Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Seymur Orucov: Biz qarşıdakı ildə də yeni layihələr həyata keçirməyi nəzərdə tuturuq

Seymur Orucov: Biz qarşıdakı ildə də yeni layihələr həyata keçirməyi nəzərdə tuturuq

30.12.2014 [09:29]

“Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi bu il də ənənəsinə sadiq qalaraq, kifayət qədər layihələr, tədbirlər həyata keçirib. Bu layihələr siyasi, iqtisadi, mədəni, sosial, vətənpərvərlik və digər istiqamətlərdə olmaqla bütövlükdə Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənir”. Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.
S.Orucov bildirib ki, YAP Gənclər Birliyi beynəlxalq əməkdaşlıq sahəsində kifayət qədər uğurlar əldə edib. Onun sözlərinə görə, YAP Gənclər Birliyinin nümayəndələri il ərzində “Cənubi Qafqaz ölkələri gənc siyasətçilərinin forumu”nda uğurla iştirak edərək ölkəmizi forumda layiqli təmsil edib. Bundan başqa, YAP Gənclər Birliyi Avropa Demokratik Gənclər Təşkilatının (DEMYC) üzvü olub. Eyni zamanda, bu il ərzində bir sıra tanınmış xarici ölkələrdən YAP Gənclər Birliyinin qonaqları olub. Bu səfərlərdə əməkdaşlıq əlaqələri geniş müzakirə edilib.
“YAP Gənclər Birliyinin il ərzində müxtəlif istiqamətlərdə həyata keçirdiyi layihələr gənclər tərəfindən maraqla qarşılanıb. “İdeyanı bizimlə paylaş”, “Tarix klubu”, “Biznes təlimi”, “İngilis dili və rus dili kursları layihəsi”, “Təhsil sistemimiz yeniliklər və imkanlar” mövzusunda seminar, “Öz biznesinə başla”, “Yeni Azərbaycan Partiyası və Gənclik” mövzusunda seminar, “PR təlimləri”, “Fondraising” mövzusunda tədbir, “Biznes etikası, biznes uğuru” layihəsi, “Sağlam kompüter” layihəsi, “Gənc maliyyəçilər üçün yay məktəbi” layihəsi, “Ekologiyasız Həyat yoxdur” layihəsi və digərləri bu sıradandır. YAP Gənclər Birliyinin ən böyük layihələrindən olan yay və qış məktəbləri layihəsi bu il də, uğurla təşkil edilib. Biz qarşıdakı ildə də yeni layihələr həyata keçirməyi nəzərdə tuturuq” - deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31