov deyib ki, siyasətə gəlməyi 80-ci illərin sonlarında Bakıdakı mitinqlər dövründən başlayıb. “O vaxt “Əlincə” Cəmiyyəti vardı, Heydər Əliyevin namizədliyini irəli sürmüşdü. YAP, əslində, “Əlincə” Cəmiyyətinin bazasında yarandı. Həm də qərargahında. Mən də orda işləyirdim. Qısa müddətdə YAP bütün Azərbaycanda təsis edildi. Siyasətə gəlməyim həmin dövrdən başlayıb. Bəlkə də, təhsilimi hüquq sahəsi üzrə davam etdirə bilərdim. Amma vaxtım olmadı”.
Deputat deyib ki, o, Əfqanıstan müharibəsində iştirak edib, orden-medalları da var. Həmçinin, Qarabağ müharibəsinin veteranıdır. “Bu haqda da danışmayacağam. Bilirsiniz, bəzi adamlar var ki, eləmədiyi hərəkətlərə görə öyünürlər. Özlərini millətə o cür təqdim edirlər. Mən indi danışmaq istəmirəm. Gələcəkdə yazarlar, o başqa məsələ. Hələ sağam, qarşıda döyüşlər var. Bircə, onu deyə bilərəm ki, bugünkü gündə də sabah deputat mandatını yerə qoyub birbaşa döyüş bölgəsinə getməyə hazıram”.
S.Novruzov bildirib ki, sərbəst güləş üzrə SSRİ çempionudur: “10 yaşımdan peşəkar idmanla məşğul olmuşam. Hərdən yazırlar ki, Siyavuş Novruzov Bədən Tərbiyəsi İnstitutunu bitirib. Mən Bədən Tərbiyəsi İnstitutunu bitirməmişəm”.
Hərbi xidmət illərini xatırlayan deputat maraqlı xatirələrini bölüşüb: “Hərbi xidmətdə bir qazax idmançı vardı - o çox güclü idmançıydı - hamını udmuşdu. Çıxdı ortaya, dedi ki, “kim var, çıxsın qabağıma”. Boyu 1,95 sm, çəkisi də məndən 20 kq çox idi. Sərbəst güləşdə bunun çox böyük rolu var. Qazax idmançının kürəyini yerə vurdum. Həm də valideynlərinin gözü qarşısında. Komandir yığdı bütün polku sıraya və mənə 15 gün məzuniyyət verdi”.
Şəxsi həyatından danışan deputat deyib ki, gəncliyində başı o qədər qarışıq olub ki, sevgiyə vaxt qalmayıb. S.Novruzovun 2 övladı var: oğlu və qızı: “Hələ kiçikdirlər. Oğlum əvvəl həkim olmaq istəyirdi, sonra hüquqşünas, indi də deputat olmaq istəyir”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31

