Birinci Avropa Oyunları müstəqil Azərbaycanın tarixində ən mühüm hadisələrdən biridir
28.04.2015 [10:14]
Bu Oyunların Bakıda keçirilməsi Avropa ailəsinin ölkəmizə böyük etimadının açıq göstəricisidir
Müstəqil Azərbaycan mühüm hadisənin - cari ilin iyununda tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarının həyəcanı ərəfəsindədir. Artıq ölkəmizin ev sahibliyi edəcəyi yarışlara hazırlıq işləri son mərhələyə qədəm qoyub. Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycanın dövlət başçısı İlham Əliyevin, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirakı ilə Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırılıb. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.
Əlbəttə ki, birinci Avropa Oyunları Avropanın və bütövlükdə dünyanın idman həyatında mühüm hadisə olacaq. Belə ki, əhəmiyyətinə və miqyasına görə qlobal xarakter daşıyan birinci Avropa Oyunları Olimpiyadaya bərabər qiymətləndirilir.
Birinci Avropa Oyunlarının uğurla keçməsi qlobal miqyasda Azərbaycanın gücünün təsdiqlənməsi, ölkəmizin malik olduğu yüksək dəyərlərin dünyada təbliği, respublikamızın beynəlxalq aləmdə nüfuzunun daha da artması baxımından çox önəmlidir. Bu Oyunların Bakıda keçirilməsi açıq şəkildə Avropa ailəsinin ölkəmizə böyük etimad göstərdiyini təsdiqləyir. Buna görə də bütövlükdə Azərbaycan cəmiyyəti birinci Avropa Oyunlarını ölkəmiz üçün həm də böyük məsuliyyət kimi qəbul edir. Əlamətdar haldır ki, respublikamızda birinci Avropa Oyunlarının keçirilməsinə dövlət qurumları ilə yanaşı, ictimaiyyət tərfindən böyük dəstək nümayiş etdirilir. Məsələn, könüllülər birinci Avropa Oyunlarına hazırlıq işlərində, sözün əsl mənasında, fəallıq nümayiş etdirirlər. İndiyədək 20 minə yaxın könüllü Bakıda keçiriləcək birinci Avropa Oyunlarına öz dəstəyini ifadə edib. Yeri gəlmişkən, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva təşkilat komitəsində gənclərin çalışmasınının önəmini xüsusi vurğulayıb: “Bu, Oyunların ən dəyərli miraslarından biridir və əminəm ki, bu, onların gələcək həyatı üçün böyük təcrübə imkanıdır”.
Azərbaycan cəmiyyətinin birinci Avropa Oyunlarına yüksək ictimai marağı bu günlərdə ölkənin bir sıra aparıcı media qurumlarının və QHT-lərin təmsilçilərinin birgə iştirakı ilə “Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş cəmiyyətinin hədəfləri və missiyamız” mövzusunda Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə bir daha ifadə olunub. Tədbirdə “Bakı-2015”: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılıb və bəyanat qəbul olunub. Vətəndaş Cəmiyyəti Koalisiyasının QHT-lər üzrə koordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov koalisiyanın əsas məqsədinin birinci Avropa Oyunlarının təşkilinə və keçirilməsinə ictimai nəzarəti təmin etməkdən ibarət olduğunu bildirib. “Tarixdə ilk dəfə baş tutacaq mötəbər idman tədbirinin miqyası, əhəmiyyəti və perspektivləri barədə ölkə daxilində obyektiv məlumatlandırma işlərinin aparılması nəzərdə tutulub. Qurum, eyni zamanda, Avropa ölkələrində Azərbaycan idmanının təbliği, respublikamızda müasir infrastruktur layihələrinin həyata keçirilməsi, habelə xalqımızın zəngin mədəni irsi, adət-ənənələri, tolerant və humanist xüsusiyyətləri, ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət strukturları vasitəsilə görülən işlər barədə dolğun təsəvvürün yaradılması istiqamətində fəaliyyət aparacaq”, - deyə R.Qonaqov vurğulayıb.
R.Qonaqov qeyd edib ki, təmsil olunduğu qurum Avropa Oyunlarının yaratdığı fürsətdən istifadə edərək Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın və ora bitişik 7 rayonun Ermənistan tərəfindən işğalı faktına da diqqət ayıracaq: “Bu, bizim üçün yeni bir fürsətdir ki, erməni təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğalı, 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün öz yurd-yuvalarından didərgin salınması, Xocalı soyqırımı, eləcə də, digər erməni vəhşilikləri barədə dünya ictimaiyyətini məlumatlandıraq”.
Birinci Avropa Oyunlarının dəstəklənməsində Azərbaycan gənclərinin nümayiş etdirdiyi fəallıq xüsusilə təqdirəlayiqdir. Bu məqama toxunan “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov vurğulayıb ki, rəhbərlik etdiyi qurum ətrafına topladığı gənclərlə birlikdə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına bundan sonra da dəstək verməkdə davam edəcək. M.Seyidov bəzi maraqlı qüvvələrin birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı şər, böhtan kampaniyasına başladıqlarına diqqət çəkərək deyib: “Biz “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanın bədxahlarının ölkəmizə qarşı şər kampaniyası apardıqlarının şahidi olduq. İndi həmin qüvvələr birinci Avropa Oyunları ərəfəsində yenidən fəallaşıblar. Ancaq həmin qüvvələrin yaydıqları “bəyanatlar” Azərbaycanda gedən inamlı inkişaf proseslərinə, o cümlədən də birinci Avropa Oyunlarının keçirilməsinə heç bir təsir göstərə bilməz. Azərbaycan cəmiyyəti əmindir ki, ölkəmiz yarışları gələcək Avropa Oyunlarına nümunə olacaq ən yüksək səviyyədə keçirəcək”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31

