/ / Qabriella Battaini-Draqoni: Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqla bağlı müzakirələrin keçirildiyi məkana çevrilib
Qabriella Battaini-Draqoni: Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqla bağlı müzakirələrin keçirildiyi məkana çevrilib
02.09.2014 [09:18]
Sentyabrın 1-də Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü ilə bağlı mətbuat konfransı keçirilib.
AzərTAc xəbər verir ki, mətbuat konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni, Avropa Şurası Nazirlər Komitəsinin təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə məruzəçi qrupunun sədri, Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndəsi Luis Filip Kastro Mendes iştirak ediblər.
Azərbaycanın hər zaman Avropa Şurasının fəaliyyətində yaxından iştirak etdiyini deyən Mübariz Qurbanlı bildirib ki, bugünkü mübadilə görüşü sayca yeddincidir. Bu cür görüşlər Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən ölkələrdə keçirilir.
Komitə sədri bildirib ki, Azərbaycan dünyada dini tolerantlıq baxımından nümunəvi bir ölkə kimi tanınır. Bu gün Azərbaycanda fərqli dinlərin nümayəndələri azad, sərbəst fəaliyyət göstərirlər.
Avropa Şurasının nümayəndələri də Azərbaycanda dini tolerantlıqla bağlı müsbət fikirdədirlər.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışan M.Qurbanlı deyib ki, rəsmi Yerevan bu siyasətinə dini don geyindirmək istəyir. Ancaq hamı bilir ki, bu, açıq təcavüzdür, işğaldır. Hazırda Azərbaycanda 30 minə yaxın erməni yaşayır. Onların Bakının mərkəzindəki dini məbədi də qorunub saxlanılır. Biz hətta ölkəmizə qarşı işğalçılıq siyasəti həyata keçirən bir dövlətin dini abidəsinə toxunmamışıq. Bu, həm də Azərbaycandakı dözümlülüyün nə qədər yüksək səviyyədə olduğunu göstərir.
Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni tədbirin təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib.
O, Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqla bağlı müzakirələrin keçirildiyi məkana çevirdiyini söyləyib. Qeyd edib ki, bu gün Bakıda keçirilən tədbir din və demokratiya ilə bağlıdır. Biz istəyirik ki, müxtəlif dinlərin, irqlərin nümayəndələri arasında dialoqu təşkil edək, firavan, sabit və qarşılıqlı hörmətə əsaslanan bir cəmiyyət yaradaq.
Qabriela Battani-Draqoni vurğulayıb ki, uzun müddət ərzində Azərbaycanda fərqli dinlərin nümayəndələri - katoliklər, buddistlər, müsəlmanlar birgə yaşayıblar, bir-birilərinin adət-ənənələrinə hörmətlə yanaşıblar. Bu qədim tarixə malik ənənə cəmiyyətdə müxtəlifliyi qorumağa şərait yaradır.
Luis Filip Kastro Mendes isə Azərbaycanın hər zaman mədəniyyətlərarası dialoqa xüsusi önəm verən bir ölkə olduğunu söyləyib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

