/ / Azərbaycan nümayəndə heyəti MDB üzvü olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin ikinci görüşündə iştirak edib
Azərbaycan nümayəndə heyəti MDB üzvü olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin ikinci görüşündə iştirak edib
30.09.2014 [09:26]
Sentyabrın 26-da Moskvada Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin ikinci görüşü keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Görüş çərçivəsində Əfqanıstan amilinin MDB məkanında regional təhlükəsizliyin vəziyyətinə təsiri, islamın radikallaşdırılması və onun MDB iştirakçısı olan dövlətlər üçün mümkün nəticələri, “Əl-Qaidə”nin və özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın pozucu fəaliyyəti məsələləri, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində vəziyyət müzakirə edilib.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Onun çıxışında radikal dini ideologiyaların dünyada yayılmasına şərait yaradan əsas səbəblər təhlil edilib, radikal və ekstremist dini təşkilatlar tərəfindən, xüsusən gənclər arasından yeni tərəfdarlar cəlb etmək üçün istifadə olunan üsullar və metodlar nəzərdən keçirilib.
MDB üzvü olan ölkələrin vətəndaşlarının Suriya, İraq və Əfqanıstanda müxtəlif dini-ekstremist və terrorçu qruplaşmaların tərkibində iştirak etməsinin təhlükəli olması xüsusi vurğulanıb. Bildirilib ki, orada döyüş təcrübəsi və vərdişləri qazanan bu insanlar öz ölkələrinə qayıdandan sonra milli təhlükəsizliyə təhdid doğuran ciddi amilə çevrilirlər.
Görüş iştirakçılarına Azərbaycanın hüquq mühafizə orqanları və xüsusi xidmətləri tərəfindən ekstremist dini təşkilatların fəaliyyətinə qarşı mübarizə üçün görülən tədbirlər və bu sahədə qazanılmış uğurlar barədə məlumat verilib. Muzdlu qatilliyə və terrorizmə, habelə Azərbaycan vətəndaşlarının dini düşmənçilik əsasında ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştiraka cəlb edilməsinə görə cəzaların sərtləşdirilməsi üçün milli qanunvericiliyə düzəlişlər qəbul edilməsi haqda ətraflı məlumat verilib.
Tərəfdaş ölkələrin xüsusi xidmətləri ilə uğurlu qarşılıqlı fəaliyyətin nümunələri göstərilib, dini ekstremizm və terrorçuluq təzahürləri ilə mübarizə işində beynəlxalq əməkdaşlığı daha da möhkəmləndirməyin zəruriliyi vurğulanıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri səfər çərçivəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxMEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17

